XOCALI
ŞİKƏSTƏSİ
(roman)
Ulduz Qasım
(əvvəli
ötən sayımızda)
- Gedək, dedi, - bayaqkı cığır boyu qaranlığın içinə addımladı.
Xeyli getmişdilər. Birdən səs-küy qalxdı. Diksinən yad uşaq yenidən qışqırmağa başladı. Fərhad əliylə onun agzını qapayıbpıçıldadı:
- Ay uşaq, gələn ermənidi, qışqırma!
Və bundan sonrası cəmi-cümlətani üç-beş dəqiqənin içində, fantastik filmlərdəki kimi baş verdi.
Qabaqdakı adam atəs açdı. Yəqin ki bu, bir yanlışlıq, səhvən atəş deyil, sirri-xudadır, necə oldusa arxadan gələn ikinci adamın gülləsi əvvəl atəş açanı tutdu. Fərhad vurulan erməninin silahıyla atəş açdı. Bu silah necə olmuşdu ki, Fərhadın əlinə keçmişdi, o niyə atəş açmadı, arxadan gələn yaraqlı nə təhər olmuşdu ki, onları güllələmək əvəzinə öz yoldaşını vurmuşdu? Fərhad neçə illər sonra da silahın onun əlinə keçdiyini xatırlaya bilmirdi; sadəcə, donmuş barmaqlarıyla tətiyi çəkdi. Deyəsən, onlar elə iki nəfərmiş. Səs-küy dərhal kəsilsə də uşaq sakitləşmək bilmirdi. Fərhad əlindəki fanarı bir an əvvəl gəbərtdiyi adamın üzünə tutdu. Onun ölüb-ölmədiyini yoxlamaq istədi. Birdən Məryəm yerə yıxılan cəsədə baxıb qışqırdı:
- Bu, Fuadı vuran ermənidi. Evə soxulanda görmüşdüm mürdəşir yumuş sifətini...
Və aşağı çöküb yerə sərilmiş meyidi yumruqlamağa başladı:
- Əclaflar, qaniçənlər, Allah sizin bəlanızı versin! Cəlladlar! Parçalayacam səni! Tüfəngi mənə ver, Fərhad!
- Məryəm, əl çək murdar dığanın leşindən. Dur ayağa, vaxt itirməyin mənası yoxdur, tərk eləməliyik buraları. Dörd tərəf doludu qana susamış çaqqallarla. Bilirlər ki, sağ qalanlar bu yolu keçəcək.
Qadın onun dediklərini sanki eşitmirdi. Durmadan meyidi
yumruqlayırdı.
- Gəbərdin!
Gördün? Uzun çəkmədi
körpə qanı yalamağın! Al, al, köpək!
Fərhad
güclə onu meyitdən araladı:
-
Özünü ələ al, aralan bu leşdən!
?
Külək yağan qarı onların üzünə
çırpırdı. Sanki təbiət də bu insanların qəsdinə
durmuşdu. Yerimək get-gedə daha da
çətinləşirdi. Qarı
yara-yara güclə irəliləyirdilər. Əl-ayaqları donmuşdu. Ancaq
yenə də dayanmaq olmazdı. Hər an
düşmənlə qarşılaşa bilərdilər. İrəlidə gedən Fərhad güclə
eşidiləçək səslə təkrar-təkrar
ana-balanı tələsdirirdi.
- Tez olun!
Tez gəlin!
- Ata,
üzüm göynəyir, ayaqlarım sızıldayır,
daha gedə bilmirəm...
- Sağ
qalmağımızın başqa yolu yoxdu, qızım, getməliyik.
Qoy bu təhlükəli yerlərdən uzaqlaşaq,
dayanıb bir az dincələrik. Az sonra azərbaycanca danışıq səsləri
eşitdilər. Fərhad başı ilə Məryəmlə
Pəriyə yaxınlıqdakı ağacın arxasında
daldalanmağı işarə elədi. Özü
isə səs gələn tərəfə ayaqlandı.
Yaxınlıqda kimsə ağlayıb yalvarırdı:
- Ana, eləmə!
Nə olar, eləmə! Qarı,
palçığı axı niyə üstümə əndərirsən?
Günahım nədi?
Fərhad yaxınlaşdı. Əl fanarının
işığını səs gələn tərəfə
tutdu. Fənərin sarımtıl
işıq zolağının düşdüyü yerdə
nə baş verdiyini tam da olmasa, görmək mümkün
idi.
Orada sanki
havalanmış bir qadın donmuş torpağı, qarı,
buzu eşələyib əlinə keçəni xəndəyin
içinə tökür və ara vermədən
danışırdı:
- O
namussuzların əlinə düşənə qədər
burda ölsən yaxşıdı. Qoy
görüm ki, öldün, əllərimlə torpağa
basdırdım. Öləndə də
rahat ölüm. Yoxsa, gorum çatlayar.
Özümü bagışlamaram heç zaman.
Elə ölüm var ki, yaşamaqdan milyon dəfə
şərəflidir. Namussuzluqla
yaşamağın nə mənası var? Cavab ver, nə mənası var?
Fərhad Gülnisəni tanıdı. Qadın
özündə deyildi. Buzlu torpağı eşməkdən
qanamış əllərini də sanki hiss etmirdi:
- Neyniyirsən,
ay bacı, bir dayan, görüm.
- Sənsən,
ay doxtur?
Xəndəkdən
səsi gələn Lətifə idi, Gülnisənin dost
doğma balası:
- Həkim,
qurban olum, qurtarın məni bu arvadın əlindən! Ha
yalvarıram, əl çəkmir, deyir diri-diri basdıracam səni.
Gülnisə hönkürdü. Qarda eşənək
atmaqdan əl saxladı, dizi üstə xəndəyin qar
basmış tirəsinə çöküb,
başını heysiz tövrlə azca yuxarı
qaldırdı. Sanki indi bir az əvvəl çalaya
yuvarlayıb üstünü torpaqladığı
dost-doğma qızını, tək balasını da
unutmuşdug Namusunu qorumaq, yeniyetmə, bakirə
qızını yad əllərə düşməkdən
xilas etmək üçün övladını diri-diri yerin
altına basdırıb nəfəsini kəsməkdən
özgə bir yol düşünə bilməyən ana donuq
gözlərini məchul nöqtəyə tutub belə deyirdi:
- Bir Allah şahiddir ki, atası öləndən sonra təkbaşıma,
hansı zillətnən böyütdüm. Bir üzü
gəlin, bir üzü qız ikən, gənc yaşımda
dul qaldım. Yad ata yanında minnətli
çörək yeməsinə qıymadım. Göz bəbəyim kimi saxladım balamı. Sən də yaxşı bilirsən, ay doxdur, bircə
haram loxma yedizdirməmişəm ona. Birinə
yun daradım, birinə cəhrə əyirdim, birinin evini,
tövləsini təmizlədim. Əlimin
halal qazancıyla yekəltdim. Bir yalan, bir əyri
söz öyrətmədim. İndi neyləyim,
mən bədbaxtın qızı, gül kimi balamı erməni
dığasına əsir verim? Allah
keçsin günahımdan, imkan versin balamı öz əlimlə
torpağa qoyum. Namusu itə atıblar, it
yeməyib. Məni min dəfə
öldürsünlər, uf da demərəm. Bilirəm ki, görsələr, əsir alacaqlar.
Qonşu qız-gəlinləri komasıynan yığıb
apardılarg
Fərhad
qadını özünə gətirmək üçün
dedi:
-
Şükr Allaha, ay bacı, xilas ola
bilmisiniz...
Qadın sanki həkimi nə görür, nə də
duyurdu.
- Biri evə
soxulmuşdu. Məni görmürdü, arxadan
yaramaçayla boynunun dalından vurdum. Yıxıldı.
Öldü, ölmədi bilmirəm. Qaçdıq, çölə. Bura qədər də dizin-dizin, sürünə-sürünə
gəlmişik ki, səsimizi eşidib tutmasınlar.
Qurbanın olum, sən vur onu! Qoy, barı
bir namuslu insanın gülləsinə tuş gəlsin
qızım. Yalvarıram, sən balalarıyın
canı, vur onu. Yoxsa, dözə bilmərəm
əsir alsalar. Eşidirsən, həkim, dözə bilmərəm!
Fərhad qadının nə halda olduğunu
anlayırdı. Bilirdi ki, hər bir azərbaycanlı
qadın üçün namus nə deməkdi. Və onu da bilirdi ki, yer üzündə bizim
qadınların tayı-bərabəri yoxdu. Bəlkə buna görə bu qədər əzab,
faciə varkən, yenə də ürəyində qəribə
bir təskinlik dolaşdı. Gülnisə hələ də
ona yalvarırdı:
- Niyə
durmusan? Ürəyin gəlmir onu vurmağa?
Bəs, onlar qızımı aparsalar, dözə
biləcəksən? Bilə-bilə ki,
aparsalar nə namussuzluq edəcəklər. Güləcəklər bizə. Ələ
salacaqlar nəsli-kökü namus, qeyrət bilməyən
soysuzlar!
Gülnisə
Fərhadın ayaqlarını qucaqladı:
-
Eşidirsən, həkim, yalvarıram sənə, vur onu,
sakitləşim.
Özünü saxlaya bilmədi. Səssizcə
ağlayırdı Fərhad. Sanki sinəsinə
yanar köz basmışdılar. Göynədirdi
içini eşitdikləri. Birtəhər
özünü ələ alıb qadını ayağa
qaldırmağa çalışdı:
- Hara
aparırlar qızını, ay Gülnisə? Qalx ayağa! Vaxt yoxdu. Gəlin dalımca,
görək neyləyirik? Buralardan
mümkün qədər tez aralaşmalıyıq.
Sonra da yarı basdırılmış qızı
güclə xəndəkdən çəkib
çıxardı. Ana ağlaya-ağlaya danışırdı:
- Yox, mən
onu heç yerə apara bilmərəm. Elə
bilirsən bizi tapmayacaqlar? Sənə elə
gəlir. Onlar elə süləngi itdilər kig
Elə bu vaxt yaxınlaşanlar göz açmağa
imkan vermədilər. Fərhad xəndəyin içinə
atıldı. Pıçıltıyla dedi:
- Bura
addayın, tez olun!
Ancaq ana-bala imkan tapa bilmədi. Göz
qırpımında hər ikisini vurub yerə sərdilər.
Fərhad
onların dörd, ya beş nəfər
olduğunu görüb atəş açmadı. Ətrafı axtaracaqlarından qorxdu. Ələ keçə bilərdilər. Gülnisəni də, qızı Lətifəni də
öldürmüşdülər. Gələnlər,
deyəsən, öz aralarında ətrafda daha heç kimin
qalmadığını müzakirə edirdilər. Məryəmgil hələ ki gizlənə
bilmişdilər. Allah tərəfi, yad
uşaq da səsini kəsmişdi. Yuxulamışdı
müəllimənin qucağında. Yaraqlılar
xeyli uzaqlaşdıqdan sonra Fərhad xəndəkdən
çıxıb ana-balanın sağ
qalıb-qalmadığını bir də yoxladı. İkisi də canını
tapşırmışdı. Geri, gəldiyi
yerə tərəf addımladı. Məryəmlə
Pəri orada yoxdu. Həkim ürəyini yedi: "Nə
iş gəldi başlarına? İlahi! Yoxsa?..
Birdən erməni uşağının
ağlamaq səsini eşitdi. O səmtə
yaxınlaşdı. Güclə eşidiləcək səslə:
- Məryəm,
Məryəm, mənəm, hardasınız? - deyə
çağırdı.
Həyat
yoldaşının səsi elə bil quyunun dibindən gəlirdi:
-
Burdayıqg
Onların salamat olduğunu görən Fərhadın
ürəyi üstünə gəldi.
-
Şükr Allaha, sizi görmədilər!
Ana-bala, hər ikisi ona sığındı. Məryəmin
səsi titrəyirdi qorxudan.
- Gizləndik
burda. Az qalırdıq qorxudan ölək. Yaxşı ki, bu dığa da yatmışdı.
Onlar kimdi? Nə oldu?
-
Heç demə. Yazıq Gülnisəylə
qızıydı. Tutub ki, qızı
diri-diri torpağa basdıracam. Əsir
düşməyindən qorxurmuş bədbəxt. Deyirdi ki, o namussuzların əlinə keçincə,
diri-diri torpağa gömülməsi daha urvatlı olar. Onu güc-bəla ilə yola gətirmişdim ki,
Allahın lənətinə gəlmişlər böyürdən
bəla kimi pırtlayıb çıxdılar, ikisini də
vurdular.
- Allah, bu
nə bəladı biz düşdük?! Necə
qınayasan ananı? Qız uşağının
düşmənə əsir düşməsindən dəhşətli
nə ola bilər? Fərhad,
çarəsiz qalsam, mən də Gülnisənin elədiyini
eləyərəm. Qızımı öz
əlimlə öldürərəm.
-
Çarəsizliyin amansızlığıdı bu, nə
deyim...
- Allah
qoruyub səni, Fərhad. Elə bizi də.
Nə edərdik tək başımıza, gecənin
qaranlığında bu meşədə? Vallah,
mən də ölümdən yox, əsir düşməkdən
qorxuram. Ən çox da bu tifil
qızın cəllad əlinə düşməsindən
ehtiyat edirəm.
- Xəndəyin
içinə atlandım ki, erməniləri vuram. Gördüm çoxdular. Doğrusu,
sizi fikirləşdim. Bildim ki, təkbaşıma beş silahlının öhtəsindən gələ
bilmərəm. Dedim, məni öldürsələr,
qurda-quşa yem olarsız bu zülmət meşədə. Atəş acmadım. Onları xilas edə bilmədimg
Qadının
hıçqırtısı ürək dağlayırdı:
- Gör
başımıza nə oyun gətirirlər bu alçaqlar?
Yazıq! O qızı kasıbçılıqla, təkbaşına,
zillətlə böyütmüşdü Gülnisə. Bir
üzü qız, bir üzü gəlin, yazıq! İyirmi yaşından dul qaldı. O gözəllikdə,
o yaraşıqda qadın. Sonu da yağı gülləsi!
- Məryəm!
Ürəyim qan ağlayır, bəsdi, daha!
Məyəm
yanıb-qovrulur, hisslərinə hakim ola
bilmirdi. Sanki bütün bunların günahkarı ərinin
qucağındakı körpə imiş kimi gözünü
ona zilləyib deyirdi:
- Buna bax,
sən də bu, erməni dığasına yiyə
çıxmaq istəyirsən.
- Sən
sakit ol, Məryəm. Qoy görək, başımıza nə
iş gəlir? Hara çıxa bilirik? Ağırdı, bilirəm, amma dözməkdən
başqa çarəmiz yoxdu.
Oğlunu öldürən, sonra da Məryəmin
gözü önündə gəbərən ermənini
xatırladıqca qadın havalanır, nə edəcəyini
bilmirdi.
- Fərhad,
bu cəhənnəmin ortasından salamat
çıxmağımızı istəyirsənsə, at
meşəyə bu erməni küçüyünü, onu sənin
qucağında gördükcə, içim qan ağlayır.
Onlar bizimkilərin canını "uf" demədən
aldılar. Etmədikləri vəhşilik
qalmadı. Oğlumuzu gözümün
qabağında dəlmə-deşik elədilər. İndicə gözünün qarşısında
iki günahsızı öldürdülər. Sən niyə gözünü döyüb
baxırsan?
Məryəm qalxıb Fərhadın üstünə
yeridi. Əlindəki silahı almağa
çalışdı yenə.
- Ver bura
o silahı! Elə indicə özüm onu
öldürəcəm. Görürəm,
səndə cəsarət yoxdu.
Fərhad silahı vermədi.
- Dur, Məryəm,
nə edirsən? Öldürmək asandı?
Bayaq niyə vurmadın? Səni
tanıyıram axı. Ağlını
başına yığ. Yalvarıram,
özünə gəl. Görmürsən
günümüzü? Nə olub sənə?
- Vur, o
zaman, vur onu! Yalvarıram, vur! Tök onun
qanını. Görmədin, hamılə
qadınların, balaca qız uşaqlarının
başına açdıqlarını? Niyə
durursan? Qorxaq!
Fərhad həyat yoldaşını anlayırdı. Amma vicdanı
heç bir günahı olmayan körpəni öldürməyə
yol vermirdi. Düşmən balası olsa
beləg Odur ki, mümkün olduqca Məryəmi sakitləşdirməyə
çalışırdı.
- Məryəm,
sən Allah, özünü ələ al. Güllə atmaq o yana dursun, ayaq səslərini belə eşidib,
yerimizi taparlar. Bu uşağın taleyində
yaşamaq varsa, yaşayacaq. Günahsız
körpəni öldürmək bizə yaraşmaz. O cəlladlardan
fərqimiz nə olar, onda?
- Qoy gəlib
bizi qırsınlar. Amma sən elə indi, gözümün
qabağında öldür bu yetimçəni!
Fərhad yaxşı bilirdi həyat yoldaşı
bunları yandığından deyir. Onun
qarışqanı belə tapdamağa ürəyi gəlməz.
-
Vurmağa ürəyin gəlmirsə, tulla onu dərəyə.
Qoy qurda-quşa yem olsun. Onsuz
da bu çovğunda sağ qalmaz. Ac-susuz,
soyuq, qaranlıq meşədə nə qədər tab gətirəcək
südəmər uşaq? Həm təhlükədi,
həm də artıq yükdü, Fərhad. Öz uşağımızın sənin köməyinə
ehtiyacı var.
(ardı var)
Ədalət 2019.- 7 fevral.- S.6.