QABİL XEYİRXAHLIĞI
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Unudulmaz şairimiz Qabillə elə bir tanışlığı yox idi. Yazıçılar Birliyində olanda, şair Fikrət Sadığın yanına gedəndə, onunla da salamlaşıb görüşərdi. Bəzən belə görüşlər xeyli uzanar, şirin söhbətə çevrilərpdi.
1995-ci ildə Siyəzən rayon dövlət notariusu təyin olunandan bir müddət sonra idi... Rayon İcra hakimiyyətinin başçısı Fizuli Hacıyev dedi ki, gənclər səninlə görüş keçirmək istəyirlər. Açığı bu barədə Gənclər təşkilatının sədri Vahid Əhmədov ona desə də, razı olmamışdı. İndi daha başçıya etiraz edə bilmədi. Dedi:
- Fizuli müəllim, etirazım yoxdur... Keçirilirsə, onda lazımı səviyyədə hazırlanıb keçirilsin.
- Əlbəttə ki... - deyə, o, fikrini bildirdi. - Nə lazımsa, biz də kömək edərik.
Tədbirə bir müddət hazırlıq getdi. Televiziya məsələsini ona həvalə etsələr də, Bakıda olanda ürəkaçan cavab olmadı. Demələrinə görə bir qədər əvvəldən demək lazım imiş, artıq gecdir.
Bu səbəbdən kefsiz halda
Yazıçılar Birdiyində idi. Şair Fikrət
Sadıq da yerində yox idi. Qabil müəllimlə
salamlaşıb - görüşəndən
sonar, otaqdan çıxmaq
istəyirdi ki, onun mehriban səsini
eşitdi:
- Xoş gəlmisən... Əyləş...
Üzürxahlıq edəsi oldu:
- Qabil müəllim, bağışlayın... Tələsirəm...
O, ərkyana onu bir daha içəri
çağırıb dedi:
- Otur... Çox da vaxtını
almayacam.
- Bu nə sözdür... Buyurun...
Qabil müəllim özünəməxsus
bir səmimiyyətlə
gülümsəyərək bildirdi:
- İnan, sənin xətrini çox istəyirəm... Eləsi
olur ki, heç içəridə
ləngiməsinə imkan
vermirəm, özüm
qovuram...
Şəhərə gəlişimin məqsədini soruşanda,
fikrimi olduğu kimi, qarşılaşdığım
çətinlik barədə
söhbət açanda,
o dərhal telefonun dəstəyinə əl ataraq dedi:
- Səbirli ol, bu dəqiqə...
- Əziyyət çəkməyin...
- Niyə ki...
Telefonun
dəstəyində məlahətli
bir qız səsi eşidiləndə,
Qabil müəllim dedi:
- Mehriban xanım, mənim bir yazıçı dostum yanımdadı. Əlisəfa
Azayev... Gözəl hekayələr yazır...
Siyəzəndə onun
yaradıcılıq gecəsi
keçiriləcək...
- Çox yaxşı...
- Orada deyiblər ki, gecdi... Hər
şey insanın əlindədi də...
- Qabil müəllim, siz zəng çalandan
sonra hər şey mümkündür.
- Özü də dövlət notariusu işləyir...
Beləcə onda hər şey
heç nədən düzəldi. Mehriban Hacıyeva öz
çəkiliş qrupu
ilə Siyəzənə
gələsi oldu.
Onda Qabil müəllim onun haqqında elə bir xoş intervü
vermişdi ki, hələ də onun söz-söhbətinin
təsiri alitındadı. Hiss etdi
ki, şair Fikrət Sadığa hədiyyə etdiyi hekayələr kitabına
o da baxıb, mütaliə edibmiş.
1997-ci ilin xoş bir
payız günü Siyəzəndə Bəşir
Səfəroğlu adına Mədəniyyət
evində keçirilən
həmin tədbiri şair Fikrət Sadıq aparırdı. Ona Yazıçılar Birliyi
rəhbərliyinin təbrikini
ünvanlayanda, şair
Qabilin xüsusi salamlarını, xoş sözlərini çatdırdı.
Hətta onda Fikrət müəllim onu, heyrətləndirən
sözlər də dedi: "Əlisəfa müəllim, cəhənnəm
kimi isti Kürdəmirdən gəlib,
burada, cənnət kimi Siyəzəndə yazıb-yaradır da..."
Sözsüz ki, şair Qabili
ona bu dərəcə
yaxın edən mərhum yazıçı
Əlfi Qasımovla yaxınlığı, bağlılığı
idi. Bunu özü də
söz-söhbətində dəfələrlə demiş,
vurğulamışdı.
Əlfi Qasımov da onun xətrini çox istəyirdi. Yadında idi.
Bir dəfə "Azərnəşr"də
olanda Əlfi Qasımovu yerində görmədi. Şair
Vilayət Rüstəmzadə
dedi:
- Hə, ustad bir balaca soyuqlayıb.
Vaxtın olsaydı, gedib
baş çəkərdik.
- Bu nə sözdür, mən hazır...
Onunla elə həmin gün də Vaqif küçəsinə,
Yazıçılar Evinə
gəldik. Beşinci mərtəbəyə qalxdıq. Əlfi müəllim bizi
səmimiyyətlə qarşıladı.
Hətta "Toy gecəsi"
romanının ikinci hissəsindən yazdığı
səkkizinci fəslin
əlyazmasını bizə
göstərdi. Rəhilə
xanım canıyananlıqla
gileyləndi:
- Ay Əlfi, bir ara ver...
Xəstəsən axı...
- Heç nə olmaz... İndi yaxşıyam..
Rəhilə xanım onlara üzürxahlıq edərək
dedi:
- Bu gün Mədəni- Maarif texnikomunda şair Qabillə görüş olacaq. Mən ora tələsirəm...
Rəhilə xanım özü də orada müəllim
işləyirdit. Əlfi müəllim dedi:
- Şair Qabil gözəl insandı... Həm də duzlu, məzəli bir şairdi... Bir dəfə dostlarımızdan
birinin oğlunun sünnət toyunda idik. Qabilin uşağın kirvəsi olmasını istədilər. Dedi:
" Mən yox... Mən qandan qorxuram..." Onun bu sözlərinə
ay gülmüşük ha...
Aralarında ciddi pərdə olduğu üçün
neçə dəfə
şair Qabillə görüşsə, şirin
söhbət etsə də, bu barədə
ona bir söz
deyə bilmədi. O isə
elə deyib- danışır, söhbət
edirdi ki, sanki lap yaxını idi. Bir dəfə
söhbət zamanı
dedi:
- Əlfi Qasımovla
xəstəxanada idik. Hər ikimiz
yeyib-içən, şən
adamlarıq da. Hərdən
vurmağımızdan da
qalmırdıq. Özü
də hər ikimiz bu şoğərib
ürəkdən müalicə
olunurduq da...
- Hə. eşitmişəm...
- Bir gün dedim
ki, ay Əlfi, içkili halda ürəyimiz tutar, ölərik, heç kimin xəbəri olmaz. Gəlsənə belə edək, növbələşib içək...
Bir gün sən, bir gün
mən... Razılaşdı...
O gündən də belə edərdik...
Qabil müəllim bu sözləri deyib, sanki Əlfili günlərinin xiffətini
çəkən bir adam kimi
gülümsədi, gözləri
yaşardı, dedi:
- Dünyadı da... Gözəl yazıçı,
gözəl insan idi...
Sonra başladı yenə də onunla bağlı bir əhvalatı danışmağa:
- İnanın, vədələşdik
ki, xəsitəxanadan
çıxandan sonra dincəlməyə gedək. Birlikdə...
Artıq
aradan bir müddət keçmişdi.
İşə çıxmışdım. Yazıçılar Birliyinin qapısının
önündə yazıçı
Natiq Rəsulzadə ilə qarşılaşdım.
Dedi: "Xəbrin var... Əlfi Qasımov da belə getdi..."
- "Nə?!. Hara?..
Biz ki vədələşmişdik
ki sanatoriyaya birlikdə gedəcəyik..."
- ...
Natiq Rəsulzadə sözlərimə
heyrətlənib, duruxanda,
özümə gələn
kimi olub, hər şeyi başa düşdüm...
Əllərimlə başımı
tutdum... Şair belədi də həmişə fikirli, öz aləmində olur...
Özünü xoşbəxt hesab edir ki, şair
Qabil kimi bir adamla görüşüb,
söhbət edib, onun xoş münasibətinin,
xeyirxahlığının şahidi olub. Qabil müəllim
həqiqi mənada gözəl, əvəzsiz
insan idi. Onun böyüklüyünü Ulu
Öndərimiz Heydər
Əliyev qiymətləndirmişdi.
Müxaliflər Yazıçılar
Birliyinə hücum çəkəndə, onlara
silah göstərəndə...
Onların qarşısında duruş gətirənlərdən
biri də şair Qabil olmuş, Prezidentin siyasətini alqışlamışdı.
Bir dəfə
internetdə şair Qabil haqqında oğlunun xatirəsini oxudu. Deməsinə görə, atasından
birisi haqqında xatirəsini yazmağı
xahiş edəndə,
deymib ki, düzdür, həmin adamı tanıyıram, yaxınlığımız olub,
bir dəfə iki yarım birlikdə içmişik.
Daha bundan başqa onun haqqında nə deyib, yaza bilərəm
ki?
Şair Qabil bizə böyük şairimiz İmaməddin Nəsimini
sevdirdi, ona "Nəsimi" poemasını
həsr elədi. İndi hər
dəfə Şamaxıya
yolu düşəndə
bu böyük şairlə yanaşı,
istər-istəməz şair
Qabili də xatırlayır. Diri-diri
dərisi soyulan haqq şairi, onun unudulmaz misraları yada düşür:
Zahidin bir barmağın kəssən əgər
dönüb həqdən
qaçar,
Bu miskin şairi sərpa soyarlar
ağlamaz.
Şair qabilin poeziyasında ona xoş gələn
nədir? "Qara tut"
şeirində oxuyuruq:
Kökün dərin,
Kölgən sərin,
Barın şirin.
Qara tut,
xar tut!
Babamdan yadigar tut!
"Azad nəfəs" şeirində
isə oxuyuruq:
Bir gün bazardan bir bülbül aldım,
Gətirdim onu qəfəsə saldım.
Dedi: - Çəkərəm hər
nazını mən,
Təki dinləyim avazını mən.
"Tənha qağayı"
şeirində isə
sanki əsil canlı lövhə yaradır:
Bir qağayı süzür,
süzür,
Gözümüzün qabağında.
Qanadına inci düzür,
Dalğaların qucağında.
Hələbdə Nəsimilə xəyalən
görüş vaxtı
yazdığı "Eheyy"
şeiri çox təsirlidi:
Sənin
dastanının qoyub yarıda,
Sənin
görüşünə gəlmişəm,
ustad!
Qəbrini hifz edən bu diyarı da
Yurdum tək müqəddəs bilmişəm, ustad!
Böyük Sabirə həsr
etdiyi "Sən xalqın özüydün..."
şeirində onunla bağtlı ürək sözlərini deyir:
Sahilsiz dəryada bir uca dağsan,
Sinən çalın-çarpaz, zirvən
dumanlı.
Dayanmış, dayanır, dayanacaqsan
Dağlar cərgəsində şöhrətli,
şanlı.
(ardı
gələn sayımızda)
ƏLİSƏFA AZAYEV
Ədalət 2019.- 7 fevral.- S.7.