Nakam ömrün nəğməsi
Tale səni çox çətin
sınağa çəkdi, qardaş. Mən
düşmənə də o xəstəliyi
arzulamazdım. Nə etməli ki, kosmosda göylərə meydan oxuyan insan adi bir xəstəliyin
əlində acizdir. Təbabətin gücü çatmır
adamları amansız xəstəliyin əlindən almağa.
Söhbət
qəlbinin işığını şam kimi əridən,
zəka məşəli ilə qaranlıq arxivlərə
işıq saçan, öz qəm-qüssəsini unudub dara düşənlərə
həyan olan bir insandan gedir. Elə insandan ki, ensiklopedik biliyə,
yüksək erudisiyaya malik idi. Onun elmi dərəcəsi, babat vəzifəsi,
maşını, evi olmasa da bəzi
alimlərin indiyə qədər arayıb
tapdıqlarını üzə
çıxarmışdı, maraqlı tapıntıları
ilə diqqəti cəlb etmişdi. Ona çatası evini də
didərginlərdən birinə vermişdi. Ehtiyac içərisində yaşasa da, özünü həmişə
məğrur tutardı, heç bir dəyərlə
ölçülməyən ucalığa,
saflığa üstünlük verərdi. Ömrü boyu yaxşı dost-sirdaş qazanmışdı.
O, insanları sevirdi. Neçə-neçə küsülünü barışdırmışdı.
Cibindəki son manatını da dost yolunda xərclərdi.
O, Azərbaycanın ərazisini,
obalarını-oymaqlarını qarış-qarış
gəzməklə bərabər, tez-tez respublika Əlyazmaları İnstitutuna,
mərkəzi Dövlət arxivinə, M.F.Axundov adına respublika Dövlət
kitabxanasına, Sankt-Peterburq şəhərində
Saltıkov-Şedrin adına kitabxanaya, Ermitaj muzeyinə, Tiflis Dövlət
arxivinə, Təbrizə və İstanbul arxivlərinə baş vurur, sanki okeanın
dibində incilər axtarardı...
Qırx bir yaşında
dünyasını dəyişən bu insan ömrünün yarıdan çoxunu ötən
əsrlərdə yaşamış tarixi şəxsiyyətlərin, elm və din xadimlərinin,
sərkərdələrin, tariximizin daş pasportu olan qalalarımızın,
abidələrimizin öyrənilməsinə,
araşdırılmasına və tədqiqinə həsr etmişdi.
Yazırdı: "Tarixin bir hissəsi şəxsiyyətlərin
ömründə, fəaliyyətində yaşayır".
İşıqlı ruhun şad olsun, yerin behişt olsun.
Səni təkcə tariximizin araşdırıcısı kimi tanımaq
insafsıqlıq olardı...
Onun adı
Gülməmməd idi. Adı kimi özü də gül qoxuyurdu, gül üzlü balalarını çox istəyirdi. İnsanda həmişə cismani və
mənəvi paklıq arzu edərdi.
Ilahiyyata bağlı adam idi.
Allahı
və Peyğəmbəri, (s)
övliyaları vəsf edən hədislər danışmaqdan
yorulmazdı. Bəzi mollalar onun yanında
danışmağa cürət etməzdilər.
Müqəddəs şəxsiyyətlərin
şəcərəsini mükəmməl bilirdi. İranda olarkən din xadimləri onun biliyinə,
yaddaşına, danışıq və şərhetmə
qabiliyyətinə heyran qalmışdılar.
"Tövbə qapısı həmişə
açıqdır", deyən mərhum dostumuz və
qardaşımız insanları dinə, imana,
saflığa, birliyə, bərabərliyə dəvət
edərdi. Qurani-Kərimin müqəddəs ehkamları,
fəlsəfəsi, əxlaqı, elmi,
mədəniyyəti, milli və
ümumbəşəri mənəvi dəyərləri onun ciddi marağına
səbəb olmuşdu. O, yaxşı
dərk edirdi ki, əqidənin
möhkəmlənririlməsində ideal dərəcədə
yüksəkdə dayanan şəxsiyyətlərin rolu böyükdür. Çünki Quranın elmi -
ədəbi mirasını öyrənib ona əməl
edən hər bir kəs şəxsiyyət kimi formalaşır,
müdrikləşir. Bu səmavi kitab on dörd əsrdən çoxdur insanıların
təlim-tərbiyəsinə, əxlaqi-mənəvi
təkamülünə, dünyagörüşünə
müsbət təsirini göstərməkdədir...
Şeyxülislam Əbdüssəlam
Axundzadənin 1993-cü ildə nəşr olunmuş "Müqəddəs
peyğəmbərlərin tarixi" kitabına ən söz yazmışdır.
1920-ci ildən bu yana Azərbaycanda
yaşamış 12 nəfər şeyxülislam və on iki Qafqaz müftisi haqqında
sanballı məqalələrin müəllifidir.Lerikdə Xanəgah və Babagil türbə,
Lənkəranda Şeyx Zahid türbəsi,
Gəncəsər məbədi, Ağsuda türbə,
Yardımlıda Əbu Dürdə türbəsi,
Naxçıvanda Əshabu-Kəhf (Mağara yoldaşları)
türbəskəri, Nuh türbəsi və digər
müqəddəs pirlər, ocaqlar barədə
qələmindən süzülən elmi-tədqiqat
məqalələri gənc alimin ciddi axtarışlarından
xəbər verirdi. Tədqiqatçı alim və jurnalist 1996-cı
ildə Azərbaycan Jurnalistlər Birliyi beynəlxalq İslam Xeyriyyə
Cəmiyyəti Asiya Müsəlmanları
Komitəsinin İslam sivilzasiyasına həsr olunmuş müsabiqəsinin diplomuna layiq görülmüşdür. Həzrəti Məhəmməd
Əleyhissalamın mövludu şərəfinə elan edilmiş jurnalist yaradıcılıq
müsabiqəsinin qalibi sayıldığı üçün Qafqaz Müsəlmanları Ruhani İdarəsi Elmi-Dini Şurasının,
"İrşad" İslam Araşdırmalar
Mərkəzinin, Azərbaycan Jurnalist Həmkarlar
İttifaqı Rəyasət heyətinin "Ziya"
fəxri diplomu ilə təltif edilmişdir.
Yurdun tarixçisi
Elə bil ki,
Allah-Təala onu tarixin əngilliklərinə baş vurmaq üçün yaratmışdı.
"Hər ömür bir tarixdir, - deyərdi. -
Hər bir xalq tarixi yaddaşı olmadan yaşaya bilməz.
Hər bir insanın, hər bir vətəndaşın öz yurdu,
torpağı, mədəniyyəti, tarixi keçmişi haqqında bilgisiolmalıdır...
Azərbaycanın tarixini mahal-mahal öyrənmədən tariximizi öyrənmək mümkün deyildir". Ona görə
də bütün qayğılarını unudub Azərbaycanı oba-oba, el-el gəzirdi. Azərbaycanın ilk milli kitabxanası,
Bakı, Dərbənd, Naxçıvan, Gəncə,
Cəlilabad, Qarabağ, Lənkəran, Astara, Lerik,
Masallı, Yardımlı, Ağsu abidələri,
qalaları, türbə və ziyarətgahları, hərbi
sərkərdələri, müqəddəs
şəxsiyyətləri, nadir hadisələr
barədə elmi məqalələri yeni faktlarla zəngin idi.
Yadımdadır ki, Gülməmməd "Bəlləbur
qalası" barədə şövqlə
danışardı. Onumərhum akademik Ziiya Bünyadova göstərmiş,
bəyəndikdən sonra tarixçi alim Teymur Bünyadovun təqdimatı
ilə "Kənd həyatı" jurnalında çap etdirmişdi.
O deyərdi ki, Azərbaycanın bir neçə
ərazisində Babəkin Bəzz qalaları olmuşdur.
Bəzi tarixçilərimizi də çaşdıran budur.
1994-cü
ildə nəşr olunmuş "Ermənistan
azərbaycanlılarının tarixi coğrafiyası"
kitabında Gülməmmədin "Abidələrimiz,
ziyarətgahlarımız" (V fəsil) elmi məqaləsi maraq doğurmuşdur. Azərbaycanın ilk general-leytenantı Mir Mustafa xan Talışlı, Mir Həsən xan Talışlı, general-poruçik Ağacan bəy
Nurullabəyov, general-mayor Mir İbrahim bəy
Talışinski, general Mir Kazım xan Mir Əlixan oğlu Talışinski, general Əsəd
bəy Ağali bəy oğlu Talışxanov, general Xəlil
bəy Mir Əlixan oğlu Talışinski, general Fətulla
bəy Cahangir bəy oğluBayraməlibəyov,
Səməd bəy Sadıq bər oğlu Mehmandarov, iki dəfə Sovet İttifaqı
Qəhrəmanı, general-mayor Həzi Aslanov və
digər məşhur əmirlər, qorçibaşları
haqqında tədqiqatları, tarixi oçerkləri
1996-cı ildə "Azərnəşr"
tərəfindən "Lənkəran mahalının
sərkərdələri" adlı kitabında öz əksini
tapmışdır. Bu kitabın qısa
müddətdə işıq üzü görməsində Mir Mustafa xanın
nəslindən olan xeyriyyəçi və ziyalı,
Lənkəran şəhər icra hakimiyyətinin
başçısı olmuş mərhum
Dilrübə xanım Camalovanın
himayədarlığı xüsusi olaraqqeyd olunmalıdır.
Azərbaycanda
Talışlı, Talışxanov və Talışinski kimi tanınan
məşhur nəslin sərkərdələri,
görkəmli hərbçiləri, alimləri
G.Məmmədzadə tərəfindən ətraflı
öyrənilib tədqiq edilmişdir. Habelə, o,
Böyükxanım Talışinskaya, Mirzə Səlim
Axundzadə, Zülfüqar Əhmədzadə, Teymur bəy
Bayraməlibəyov, Şəfi bəy
Rüstəmbəyli, general İsmayıl bəy
Qutqaşınlı, general Mehdiqulu bəy Usmiyev,
"Talanmış kitabxana" (İrandakı Şeyx Səfi
kitabxanası - İ.Ş.) barədə yaddqalan elm-publisistik məqalələri
dərc olunmuşdur. "Xarici səyyahlar
nə deyirlər?" (Lerik və Astara abidələri
barədə) araşdırmaları çoxillik əməyinin
məhsuludur. İranda çıxan "Yol" jurnalında, "Etelaat"
qəzetində, Türkiyədə nəşr olunan "Zaman"
qəzetində, Ukraynada yayılan "Rovestnik"
qəzetində onun sanballı yazıları oxuculara təqdimolunmuşdur.
"Azərbaycan" qəzetinin xüsusi müxbiri,
"İncəsənət" və "Amin"
qəzetlərinin redaktoru işləmiş, respublika və
Lənkəran televiziyası ilə
çıxışlar etmişdir.
Gülməmməd Məmmədzadə
cəbhə bölgəsini, səngərləri
qarış-qarış gəzmişdi, igid əsgərlərimizi
həmişə qələbəyə, Vətənin
müdafiəsinə ruhlandırırdı, mətbuatda bu barədə
yazılar dərc etdirmişdi, xalqın
dərdini-möhnətini həmişə ürəyində yaşadardı.
İstedadlı
qələm dostumuzun məhsuldar
yaradıcılığı qaynar çeşməyə
bənzəyirdi. Şəxsi arxivində bir neçə orijinal kitab üçün çox qiymətli materiallar toplamışdır.
Elə yazısı da var ki, onu on ilə,
hissə-hissə toplamışdır.
"Tarixi abidələr, tarixi şəxsiyyətlər",
"Lerik. Tarixi-etnoqrafik oçerk" kitabları nəşrini
gözləyirdi...
O həm
də şair idi
Gülməmməd
Məmmədzadə həm də şair idi, lakonik və
aydın danışığa malik maraqlı müsahib idi,
gözəllik aşiqiydi, fenomenal yaddaşa,
biliyə malik sadə bir insan idi. Poeziya almanaxlarında,
mətbuatda çoxlu şeirləri çap olunmuşdu. Radio dalğaları
dəfələrlə onunsəsini dinləyicilərə
çatdırmışdı. O, Azərbaycan
Jurnalistlər Birliyinin ən fəal
üzvlərindən sayılırdı.
Xalq yazıçısı
İsmayıl Şıxlının "Güc qeyrətdədir"
məqaləsindən "Düşmən bir xalqı
məhv etmək istədikdə hər şeydən
əvvəl onun dilini əlindən alır. Dilin məhvi
xalqın məhvi, dilin yaşaması xalqın
yaşaması deməkdir" fikrini doqquz bəndlik
"Ana dili"
şeirinə epiqraf seçən şair dostum yazırdı:
Dilim,
müqəddəssən göydə Günəş tək,
Sayəndə boy atmış uca bir dağıq.
Sənsiz sinəmizdə döyünməz ürək,
Nə qədər sən varsan yaşayacağıq.
O, Azərbaycan dilini varlığımız hesab edirdi. Başqa bir şeirində "Əlimin yumruq vaxtında, Barmaq-barmaqdan ayrıldı" deyə fəryad qoparırdı...
Aramızdan çox tez getdin, tez. Yoxluğun bizi yandırır. İlk kitabını görmək sənə nəsib olmadı. Buna heç tələsmirdin də. Ömrün vəfasızlığına inanmırdın. Biz inanmırdıq belə tez saralıb-solmağına. Sonuncu dəfə ağır xəstə olsan da bizimlə Babagil türbəsini ziyarətəgetdin. Türbəd özünə diriykən Ya-Sin oxutdurdun. Şam kimi əriməyin sürətlənirdi. Fəqət dərdinə çarə tapa bilmədik!..
Sənin hüzr məclislərinə dostların, doğmaların yığışıb xatirəni böyük ehtiramla yad etdilər. Binə qəbiristanlığında məzarın önündə ehtiramla baş əydik, vida nitqi söylədik. Kiçik qardaşın Hafizin məzarı vəfasız həyata sual dolu bir ittihamdır.
Çağırdıq, səsimizə səs vermədin. Yarpaq şəkilli qələmin daşa dönüb, qardaş. Qara mərmərdən sual dolu nəzərlə baxırsan, fəqət danışa bilmirsən, qardaş. Bilirəm ürəyindən çox şey keçir. Barı ruhunu dilləndir.
Bu da sinə daşın üstündəki yazı. Doğma fəryadların, matəm simfoniyasının son akkordları...
Sən tədqiqatçısının yolunu gözləyən tarixi faktların, elmi mənbələrin axtarışına çıxan geoloqlara bənzəyirdi. Barı əsərlərini oxuyub təsəlli tapırıq ki, ömrünü bada verməmisən. Hər yazında barmaqlarının izi, gözlərinin nuru, isti nəfəsin qalıb. Amansız xəstəlik səniəlimizdən alandan sonra ömründən sonrakı ömrün başlandı...
Xətrini çox istədiyin akademik Ziya Bünyadovun ruhu da sənin ruhunla görüşə gəldi, əziz dost! Axı, kitabına ön söz yazmış, imza etmişdi. Onu qansızlar qətlə yetirdilər. Azərbaycan elmi yetim qaldı.
Qurani-Kərim buyurur:
"Allah-Təalanın hüzurunda bu üç dəstə şəfaət edər: peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər". Yəqin Ziya müəllimin də, onun məsləhətlərindən bəhrələnən Gülməmmədin də yeri behiştdir. Hər ikisi Şər üzərində Xeyirin qələbəsini, haqqın, ədalətin təntənəsini görmək istəyirdi.
Bu son söz əvəzi deyil
...Ömürdən sonrakı ömür. Yaşanmış dəyərli bir ömrün davamı. Bu ömür qəzetlərdə qara haşiyəyə alınmış baş sağlıqlarına, acı təəssüflərə sığmır. Bu ömür baharı xəzana dönən ömür deyil, ilahi, dahiyanə bir ömürdür...
Uca dağların yaşıl hörükləri-meşələr, diş göynədən çeşmələr, ayaq izlərini yaşadan cığırlar əsrlərin daş pasportları sayılan qalalar, əsrləri görüşdürən arxivlər, kitabxanalar sənin yolunu gözləyir...
Məzarına üz surtən, göz yaşı sellənən, qübardan yanıb-qovulan bir ana gördüm. Göyərçin əlləri haqqın dərgahına uçurdu sanki. Bizə dikilən körpələrinin baxışlarına dözə bilmirik. Tanrı eşitmədi duamızı. "Ana" deyib sevdiyimiz torpağın qucağında rahat yat qardaş! Əvvəl-axır yerimiz oradır.
RUHUNA QOVUŞMAĞA RUHUMUZ GƏLƏCƏK, QARDAŞ!
İdris Şükürlü,
yazıçı-jurnalist
Ədalət 2019.- 7 fevral.- S.5.