BU, RAMİZ QUSARÇAYLIDIR...

Mən düşdüyüm yol ayrıdı,

Yoxuşludu, dolaylıdı,

Hər yan qoşma, gəraylıdı

Dərələrin bulaq sazı

Dinir köklənə-köklənə.

 

Ürək fikirlə xışlanıb,

Duyğu-duyğu naxışlanıb,

Sinəmdə səpin başlanıb,-

Altdan şumlana-şumlana,

Üstdən ləklənə-ləklənə.

 

Neçə illərdir bu sətirlərin müəllifi Ramiz Qusarçaylı ilə səmimi dostluq münasibətindəyəm. Qubada yaşayır və yolu Bakıya düşəndə görüşürük, fürsət düşdümü təzə şeirlərindən birini mənə oxuyur. Mən də ildə heç olmasa, bircə dəfə Ramizin rəhbərlik elədiyi "Ayişığı" ədəbi məxlisinin qonağı oluram. Bu məclislə Qubanın, Şabranın, Xaçmazın, Siyəzənin ürəyi dolu şairləri toplanır, şeirlər oxunur, müzakirəsi keçirilir, bu şeirlərin bəyənilənləri Ramizin köməkliyilə mətbuatda dərc olunur.Ramiz Qusarçaylı o bölgənin ədəbi mühitində artıq BÖYÜK QARDAŞ missiyasını yerinə yetirir. Məhz onun qayğısıyla "Ay işığı"nın şairlərinin yazıları bir neçə dəfə kitab halında çap olunub.

Bu dekabr ayında Ramiz Qusarçaylının 60 yaşı tamam olur.Mən onun əlli yaşı tamam olanda "Söz göyərdən şair" ("525-ci qəzet") və "Mən düşdüyüm yol ayrıdı" ("Ədəbiyyat qəzeti") məqalələri ilə mətbuatda ürək sözlərimi ifadə etmişdim. Ramizin 2005-ci ldə çapdançıxan "Bir çiçək axşamı" şeirlər kitabına geniş bir ön söz yazmışdım. Amma Ramiz Qusarçaylı elə şairdir ki, hər dəfə onun şeirlərinə (lap çoxdan yazdıqları ilə son şeirlərinə də) dəyər verməkdə çətinlik çəkmirsən. Hələ ilk şeir kitabı çapdan çıxanda Xalq şairi OsmanSarıvəlli gənc şairin şeirləri barədə yazmışdı ki: "Sevindiricir haldır ki, Ramiz ürəyinə yaxın hissləri, görüb-götürdüyü hadisələri qələmə alır. Şeirlərində bir istilik, səmimiyyət var, fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır". Və mən burada qeyd etməyi lazım bilirəm-R.Qusarçaylının şeirləri barədə B.Vahabzadə, N.Xəzri, M.Araz, M.Aslan, M.Yaqub, Z.Yaqub, V.Arzumanlı kimi tanınmış söz adamları fikir söyləyiblər: "Hamımızın gördüyü hadisələri obrazlı şəkildə ifadə edir", "misraları dəqiq və poetikdir", "Fikriniözünəməxsus, orijinal və məcazi şəkildə oxucüya çatdırır", "onda söz əllaməçiliyi yoxdur, hisslər büllur kimi saf", fikirlər su kimi dumdurudur" və s. Bu sırada mən mərhum xalq şairimiz Nəbi Xəzrinin sözlərini xatırlayıram: "Mən poeziyamızın sabahına gedən yolda elə bil qaranlıq bir tuneldə idim. Çox az şeirlər məni isindirirdi. Lakin Ramiz Qumaoçaylının şeirlərini oxuduqdan sonra mənim üçün qaranlıq tunel qurtardı. İşıqlı bir aləmə düşdüm".

Ramiz Qusarçaylı bugünkü şeirimizdə ənənəyə ən sadiq qalan, lakin "köhnə havalarda" təzə söz deməyi bacaran şairlərimizdəndir. Şeirimizdə bir-birindən fərqli müxtəlif üslublar, qollar, şaxələr mövcuddu. Amma qoşmalı, gəraylılı, hecalı bir qol var ki, heç vaxt özsanbalını itirmir, bu şərtlə ki, müasir poetik təfəkkürün işıbı səpələnsin o şeirlərə. Şablon, trafaret, artıq tamamilə öz poetik dəyərini itirmiş bənzətmələr, metaforalar o şeirlərə qatılmasın.

 

Dağı kəsə-kəsə axıvr dağ çayı,

Axır Qara çayı, axır Ağ çayı.

Suların üstündə xəzəl oynayır,

Suların özü də gözəl oynayır.

Sənə bu yerlərin yazı gəl deyir,

Şehli nəvazişi, yazı gəl deyir.

Gəl as ürəyini bir gül boyundan,

Yarpız yarpağındansünbül boyundan.

 

Təbiətə, onun gözəlliklərinə yalnız bu dərəcədə munis olan bir şair belə şeiri yaza bilər. Ramizin təbiətə bağlılığı, yaşadığı Qubanın bənövşələrini, çiçək axşamlarını, gilənarlarını, Çartəpə lövhələrini, qarını, küləyini, gecəsini, Ay işığını şeirdə poetik lövhələrə çevirməsionun doğrudan da təbiət duyumlu bir şair olduğunu sübut edir. Hətta belə bir təsəvvür yaranır ki, Ramizin bu şeirləri sözlə yox, rəssam fırçası ilə qələmə alınıb. Amma o, duyğuların rəsmini çəkir. Bu misraları oxuyandan sonra təıbiəti, yaz güllərini, Quba axşamlarınısevməmək mümkündümü?

Azərbaycan poeziyasında dağlara aid yüzlərlə, minlərlə şeirlər yazılıb. "A dağlar" nidası şeirimizin ən zərif ahənginə çevrilib. Amma Ramizin "Gecələr dağlara baxa bilmirəm" şeiri nidalar və dağ gözəlliklərinin təsviri üzərində qurulmayıb. Bu şeirdə İnsan, Dağ və Daşobrazları hissin, duyğünün tənhalığından baş alır.

 

Dağdan da ağırdır daş tənhalığı,

Ürək tənhalığıbaş tənhalığı.

Asılıb zirvədən qış tənhalığı

Gecələr dağlara baxa bilmirəm.

 

Bu Arazbu da kiSamur daşları,

Bürüyüb yamyaşıl mamır daşları

Dağ çəkir sinəmə çadır daşları

Gecələr dağlara baxa bilmirəm.

 

Mən Ramizin təbiət şeirlərində küskün bir bənövşə obrazını da gözdən qaçırmıram. Qurbanidən üzü bəri bənövşəyə yüzlərlə şeir həsr edilib və açığını deyim ki, bu şeirlərin əksəriyyətini bir yerə yığsan, bir bənövşə yığnağı yaranar. Çünki o şeirlər çölünbənövşələridir, poeziyanın bənövşələrinə çevrilə bilmirlər. Amma Ramizin "Qurudub göndərmə bənövşələri" şeirinə baxın:

 

Əlimə alınca əlim qurudu

Qurudub göndərmə bənövşələri.

Nəfəsim qurududilim qurudu

Qurudub göndərmə bənövşələri.

 

Əl saxladər saxlatəzə-tər saxla,

Çıcxart ürəyiniüstə sərsaxla,

Mənə  ölməyə bir az yer saxla,

Qurudub göndərmə bənövşələri.

 

Ramiz Qusarçaylı təbiəti fəsil-fəsil oxuyan şairdir. Onun təbiəti "mütaliəsi"nin çox sayda bəhrələrini güllərə, çiçəklərə, payıza, qışa həsr elədiyi şeirlərində görürük.

Ramiz "Payız şəkli" şeirində doğrudan da payızın şəklini çəkir. Özü də "yumru-yumru" qafiyəsi əlində ..."boyalar yumru-yumru, yamaclar yastı-yastı, qaylar yumru-yumru. Xəzəllər xışıl-xışıl, ilğımlar işıl-işıl, mürgülər mışıl-mışılröyalar yumru-yumru".

 

Çiçəklər xəzəldir,

Xəzəllər çiçək.

Açıb yaxasını yağışaçənə.

Yarpaqlar sapsarı xatirələrtək,

Səpilib payızın qədəmlərinə.

 

Özündən ayrılır bar ağacları,

Özünə yüklənir meşələr yenə.

Görən kim qarğıyıb qarağacları,

Dibinə qəm düşür yarpaq yerinə.

 

Gözəl şeirdir və payız haqqında ən yaxşı şeirləri yan-yana düzsək, heç şübhəsiz, Ramiz Qusarçaylının şeiri öz poetik ahənginəməzmununa görə seçiləcək.

Təbiəti, Qubanın və böyük Vətənin gözəlliklərini əsl poeziyaya gətirən Ramiz Qusarçaylı antigözəlliyi də inkar və etirazla qarşılayır. Bu etirazlar onun ilk şeirlərindən başlamışdı. Şair olasan, çevrəndə, yaşadığın mühitdə və cəmiyyətdə baş verən neqativ halları, naqisəməlləri, duyğudan, hissdən məhrum olan daşürəkliləri tənqid hədəfinə çevirməyəsən, şeirin Mirzə Ələkbər Sabir məhkəməsində əyləşdirməyəsən? "Bir şeir ağladım gecə yarısı, bir şeir hönkürdüm ağ vərəqlərə" deyən bir şair istər təğiətdə, tstərsə də cəmiyyətdəbaş alıb gedən nizamsızlığa, ahəngsizliyə qarşı həmişə döyüşkən şair mövqeyində olub. Əlbəttə, "döyuüşkənlik" deyəndə mən bəzi kəskin və sərt publisistikadan qopub gələn üzdəniraq çığır-bağırı nəzərdə tutmuram. Çünki Ramiz Qusarçaylı qışqıran, səsinə güg veribkürsü nəhənginə çevrilən "patriot"lardan deyil. Ötən illərimizi yada salaq və Ramizin "İslahat" şeirini burda xatırladaq:

 

Torpağı bölürlər adam başına,

Adamlar torpağı özəlləşdirir.

Millət ac qarınaavam başına,

Dərdini bir az da gözəlləşdirir.

 

 qaldı şərəfin yadın əlində,

Yüz papaq bulanır bir vəzifəyə.

Bir şüar səslənir tayfa dilində,

Bir nida bəslənir. Sür vəzifəyə!

 

Bu bazar kimindi,

Bu mal kimindi.

Tapılır yandan da sür-sümük atan.

Sən kimin əlində qalmısan indii,-

Mən kimin əlinə baxıramVətən...

 

Bu şeir doxsanıncı illərin əvvəllərinin əhval-ruhiyyəsindən doğub. Və illər keçəcək, həmin illərin bədii bir sənədi kimi xatırlanacaq.

Ramiz Qusarçaylı Vətən duyğulu şairdir-bəlkə də bu ifadə şablon səslənər, çünki Azərbaycanda yaşayıb Azərbaycanın sevincinə, kədərinə şərik olmayan şairi mən Vətənsiz şair hesab edərdim. Ramizin onlarla şeirində Vətən "Dərbəndin içinə yıxılan daşlardır", "Şuşatorpağıdı", "Hönkürən Samurdudolan Arazdı", Təbrizdi, "Xocalıdı", "Bəsiənigardı", "Zəmin xarədi", "Divanidi", "Quba daşlarıdı". Bu gün yurd sevgisindən, yurd duyğusundan azmı uzaq olan var? Amma bu haqda danışmayaq. Çünki bizim öz içimizdəki yurd sevgisiniRamiz kimi şairlər daha da gözəlləşdirir, zərifləşdirir. Yurdu sevmək, onun gözəlliklərindən vəcdə gəlmək, onun daşını, qayasını, çiçəyini sevməkdən başlayır ki, öncə bu haqda söz açdım. "Ayaqoarının donu təzəcə açılan balaca qızcığac xəstəxanada yuxudan oyanıbdedi ki, Şuşada-evimizdəyəm. Qapımızdakı ərik ağacı çiçəkləmişdi". "Buy az çiçəkləmə, ərik ağacım" şeiri mən deyərdim Ramizin ən kədərli, həm də ən işıqlı şeirlərindənq biridir.

 

Qeyrət başı bağlı,

dərd başı açıq.

Səhər ürək götürdərd başına çıx...

Ağaclar Şuşada qurğuşun açır,

Bu yaz çiçəkləməərik ağacım.

Dərdə bax,

can dözürqan dözür belə,

Yaralı daşları kim üzür belə,

Ağla Mehri beləZəngəzur belə,

Bu yaz çiçəkləməərik ağacım.

 

Bu dərd qaya-qaya,

daş-daş güllənir,

Daş-qaya üstündə savaş güllənir.

Yiyəsiz yurd yeri yavaş güllənir

Buy az çiçəkləməərik ağacım.

 

Ramizin "Namus" şeiri isə mühasirə zamanı ermənilərin əlinə keçməsin deyə yeganə qızını güllələyən naçar atanın dilindən söylənilir və doğrudan da bu şeiri oxuyandan sonra içində hönkürürsən:

 

Əl saxlaxain balası,

Qoy namusumu basdırım.

Gözümün ağıqarası

Bircə qızımı basdırım.

 

Bu yerlər boşalırqaçır,

Allah da baş alıb qaçır,

Öpüb torpağıağacı,

Yalayıb qummubasdırım.

 

Sayan sayıb say tutum,

Ölüb bu dərdə toy tutum?!

Harda özümə toy tutum,-

Harda özümü basdırım?!

 

Mən Ramiz Qusarçaylının bu tipli şeirlərində Bəxtiyar Vahabzadə, Məmməd ArazSöhrab Tahir, Xəlil Rza kimi ustad şairlərdən gələn təsir dalğalarını da hiss edirəm. Sadəcə təsir-təkrar, təqlid, ypmsılama yox. O şair kiözünün fərdi üslubunu yaradır, o. kimdən təsirlənsə beləöz fərdiliyini itirməyəcək.Məsələ burasındadır kiRamiz Qusarçaylı da o ustadlarlı həmrəy olduğunu ifadə edireyni həyəcanıneyni nigarançılığın axarına qoşulur.Poeziyanın bu qolu həyat hadisələrinə, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərə şair-vətəndaş mövqeyi ilə seçilir.

Ramiz Qusarçaylının şeirləri öz poetik intonasiyası, bədii təsvir vasitələrinin orijinallığı ilə də diqqəti cəlb edir və heç bir misal gətirmədən deyirəm ki, bu yazıda Ramizin şeirlərindən gətirdiyim parçalara diqqət edin, müasir şeirimizin ifadə, məzmun gözəlliyi ilə tanış olun.

BuRamiz Qusarçaylıdı. Azərbaycanın bəddi təfəkkür mərkəzlərindən biri olan Qubada yaşayan Ramiz Qusarçaylı. Şeirləri də özünə, özü də şeirlərinə oxşayan altmış yaşlı müasirmiz. "Söz göyərdən şair".

Yusifli, Vaqif

Ədalət  2019.- 8 fevral.- S.7.