Bir ömrün səhifələri
Yaşadığı Şahağacı kəndi Xəzərin sahilində yerləşir. O, hər səhər dəniz sahilinə çıxır. Dəniz həsrətilə yaşayan nəğməkar qağayıları süzür, saatlarla xatirələr "dənizində" üzür. Xəzər ona doğmadır. Qəlbinə, istəyinə hakim kəsilib. Sevincini onunla bölüşür.
Həyatda şirinli, acılı nə varsa Xəzərdə ov edən cəsur balıqçılarla bağlıdır. Ona görə də hər səhər dəniz sahilinə gedir, dalğalanan ləpələri eləcə də mavi suların qoynunda bərq vuran göyərçinləri sehr etdikdən sonra iş yerinə yollanır.
Söhbət ömrünün 65-ci ilini yaşayan veteran polis polkovnik leytenantı Canaşir Xəlil oğlu Novruzovdan gedir. O, 1954-cü ildə Astara rayonun Şahağacı kəndində dünyaya göz açıb.
1970-ci ildə Şahağacı kənd orta məktəbini bitirib.
Elə həmin
il Bakı
Dövlət Universitetinin
tarix fakültəsinə
daxil olub.
Öz arzusu ilə sənədlərini
alıb hüquq fakültəsinin əyani
şöbəsinə verir. Lakin atası
ticarətdə məsul
vəzifədə işlədiyi
üçün onun hüquq fakültəsində
təhsil almasına icazə verilməyib.
Elə həmin ildə sənədlərini Bakı
şəhəri Nərimanov
rayonunda yerləşən
1 saylı texniki peşə məktəbinə
vermişdi. Peşə məktəbini
1972-ci ildə fərqlənmə
diplomu ilə bitirmişdi. Bir neçə il
Keşlə maşınqayırma
zavodunda ixtisası üzrə işləmişdi.
1972-75-ci illərdə Ukrayna Respublikasının
Xarkov şəhərində
hərbi xidmətdə
olmuşdu. Hərbi xidmətini başa
vurduqdan sonra 1975-ci ildə Universitetin Hazırlıq fakültəsinə
daxil olmuşdur.
Bir müddət sonra Bakı şəhərində
yerləşən kitab
ticarəti idarəsində
ekspeditel işləmişdir.
İşlədiyi illərdə
Xalq şair mərhum Zəlimxan Yaqubla tanış
olmuşdu. Onların dostluğu Zəlimxan
müəllim dünyasını
dəyişənədək davam etmişdir. Sonra Azərbaycan Dövlət Universitetinin hüquq şöbəsinin əyani
fakültəsində təhsil
almışdı.
Təhsilini 1982-ci ildə başa vurduqdan sonra Şirvan şəhər
polis şöbəsində müstəntiq vəzifəsinə
təyin olunmuşdu.
Sonralar Zərdab
rayon polis şöbəsinə baş müstəntiq vəzifəsinə təyinat
almışdır. O, Ucar
rayon polis şöbəsində müstəntiq işləyib.
1993-cü ilin aprel ayında Lənkəran ŞRP şöbəsinə
baş müstəntiq
təyin olunmuşdu.
2000-ci ildən 2012-ci ilədək polis şöbəsində
rəis müavini vəzifəsində çalışmışdır.
Təqaüdə çıxandan sonra
2014-cü ildən Lənkəran
Dövlət Universitetində
Konstitusiya hüququ və hüququn əsaslarından mühazirə
seminar dərslərini keçir.
2017-ci ildən LDU-nin
hüquqşünas vəzifəsində
çalışır, YAP-nın üzvüdür. 2 oğul
övladı var. O, övladlarına
da ali
təhsil vermiş, valideynlik borcunu yerinə yetirmişdir.
Cavanşir Novruzov işlədiyi illər ərzində vəzifə borcunu layiqincə yerinə yetirdiyinə və işində həmişə fəallıq göstərdiyinə görə əməyi yüksək qiymətləndirilmişdir. DİN-nin rəhbərliyi tərəfindən "Polis əlaçısı" döş nişanına, fəxri fərman eləcə də bir neçə dəfə pul mükafatına layiq görülmüşdür. Hər il polis günü münasibətilə keçirilən yığıncaqda iştirak edərək bu günkü gənc polislərə bir ağsaqqal kimi tövsiyyələr edir. Onlara çətin və şərəfli peşələrində uğurlar arzulayır.
Biz də ömrünün 25-ildən çoxunu xalqın asayişi keşiyində durmaqla şərəfli polis peşəsinə həsr edən veteran polis polkovnik leytenantı Cavanşir Novruzovu anadan olmasının 65-illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda uzun ömür, möhkəm can sağlığı arzulayırıq.
Azad Zülaloğlu
Jurnalist "Qızıl qələm"
mükafatı laureatı
Ədalət 2019.- 19 fevral.- S.8.