GÖYÇAY:
YAŞANAN HƏR GÜNÜN ÖZ TƏNTƏNƏSİ...
Rayonun elektrik təsərrüfatının əsaslı
yenidən qurulması
işləri davam etdirilmiş, əhalinin, müəssisə və təşkilatların elektrik
enerjisi ilə təminatının etibarlılığını
artırmaq üçün
şəhər və
kənd yaşayış
məntəqələrinin ərazisində 703 ədəd
0,4 kv-luq, 109 ədəd
10 kv-luq dayaqlar yeniləri ilə əvəz edilmiş, 48 ədəd transformatorda əsaslı, 74 ədəd
transformatorda cari təmir işləri aparılmış, 32,1 km uzunluğunda
yükünü özüdaşıyan
naqillər çəkilmiş,
2 ədəd yeni transformator məntəqəsi
quraşdırılmışdır.
Hesabat dövründə rayon əhalisinin
təbii qazla təminatındakı çətinliklər
nəzərə alınaraq
1 nömrəli qaz paylayıcı stansiyada yenidən qurma işləri aparılmış,
kənd yaşayış
məntəqələrini təbii
qazla təmin etmək üçün
2 km uzunluğunda yeni
219mm-lik daşıyıcı xətt çəkilmiş,
şəhər və
kənd yaşayış
məntəqələrinin ayrı-ayrı xətlərdən
təbii qazla təmin edilməsi üçün lazımi
avadanlıqlar quraşdırılmışdır.
Ötən il
rayonun Çaxırlı,
Ləkçılpaq, Çərəkə,
Kürdşaban və
Şəkili kəndlərinə
təbii qaz verilişi təmin edilmişdir. Hazırda
rayon əhalisinin 98,8%-i təbii qazdan
istifadə edir ki, bu da
orta respublika səviyyəsindən təxminən
3% çoxdur. Şəhərin yeni salınmış
50-ci məhəlləsinin sakinlərinin
müraciətləri nəzərə
alınaraq ərazinin
təbii qazla təmin edən qaz xəttlərinin əsaslı yenidən qurulması işlərinə
başlanılmışdır.
Bütün bunlarla yanaşı rayon əhalisinin içməli
su, elektrik enerjisi və təbii qazla təchizatında müəyyən
nöqsan və çatışmamazlıqlar da
olmuşdur. Cari ilin yay aylarında şəhər
əhalisinin içməli
su ilə təminatında çətinliklər
yaranmış, mərkəzi
su qəbuledici anbardakı su motorları tez-tez sıradan çıxdığından
paylayıcı şəbəkəyə
kifayət qədər
su verilmədiyindən
abonentlərə içməli
suyun verilməsində
fasilələr yaranmış,
bu isə əhalinin haqlı narazılığına səbəb
olmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə
baxmayaraq "Azərsu"
ASC-nin yerli xidmət sahəsinin rəhbərliyi vəziyyəti
düzəltmək üçün
əməli tədbirlər
görməmişdir. Yalnız rayon İcra Hakimiyyətinin "Azərsu"
ASC-yə müraciətindən
sonra matorların təmir edilməsi üçün ehtiyat hissələri, həmçinin
2 yeni motor ayrılmış
və qısa müddət ərzində
əhaliyə içməli
su verilişində lazımi qayda yaradılmış, sahənin
rəhbərliyinin möhkəmləndirilməsi
də yaranmış problemin həllinə öz müsbət təsirini göstərmişdir.
Hesabat dövründə əhalinin
elektrik enerjisi ilə təminatının
yaxşılaşdırılması istiqamətində rayon elektrik
şəbəkəsinin yeni
rəhbərliyi tərəfindən
bir sıra tədbirlər görülür,
sahənin işində
nöqsan və çatışmazlıqlar aradan
qaldırılır. Hesabat dövründə
rayon ərazisində tikinti,
abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür. Şəhər stadionunda aparılan
əsaslı yenidənqurma
işləri davam etdirilmiş, stadionun ərazisində basketbol, voleybol və tennis meydançaları inşa
edilmişdir. Əli
Kərim adına
parkda əsaslı təmir işləri tam başa çatdırılmış,
burada yeni monitor quraşdırılmış, müharibə
veteranları üçün
kafe istifadəyə verilmiş, soyqırım
abidəsi şəhidlər
xiyabanına köçürülərək
əsaslı şəkildə
yenidən qurulmuşdur.
Parkda göyçaylı şairlərin
dəfn olunduqları ərazi abadlaşdırılmış,
Azərbaycanın məhşur
yazıçı və
şairlərinin "Əbədiyaşar
ədiblər" adlı
xatirə kompleksi inşa edilmişdir.
Heydər Əliyev parkının
ərazisində bayraq
muzeyi inşa edilmiş, parkdakı fəvvarə kompleksi yenidən qurulmuşdur.
Heydər Əliyev prospektindəki
xiyabanda abadlıq və əsaslı yenidənqurma işləri
aparılmış, ərazinin
işıqlandırma sistemi
yenidən qurulmuş,
səki daşları
və üzlük tavaları təzələnmişdir.
Avtovağzal binasının qəzalı
vəziyyətdə olması
ilə əlaqədar
2015-ci ildə sökülmüş,
rayon sakinləri və
qonaqlar həmin ərazidəki primitiv qaydada düzəldilmiş
müvəqqəti avtostansiyadan
istifadə edirdilər. Sərnişin
daşınması üçün
heç bir rahatlığın olmaması
vətəndaşların haqlı
narazılığına səbəb
olduğundan rayon İcra
Hakimiyyətinin təşəbbüsü
ilə ötən il keçmiş
avtovağzalın ərazisində
yeni 120 yerlik gözləmə zalı olan avtovağzal binası istifadəyə verilmişdir.
Rayon əhalisinin və
nəqliyyat vasitələri
sürücülərinin çoxsaylı
müraciətləri nəzərə
alınaraq Natəvan küçəsinin Nizami
küçəsi ilə,
həmçinin respublika
əhəmiyyətli Göyçay-Bərgüşad
avtomobil yolu ilə kəsişən hissəsində işıqforlar
quraşdırılmışdır.
Şəhərin küçələrində və çoxmənzilli yaşayış binalarının
həyətlərində 44 min kv.m-dən artıq yeni asfalt örtüyü
salınmış, kommunal
infrastrukturun bərpası
və yenidən qurulması tədbirləri
ilə əlaqədar
ayrılmış vəsait
hesabına 5 ədəd
5 mərtəbəli və
10 ədəd 2 mərtəbəli,
dövlət mənzil
fondunun əsaslı təmir üçün ayrılmış vəsait
hesabına 3 ədəd
5 mərtəbəli çoxmənzilli
yaşayış binaların
da əsaslı təmir işləri aparılmışdır.
Rayon əhalisinə kənd
təsərrüfatı məhsullarının
satışında lazımi
qayda yaradılması
üçün tədbirlər
davam etdirilmiş, şəhərin Mehdi Hüseynzadə küçəsində
örtülü kənd
təsərrüfatı məhsullarının
pərakəndə satış
bazarına bitişik ərazidə ümumi sahəsi 7 min kv.m. olan talvarlar quraşdırılmış və
burada satıcılar üçün 350 satış
yeri hazırlanmışdır.
2019-ci ilin yanvar ayının
29-da "Azərbaycan Respublikası
Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın icrasının yekunlarına
həsr olunmuş konfrans keçirilmiş, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev çıxış edərək
qeyd etmişdir ki, üçüncü Dövlət Proqramında
nəzərdə tutulmuş
bütün vəzifələr
artıqlaması ilə
yerinə yetirilmişdir.
Bu müddətdə həyata
keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində
ölkədə 1,5 milyonu
daimi olmaqla 2 milyondan çox yeni iş yeri,
100 mindən çox müəssisə yaradılmış,
işsizlik 5 faizə,
yoxsulluq səviyyəsi
isə 5,1 faizə enmişdir. Dövlət Proqramları çərçivəsində
görülmüş genişmiqyaslı
işlər regionların
qarşıdakı illərdə
də inkişafı üçün möhkəm
zəmin yaratmışdır.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramlarında Göyçay
rayonu üzrə nəzərdə tutulmuş
tədbirlərin həyata
keçirilməsi rayonun
da inkişafında ciddi dönüş yaratmışdır.
Eyni zamanda üçüncü Dövlət
Proqramında Göyçay
rayonu üzrə nəzərdə tutulmuş
tədbirlərin yerinə
yetirilməsi sahəsində
2018-ci ildə də müəyyən işlər
görülmüşdür.
Rayonda emal sənayesinin inkişaf etdirilməsi, mövcud potensialdan daha dolğun istifadə edilməsi sahəsində
əməli tədbirlər
davam etdirilmiş,
"Aznar" Qapalı
Səhmdar Cəmiyyətində
şərab emalı sexi istifadəyə verilmişdir. Asiya İnkişaf Bankının
krediti hesabına maliyyələşən Göyçay
şəhərinin su
təchizatı və
kanalizasiya sisteminin yenidənqurulma layihəsi
çərçivəsində rayonun Şəhadət kəndində inşa edilən gün ərzində 10 min kub.m.
çirkab su təmizləmə gücü olan qurğu komleksinin tikintisi başa çatdırılmışdır.
Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi,
yerli əhəmiyyətli
kəndlərarası avtomobil
yollarının yenidən
qurulması və əsaslə təmirinin davam etdirilməsi istiqamətində əməli
tədbirlər görülmüş,
11 min nəfər əhalinin
yaşadığı 6 yaşayış
məntəqəsini əhatə
edən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı,
21 min nəfər əhalinin
yaşadığı 11 yaşayış
məntəqəsini birləşdirən
Cəyirli-Alpout avtomobil
yolları istifadəyə
verilmişdir.
Təhsil
müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində işlər
davam etdirilmiş,
2018-ci ildə Alıkənd
kəndində 40 yerlik
modul tipli sinif komplekti, Veysəlli kəndində
20 yerlik modul tipli ibtidai məktəb
binaları inşa edilmiş, 280 yerlik Potu kənd tam orta məktəbi əsaslı təmir olunmuş və burada 8 əlavə sinif otağı inşa edilmiş, Alpout kəndində Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 40 yerlik uşaq bağçası
istifadəyə verilmişdir.
Yığncaqda vurğulanmışdır ki,
rayonun sosial-iqtisadi inkişafı məsələləri,
əhalini narahat edən əsas sosial-məişət problemlərinin
həlli daim dövlət başçısının
diqqət və nəzarətindədir. Azərbaycan
Respublikasının Prezidenti
tərəfindən təkcə
2018-ci ildə rayon ərazisində
yol infrastrukturunun yenidən qurulması, qəzalı vəziyyətdə
olan məktəblər
üçün yeni binaların tikilməsi, əhalinin içməli su və təbii
qazla təminatının
yaxşılaşdırılması, dövlət mənzil fondunun təmiri, əhalinin və yaşayış məntəqələrinin
sel və daşqın təhlükəsindən
mühafizəsi ilə
bağlı 8 sərəncam
verilmiş, bu işlərin yerinə yetirilməsinə ümumilikdə
24 milyon 840 min manat vəsait yönəldilmişdir.
Ölkə Prezidentinin yorulmaz
fəaliyyəti, xalqın
səadəti və xoşbəxtliyi üçün
əzmlə çalışması
regionların, o cümlədən
Göyçay rayonunun
sosial-iqtisadi inkişafı
üçün verdiyi
sərəncamlar rayon sakinlərinin
diqqətindən yayınmır
və Prezident İlham Əliyevin ünvanına daxil olan minnətdarlıq məktublarında öz əksini tapır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət.-2019.-21 fevral.-S.4.