PEYĞƏMBƏR(Ə)
TƏBLİĞİNDƏ BƏZİ CƏHƏTLƏR
Vaqif Cəliloğlu,
Tex. elmləri
üzrə fəlsəfə doktoru
Əgər "ən mühüm, ən vacib, ən çətin və ən faydalı iş hansıdır" sualına cavab verməli olsaydıq, hər bir sənət və peşənin öz yerində bəyənilən olduğunu söyləyərdik. Lakin hər bir sənət, peşə və ümumiyyətlə fəaliyyət sahəsinin əsası və təməl prinsipi insan amili, yəni fərdin yetişdirilməsi və onun cəmiyyət üçün yararlı hala gətirilməsidir.
Cəmiyyətin təməl rüknü (dayağı) olan müstəsna insanı yetişdirmək üçün, ilk öncə yetişdiricinin özünün müstəsna, mükəmməl bir əxlaq və qabiliyyət sahibi olması vacibdir. Bununla yana-şı, yetişdirici yetişdirəcəyi fərdin yaradılış qanunlarını, fitratını, psixoloji və ruhi durumunu, hiss və duyğularını, zəif və qüsurlu cəhətlərini, qüvvətli və kamillik dərəcəsini, sosial mövqeyini, gə-ləcəkdə uğur qazanacağı sahəni, bir sözlə, yetişdirəcəyi insanları bir kitab kimi oxumağı bacarmalıdır.
Bəşəriyyətin
ən böyük
Mürəbbisi
İnsanın inancı zahirən sağlam
görünə bilər. O, sözdə ibadətin vacibliyindən
dəm vura da bilər. Amma özü ibadətsizdir (ibadət
Allah rizası üçün görülən işlərdir),
söylədiyinə əməl etmir. Və-tənpərvərlikdən
danışa bilər, fəqət vətənin dar
günündə özünü, övladını,
malını ondan gizlədir, haram xəstəliyindən
qurtara bilmir. Gözəl geyinə, danışa və
özünü ətrafdakılara yaxşı təqdim edə
də bilər. Lakin bu sünilik axıra qədər gedə
bilməz. Və nəticədə o, bu gün
qazandığını sabah itirər. Bu gün sevilərkən,
sabah nifrətə məruz qalar. Çünki hər şeyin
sünisi, təqlid (yamsılama) və yanlışı
heç bir zaman həqiqi və fitri kimi ola bilməz. Məgər
gözləri doğuluşdan sürməli olanla, sonradan
boyalı olan eyni olarmı? Qarğa
bülbülü, avam alimi nə vaxta qədər yamsılaya
bilər? İndi isə mələkdən də üstün
elə bir müstəsna bəşər təsəvvür edək
ki, o, danışdığına əməl edir, inanır və
inandırır, iman edən könülləri ibadətilə,
irşad və təbliğilə coşdurur, bir sözlə,
"əxlaq, mənəviyyat" - deyərək
yaşayır, yaşadır. Və o, sonra da bütün
bunları ta Haqqa qovuşana qədər eyni zövq və
şövq içində davam etdirir. Elə isə həmin
şəxsin qüdsi bir qüvvəyə sahib
çıxdığına şübhə edilərmi? Haşə! Çünki o, bəşəriyyətin
ən böyük Mürəbbisi (Rəbb kökündən əmələ
gəlib, tərbiyə edən, müəllim), bütün bu
işləri feylən görən ən mükəmməl fərdlər
və o fərdlərdən ibarət mükəmməl
bir ümmət tərbiyə edən Məhəmməd(ə)-dir.
Din nəsihətdir
"Xalqa dini başa salarkən ona inandırma yolu ilə təsir göstərin, zor işlətməyin" Peyğəmbər (ə) kəlamıdır. Göründüyü kimi, fərdin yetişdirilməsində ən mühüm amillərdən biri güc, zor tətbiq edilməməsidir. Çünki güc, zor, cəza ən yaxşı halda müəyyən bir sərhədə kimi özünü doğruldur. Bu baxımdan, qəlblərə nüfuz etmək, məsələlərə vicdanın səsilə yanaşmaq tərzi tərbiyənin həlledici atributlarından biri və ən çətinidir. Lakin "ağlının dərəcəsini nəzərə alaraq insanlarla danışıb söhbət etmək bizə əmr olunub" buyuran Peyğəmbər(ə), bu çətin işlərdən də çətin işləri görüb. O, vəhşi, inadcıl, tərs, bəsirəti kor və özünü bəyənən insanlardan insanlığın ən uca rəhbərlərini tərbiyə edibdir. Kainatın Fəxri(ə) məhz heç vaxt təhdid, məcburiyyət, qorxutma, zora müraciət etmədiyi üçün qəlblərə yol açaraq, bütün şübhə və tərəddüdləri beyinlərdən çıxarıb. Əgər o, təhdid və zora əl atsaydı, təbliğ etdiyi din əsrlərin tərəddüt, şübhə və müqavimətini qıra bilməzdi. Qəlbləri parçalayan, insanları şikəst edən heç bir inanc və düşüncə sistemi yaşaya və yaşada bilməz, yaşasa da ömrü qısa olar. "Dində zor yoxdur", "Din nəsihətdir" Rəbb kəlamlarıdır. Peyğəmbər (ə) isə buyurub: "Allah məni xalqa əzab və məşəqqət vermək üçün deyil, göstəriş və buyruqlarını cama-ata çatdırmaq, rəhmət oxumaq üçün göndərib". Bu baxımdan zalım namaz, oruc əhlinin necə islah olunması barədə onun göstərişləri çox düşündürücüdür. Belə ki, Peyğəmbər (ə)-nin "mömin qardaşın zalım olsa da, məzlum olsa da ona yardım etməyi unutma" tövsiyyəsinə rəğmən soruşdular: "Məzlumu başa düşdük. Bəs zalıma necə yardım edək". Buyurdu: "Onun zülm etməsinə mane olsan, bu da özlüyündə bir yardımdır".
Son sözü
düşmənə,
duanı isə Rəbbə
deyərlər
Hər hansı niyyətlə işə başlayan adam, adətən tərəfdarlarına vəzifə, mülk, məqam, mövqe, mal kimi müxtəlif şeylər vəd edir. Həyatı boyunca yoxsulluq, əziyyət və iztirab keçirən Məhəm-məd(ə) isə heç vaxt belə aldadıcı, alçaldıcı fani dünya nemətlərinə aludə olmayıb. Məkkədə təklif olunan hər şeyi rədd edən Peyğəmbər(ə), sadəcə hər işini "Allah rizası naminə" qurub. Mübarizə-si səmimi və özü həqiqi peyğəmbər olmayan bir adamın düşmənlərinin rəğbətini qazanması, apardığı haqq və ədalətli mücadiləyə onları inandırması, fəzilətini hətta qatı opponentlərinin qəbul et-məsi qeyri-mümkündür. Halbuki, Məhəmməd(ə) heç bir təhdid və güc tətbiq etmədən şəfqəti, məhəbbəti, mərhəməti, bağışlama və əfvilə yalnız dostları və tərəfdarlarının yox, ona Əbu Süf-han, İqrimə, Xalid, Vəhşi, Hindi, Əmr və Səfvan kimi qılınc qaldıran düşmənlərinin belə qəlbini fəth edib. Hərçənd ki, vaxtilə onlar Peyğəmbər(ə)-nin yanından keçərkən onun üzünə tüpürən, başına çirkli əşyalar atan, üzünə sillə vuran, künc-bucaqda gizlənib, əllərindəki xəncərlə onu qətlə yetirmək istəyən, camaat içində hay-küy qaldırıb onu təhqir edən, ən yaxın qohumlarını öldürməklə ürəkləri soyumayıb, ciyərlərini köksündən çıxardan, dəfələrlə onu yaralayan, öz doğma diyarından qovlayan və sonra da onunla hərb edən insanlar idi. Peyğəmbər olmayan və Rəbb tərəfindən dəstəklənməyən bir kəs bu durumda səbr və dözüm göstərib öz yolu ilə gedərdimi? Onları əfv edib, Allahdan: "Ya Rəbb, etdiklərini bilmirlər, onları əfv və hidayət et" duasında bulunardı-mı?
Qeyd edək ki, vaxtilə həz. İsa da bu duadan istifadə
etmişdi. Belə ki, qotik dövrün (Xll-XV əsrlər)
incəsənətinə məxsus bir rəsm əsərində
qaragüruh böyük bir kütlənin həz. İsanı dara çək-məyə aparması təsvir
olunub. Kütlə tərəfindən daşlanan,
tikanlanan, üzünə tüpürülən İsa(ə)-ni qırmızı geyimli iki nəfərdən
biri yaxasından tutub, yumruğu ilə vurur. Digəri isə,
onun belinə bağla-nan kəndirdən dartır... Qanrılıb üzgün, qəmli, fəqət
ümidli baxışlarını Onun laməkan sarayına
zilləyən başı haləli, üzü qanlı həz.
İsa isə heç kimi və heç nəyi yox, yalnız
asılacağı dar ağacını qucaqlayıb... O boyda
kütlə içində dar ağacını özünə
yaxın bilib, ona qısılıb. Fəqət
o bilirdi ki, Allah onu qısıldığı,
qucaqladığı dar ağacından xilas edəcək.
Son duası da belə oldu: "Ya Rəbb! Nə etdiyini dərk
etməyən bu camaata rəhm et". Bəli, bu onun son sözü yox, son duası idi.
Çünki son sözü düşmənə
deyərlər, duanı isə Rəbbə. O öz
düşmənlərinə son söz yox, onların
xilası üçün son dua etdi. Məgər
Rəbb dəstəyinə söykənməyən, Rəbbin
seçdiyi peyğəmbər olmayan, təpədən-dırnağa,
şah damarından nəfsinə qədər Allahla olmayan bir
kəs qatillərinə və onların havadarlarına dua edərdimi?
Peyğəmbər(ə)-nin
həyatını təhlil edərkən aydın olur ki, həmin
Zat(ə) və onun təbliğ etdiyi din uğrunda səhabənin
can-başla, böyük şərəflə
ölümü belə qəbul etməsi, qocasından
uşağına, ki-şisindən qadınına qədər
Allah naminə şəhid olmaq üçün necə
yarışdıqlarının şahidi oluruq. Çünki
şərəfli ölümü bu ölçü və bu
dərəcədə sevdirmək yalnız həqiqi peyğəmbərlərin
işidir.
Peyğəmbər(ə)-nin özü kimi, kəlamları da həmişəyaşardır
Məlumdur
ki, hər millət özünün öndər, ziyalı və
iş bilənlərini təlqin edir, onların arxasınca
gedir. Bu bənzətmə (və ya bənzəmə,
yamsılama) camaatın düşüncə dünyasında
açıq və ya gizli, aktiv və ya passiv olur. Lakin bütöv millətin bir nəfərin
buyurduğunu qəbul etməsi Allah iradəsilə
mümkündür ki, bu da yalnız Onun seçdiklərinə
nəsib olur. Allah iradə və istəyi
olmadan müxtəlif sahələrdə müxtəlif səviyyəli
insanlara verilən cavablar da doğru və yetərli olmur.
Çünki Rəbb kəlam və dəstəyinə
söykənməyən bir şəxsin bütün sahələri
kamilcəsinə anlaması və onu başqalarına
anlatması qeyri-mümkündür. Bunu sübut edən
faktorlardan biri oxumaq, yazmaq bilməyən Məhəmməd(ə)-nin
həm əshab və çöl bədəvilərinə, həm
də alternativ din gətirdiyi üçün yəhudi alim-lərinin
qərəzli - "sınaq, imtahan" suallarına çox ətraflı
və tam doğru cavablarıdır. Bu
cavabların müəyyən vaxt biçiminə yox, gələcək
zaman üçün də çox sabit və doğru
olduğu təsdiqlənibdir. Başqa sözlə, Peyğəmbər(ə) kəlamlarının
həmişəyaşarlığı oruc, namaz, haram-halal və
digər əməllərin icrasında olduğu kimi, ilahi təminat
altındadır.
Əlbəttə, Abdullah oğlu Məhəmməd həm
də Allahın bir qulu, bəndəsi idi. Həmin səbəbdən
o, peyğəmbər və adi bəşər
statuslarındakı fərqlərdən birini belə
açıqlayıb: "Mən də sizin kimi bir insanam: zənnimdə,
fikrimdə, gümanımda yanıla da bilərəm. Çünki dünyanıza aid işləri siz məndən
yaxşı bilirsiniz. Lakin Tanrıya
yalandan istinad etmərəm mən. Tanrının
adından yalan danışmaram mən".
Rəbb kəlamlarının
təbliğində çox dəqiq, sadiq və
ardıcıl olan Rəsulu Əkrəmin bizə irs qoyduğu ən vacib tövsiyyələrindən
biri də, vəfatından sonra adına isnad ediləcək
sözlərdən (hədislərdən) hansının səhih
olması barədə göstərişləridir. O,
yanlışlara, sui-istifadələrə, müxtəlif
yozumlara yol verilməsin deyə, buyurub: "Sözümü
Quranla tutuşdurun, onunla müqayisə edin, əgər Quranla
uyğun gəlirsə, deməli, mənim dilimdən
çıxıb o söz, o sözü mən söyləmişəm.
Kim ki, özü bilə-bilə mənə
yalandan isnad edərsə, cəhənnəmdə özünə
yer edəcəyini indidən bilməlidir".
Alimlər Peyğəmbər(ə)
bağçasının gülləridir
Bəsirət
(hadisələri qabaqcadan görmə) və fərasət
(tez başa düşmə) çox az
adamda olan nadir incilərdir. Pərdəarxası
hadisələri sezib gələcəyi görmə, çevrəsindəki
insanları kəşf edib tanıma və sonra da onların
sahib olduqları xarakterlərə uyğun davranma tərzi hər
ərin işi deyil. Əgər bir adam
bu işi heç bir xətaya yol vermədən ömrü
boyu görürsə, həmin şəxs həm də fətanət
(zehin açıqlığı) sahibidir. Və
əgər bu hal həyatın bütün sahələrini əhatə
edərsə, deməli o şəxs mənəviyyatına
görə, xarüqə-fövqəlbəşər olur.
Elə Allah Rəsulunun fərasət, qiyasət
(müqayisə etmək qabiliyyəti) və dirayəti
(uzaqgörənliyi) həmin sonuncu dəyərə aiddir.
Başqa sözlə, onun əxlaqı, mənəviyyatı
tamamilə xariqüladədir. Təsadüfi deyil ki, həm
4 Rəşidi xəlifə, həm də Əbu Hənifələr,
Cəfəri Sadiqlər, Qəzzalilər, Təbərilər,
Rəbbanilər, Museyi Kazımlar və digərləri gələcəyə
işıq saçan elm, ictimai-siyasi, iqtisadi, mənəvi sahələrdə
bütün millətlərə müəllimlik edən Məhəmməd
Mustafa(ə) bağçasının yetişdirdiyi güllər
olublar.
Çağdaş
həyatda içki, qumar, zina kimi haramlar bir yana
dursun, hətta insanlara siqareti tərgitmək müşkül
olduğu halda, Peyğəmbər (ə) heç bir təhdid
və gücə söykənmədən qısa bir zaman-da
insanları həmin haramlardan çəkindirib. Tərəddütlərlə
dolu müasir həyatımızda bir-birinə düş-mənçilik
edən qrup və tayfaları, ictimai-siyasi qurumları bir araya
gətirməyin çətinliyi də şübhəsiz-dir.
Fəqət 1400 il bundan öncə kainatın nüvəsi
olan o Zat(ə), qadınların bazarda satılmasına,
qız uşaqlarının diri-diri basdırılmasına, sələm,
qəbilələr arasındakı düşmənçiliyin
götürülməsinə nail olub. Biz Peyğəmbər(ə)
irsini öyrənərkən, həm də onun 23 il ərzində
çöl ərəblərinin mənəviyyatını
necə dəyişdirməsinin, o canavarları soxulcanı belə
öldürməkdən çəkinən mərhəmət
və şəfqət sahibi etməsinin, malının
yarısını müsəlman qardaşına necə verməsinin
şahidi oluruq. Və bu zaman 1400 il bundan
öncə deyilən bu kəlamı dəfələrlə təkrar
edirik: "Əşhədü ənnəkə Rəsululləh"
(Şahidlik edirəm ki, sən Allahın peyğəmbərisən).
Məni Rəbbim tərbiyə etdi
Göründüyü kimi, idarəçilikdə, siyasətdə və həyatın bütün sahələrində müasirlərinə və gələcək nəslə böyük örnək olan Məhəmməd (ə), ömrünün son anına qədər iman, elm və iradə vəhdə-tində ardıcıl olub. Bu vəhdət isə, ilk növbədə onun əxlaqından qaynaqlanır. Bəs belə gözəl əxlaqı ona kim təlqin edib və kim onu mükəmməl tərbiyə edib, kim onu yetişdirib? Başqa sözlə, ümmətini yetişdirən bir yetişdiricini kim yetişdirib? Atası, anasımı? Qohumlarımı? Ətrafındakı adamlarmı, mühitmi? Əsla yox! Cavabı həz.Peyğəmbər özü verib: "Məni Rəbbim tərbiyə etdi və necə də gö-zəl tərbiyə etdi"; "Mən ancaq ən gözəl, ən təmiz xasiyyətləri tamamlamaq üçün göndərilmişəm".
Bəşər tarixində heç bir insanın həyat, yaradıcılıq, fəaliyyət, söz və davranışlarının həz.Peyğəmbər qədər təhqiq olunmaması da məhz onun mənəviyyatı ilə bağlıdır. Çağdaş dünyanın hər bir guşəsində müsəlmanların ən azı gündə beş dəfə "Allah" ismilə birlikdə "Məhəmməd Mustafa (ə)" ismini anmaları isə ümmətinin həmin mənəviyyat sahibinə olan sədaqət və məhəbbətinin göstəricisidir. Bu həqiqət, həz.Məhəmmədin ümmiliyilə (oxumaqla yox, Allah tərəfindən alim edilməsilə) bərabər, onun ən əkməl (ən kamallı) bir din və şəriətilə, ən ixləsli iman və ibadətilə, ən yüksək dua və dəvətilə, ən mükəmməl mətanətilə, ən sadiq siddiqliyilə, ən etibarlı əminliyilə, ən qüvvətli təbliğilə, ən dərin fətanətilə və ən pak ismətilə sabitdir.
Ədalət.-2019.-21 fevral.-S.6.