Ürək səsi
(hekayə)
Salatın Əhmədova
(əvvəli
ötən sayımızda)
Axşam qonşu kəndimizdən olan Mehdi müəllim atla gəlib çıxdı. O, bütün ətrafın ermənilər tərəfindən işğal edildiyini bildirdi. Eşitdiklərindən sanki əvvəlcədən xəbərdar olan Surxay məyus-məyus üzümüzə baxaraq:
- Biz vətən qarşısında borcumuzu yerinə yetirmişik, - dedi - düşmən qorxumuzdan bu tərəflərə ayaq basa bilmədi.
- Mühasirəni yarıb uşaqları çıxarmalıyıq.
- Necə? - Surxay yenə qəmli-qəmli Mehdi müəllimin üzünə baxdı:
- Çıxış yolu yoxdur.
- Var. - Daşkəsənə tərəf gedəcəyik.
- Necə? Yollar bağlıdır.
- Dağ yoluyla. Az da olsa o yollara bələdəm. Bu uşaqları düşmən
gülləsi qabağında
qoyammarıq. Yolumuz ağır,
çətin yoldur, amma başqa çarə yoxdur.
Biz bunu etməliyik...
Mən inana bilmirdim ki, kəndimiz,
yurdum, vətənin Xocalı kimi yağmalanıb. Biz iyirmi
əsgərin on altısı
buralı idik, dördü isə laçınlı, biri -
Mustafa Ağdərəli idi.
O, Fərruxun dəstəsində
getməli olsa da, nədənsə son anda onu siyahdan
çıxarmışdılar.
... Biz Zoddan çıxanda
mən çevrilib arxaya baxdım, ürəyim sızıldadı.
Torpaq qollarını mənə
tərəf açmışdı.
Biz isə silah əlimizdə, artıq hər yerdən əli üzülmuş halda arxaya baxa-baxa,
ətrafa ürkə-ürkə
nəzər salaraq Daşkəsən dağlarına
doğru yan almışdıq...
İki gün yol getdi, aclıq,
susuzluq bizi haldan salmışdı. Gündüzlər yan-yörədən tapdığımız
pencər, cincilim karımıza çatırdı.
Qarnımız ac olsa da, çarəmiz yox idi. Yol boyu yeridikcə qarşımıza tanış otlardan nə çıxırdısa
qoparıb ağzımıza
təpirdik.
Ermənilər elə bil duyuq
düşmüşdülər. Başımızın üstündən keçən
vertolyotdan deyəsən
bizi görmüşdülər.
Həmin
vertolyotdan atılan atəş xalam oğlu Qiyası, Mustafanı yaraladı.
Dörd əsgər yoldaşımız
öldü. Qalanlar
qaçıb hərəsi
bir yana
dağıldı. Dəhşətdən,
qorxudan ora-bura vurnuxan uşaqlardan ara sakitləşəndə
gözümün önündə
yerdə çabalayan
Qıyası, çiynindən
qan axan Samiri, Surxayı gördüm. Mehdi müəllim daşın
arxasından çıxıb
nə qədər uşaqları səslədisə,
yanımıza ancaq altı nəfər yığıldı. İyirmi adamdan
dördü ölü,
ikisi yaralı, altısı salamat idi. Mən Surxayla o qədər
də ağır zədə almamışdıq.
Altı əsgərimizi tapa bilmədik. Biz böyük bir qayanın altına yığışıb çıxış
yolu axtarırdıq.
Mehdi müəllimlə Surxay ətrafı nə qədər axtarsalar da, onlardan soraq
çıxmadı. Biz çarəsiz qalanda Surxay əsgərlərdən
birini özüylə
saxladı:
- Siz bu tərəflə
gedin. Biz bu
tərəflə. Mən onların
ya ölüsünü,
ya dirisini tapmalıyam. Hardasa çox
uzağa getməzlər,
tapacam onları.
Sizə də rast gəlsələr aparın özünüzlə...
Mehdi müəllimlə
mən növbəylə
Qiyası kürəyimizə
alıb yola düşdük. Yorğun, ac əsgər-lərdən biri yarı yolda huşunu itirdi, onu çiynimizə
alıb zülümlə
də olsa irəliyə doğru gedirdik. Gecə bir qayanın
altında gecələdik.
Mehdi müəllim Mustafanı ocaq yandırmağa qoymadı ki, bizi görərlər.
Qiyas çoxlu qan itirdiyindən mən dayanmadan getməyi təklif etdim. Mehdi müəllim sıldırımlı, uçurumlu
yollarla getməyin qeyri-mümkün olduğunu
bildirdi... Alatoran düşəndə qalxdıq. Qiyas tələb elədi ki, ona toxunmayaq:
- Mənə dəyməyin,
siz gedin. Mən ölürəm, ölürəm
elə burda, bu qayanın altı, məzar yerim olsun. Bura mənə xoşdur.
Mən qoymadım,
onu dinləmədən,
zarıltısına məhəl
qoymadan qollarından yapışıb çiynimə
götürdüm. Mustafa tək qolu ilə
mənə kömək
etməyə çalışırdı.
Yolda Qiyas öldü, onu bir qayanın altında dəfn elədik, üstünə
çoxlu daş yığdıq ki, heyvanlar tapmasınlar... Onun son anında mən çiynimin üstündə
olan ürəyinin səsini eşidirdim.
O ürəyini "tıp-tıp"
döyüntüləri, o soyuq, vahiməli qaranlıq çöllərin
gətirdiyi vahiməyə
qarışıb qulağımda
o "tıp-tıpları"n vahiməsini birə min artırırdı...
Qiyas mənim kürəyimdə nə qədər getdiyimizi bilmədim. Birdən hiss etdim ki, onun ürəyi qəfəsdəki quş kimi çırpınır. Qanadlarını dəmir qəfəsin məhəccərlərinə çırpan kəklik kimi onun ürəyi sanki yerindən çıxmağa, kürəyimə sıxılan o dar qəfəsdən qurtulub qaçmağa bütün varlığıyla girişib. O ürəyin "tıp-tıp" gubbultusu mənim ürəyimin səsinə qarışsa da, mən həyatımda ilk dəfə o ürək çırpıntılarını bu qədər dərindən duyduğumu hiss etdim və gözlərim qaraldı, ayaq saxladım. Qiyası ehmalca yerə qoydum, onu yerə uzatdıq. Tamam taqətsiz halda, gözləri göyün dərinliyinə dikilmiş şəkildə dalıb elə ordaca qaldı. Əlimi ürəyimin üstünə qoydum, qəfəsin qapısı çoxdan açılmışdı...
O yoldan Surxay da, yanında götürdüyü əsgər də, itkin düşmüş altı əsgər də, Qiyas da qayıtmadı. Və mən həmişə qaranlıq düşəndə on gün gecə-gündüz dağlarda sürünə-sürünə, Kəlbəcərdən Daşkəsənə kimi getdiyimiz sıldırımlı dağ yolunu gözümün önünə gətirir, qorxunc gecələrdə dağlarda əks-səda verən vəhşi heyvanların səsini eşidirəm... Gecələrin sükut dolu ölüm saçan anlarını yenidən yaşayıram. Qiyasla birlikdə ölürəm, Surxayla birlikdə o quş qonmaz, kəklik səkməz dağların uçurumunda can verirəm, yenidən dirilirəm, yenidən ölürəm.
Ədalət 2019.-22 fevral.- S.7.