GÖYÇAY: YAŞANAN HƏR GÜNÜN ÖZ TƏNTƏNƏSİ...

 (əvvəli ötən saylarımızda)

 

Heç şübhə yoxdur ki, ölkə prezidentinin gördüyü bütün işlər xalqın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir vətəndaşlarımızın dövlət başçısına ünvanladıqları səmimi ürək sözləri - məktubları həqiqətən yüksək hörmətin ehtiramın əyani nümunəsi kimi qürur doğurur.

Hesabat dövründə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların müəyyən edilməsi, əhalinin məşğulluğunun artırılması istiqamətində bir sıra işlər görülmüşdür. Məşğulluq imkanlarının genişlənməsi, əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının gücləndirilməsi, yardımların təyin olunmasının elektronlaşdırılması ilə əlaqədar sui istifadə hallarının tam aradan qaldırılması ünvanlı sosial yardım proqramlarına müraciətlərin sayının əsaslı surətdə azalmasına səbəb olmuşdur. Belə ki, 2017-ci ilin əvvəlində 1246 ailə, 2018-ci ilin əvvəlində 729 ailə ünvanlı sosial yardım alırdısa cari ilin əvvəlinə belə ailələrin sayı 57 olmuşdur.

Hesabat dövründə əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni yerlərinin açılması ilk növbədə imkansız vətəndaşların işlə təmin olunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 847 yeni yeri açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən 2018-ci ildə rayonda həqiqi hərbi xidmətə çağırışlar mütəşəkkil keçirilmiş, tapşırıqlara vaxtında tam əməl edilmişdir. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı keçirilən tədbirlərin nəticəsidir ki, keçən il hərbi çağırışdan boyun qaçırma hərbi hissələri öz başına qoyub getmə faktları qeydə alınmamışdır.

Hesabat dövründə rayonda qanunçuluğun möhkəmlənməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi profilaktiki tədbirlərin genişləndirilməsi, əhalinin ictimai təhlükəsizliyinin təmin edilməsi, insan, hüquq azadlıqlarının müdafiəsi, sabitliyin qorunması sahəsində rayonun hüquq-mühafizə orqanları ictimaiyyətlə birlikdə xeyli işlər görmüşlər.

2018-ci ildə rayonda 205 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər 10 min nəfəri hesabı ilə 17 hadisə təşkil edir. Qeydə alınmış cinayətlərin 16-sı ağır xüsusilə ağır cinayətlərə aiddir. Baş vermiş cinayət hadisələrinin 183-nün açılması təmin edilərək məhkəməyə göndərilmiş, açılma faizi 93 % olmuşdur.

2018-ci ildə rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət digər humanitar sahələrin kollektivləri öz fəaliyyətlərini gücləndirməklə işlərini günün tələbləri səviyyəsində qurmağa səy göstərmişlər.

Ali təhsil almaq üçün sənəd vermiş məzunlardan 368 nəfəri ali məktəblərə daxil olmuş, Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbin məzunu Şəkər Qədirli test imtahanlarından ən yüksək nəticə olan 700 bal toplamışdır. Bütövlükdə 25 nəfər 600 baldan, 68 nəfər 500 baldan yüksək nəticə göstərmişdir.

Hesabat dövründə rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci il fevral ayının 15-dən mayın ayının 15-dək respublikamızın hər yerində olduğu kimi rayonumuzda da əhalinin kütləvi tibbi müayinəsi həyata keçirilmişdir. MRX-nın müvafiq əmri ilə tibbi müayinələri həyata keçirmək üçün şəhərdə 2, kəndlərdə 11 tibbi müayinə məntəqəsi yaradılmaqla rayonun 56 yaşayış məntəqəsi müayinəyə cəlb edilmişdir. Eyni zamanda rayonda 75 idarə, müəssisə təşkilatın kollektivləri tərtib edilmiş qrafik üzrə müayinələrdə iştirak etmişlər. Ötən il Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay Nümayəndəliyi tərəfindən bir sıra mədəni kütləvi tədbirlər həyata keçirilmiş, rayonun mədəniyyət işçiləri rayonda keçirilən ənənəvi "Nar festivalı"nda böyük fəallıq göstərmişlər. Bütün bunlarla yanaşı nümayəndəlik tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsi lazımi səviyyədə deyildir, rayon əhalisinin mədəni istirahətinin təşkili üçün mövcud imkanlardan səmərəli istifadə edilmir.

Ölkə Prezidentinin tapşırığına müvafiq olaraq bu il rayon iqtisadiyyatının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir.

İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal güclərindən tam istifadə edilməsi üçün tədbirlər görülməli, emal müəssisələrində yeni istehsal sahələrinin yaradılması, müasir bazar tələblərinə uyğun rəqabət qabiliyyətli ixrac yönümlü məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır.

Rayonun kənd təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilməlidir. Baramaçılığın inkişafına xüsusi diqqət yetirilməlidir.

Heyvandarlıq sahəsində ötən il yol verilmiş geriliyin aradan qaldırılması üçün təsirli tədbirlər görülməlidir. Rayonda bu sahənin inkişafı yeni yanaşma tələb edir. İlk növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, süni mayalama tədbirlərinin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilməli, cins mal-qaranın tədricən qapalı bəsləmə şəraitinə keçirilməklə boşalan örüş otlaq sahələrinin torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə həm yem bazasının, həm digər ənənəvi bitkiçilik məhsullarının istehsalının artırılmasına real çərait yaratmaq istiqamətində əməli tədbirlər görülməlidir.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün ciddi tədbirlər görülməlidir. İlk növbədə taxılçılığın inkişafına diqqət yetirilməli, taxıl istehsalının, onun məhsuldarlığının yüksəldilməsi hesabına artırılması, sahələrin aqrotexniki qaydada becərilməsi və mineral gübrələrin verilməsi, alaq otlarına qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsi təmin olunmaldır.

2019-cu ildə rayonda tikinti, abadlıq və quruculuq sahəsində də xeyli işlər görüləcəkdir. Göyçay şəhərində məcburi köçkün ailələri üçün 80 mənzilli yaşayış binasının, rayonun Qarabaqqal kəndində 50 yerlik uşaq bağçasının, Müskürlü kəndində inzibati binalar kompleksinin tikintisi başa çatdırılacaq, şəhərin mənzil fondunun təmiri, küçə və dalanlara, çoxmənzilli binaların həyətlərinə yeni asfalt örtüyünün salınması işləri davam etdiriləcəkdir.

Ədalət  2019.-22 fevral.- S.4.