Kürdəmirdə Nəsimi
müsabiqəsi
Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş
etdiyi böyük söz ustaları içərisində diqqətəlayiq
yer tutan, bədii və
fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir
şair Seyid İmadəddin
Nəsiminin zəngin irsi bu
gün də insanların mənəvi-əxlaqi
kamilləşməsində mühüm əhəmiyyət
kəsb edir.
2019-cu ildə Nəsiminin
anadan olmasının
650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni
fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət
səviyyəsində layiqincə
qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin "Böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə müvafiq
tədbirlər planının
hazırlanıb həyata
keçirilməsi tapşırılmışdır.
Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə "Nəsimi
ili” élan etmişdir.
Bu məqsədlə AMEA N.Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin Aran Regional filialı, Kürdəmir
Regional Mədəniyyət İdarəsi, Kürdəmir
rayon Təhsil Şöbəsi
ilə birlikdə bir sıra kütləvi
tədbirlər keçirməyi
planlaşdırmışdır. İlk tədbir olaraq:
"Heç kimsə Nəsimi sözünü
kəşf edə bilməz,
Bu quş dilidir,
bunu Süleyman bilir ancaq.”
adlı qəzəl müsabiqəsinin keçirilməsi
nəzərdə tutulmuşdur.
Fevral ayının
21-də Kürdəmir rayon Mədəniyyət Mərkəzində
müsabiqənin yekun
turu keçirilmişdir. Tədbiri
giriş sözü ilə AMEA N.Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq İmadəddin
Nəsiminin tərəqqipərvər
ictimai-fəlsəfi ideallarla
zəngin irsindən, yüksək bədii estetik səviyyəyə malik poeziyasından, Azərbaycan ədəbiyyatı
tarixində məhsuldar
və yeni mərhələ təşkil
etməsindən, eləcə
də, türkdilli xalqların da ədəbi inkişafında
əhəmiyyətli və
faydalı təsirindən
danışmışdır.
Müsabiqənin ilkin turlarından seçilmiş qiraətçi
şagirdlərin çıxışları
dinlənildikdən sonra
qaliblər müəyyənləşdirilmişdir.
Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva 1-ci yerə, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova 2-ci yerə, 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tünzalə Babayeva 3-cü yerə layiq görülmüşlər.
Qaliblər AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edilmişlər.
Ədalət 2019.- 22 fevral.-S.7.