BƏŞƏRİ
CİNAYƏT
Bu gün
ölkəmizin hər yerində insanlığa və deməli,
həm də bəşəriyyətə qarşı törədilmiş
ən qatı cinayətlərdən biri olan Xocalı faciəsi ilə bağlı tədbirlər
keçirilir. Bu tədbirlər
sırasında elmi konfranslardan
tutmuş beynəlxalq tədbirlərə
qədər, eləcə də rəsm sərgiləri, ədəbiyyat
nümunələrinin təqdimatı, kinolentlərin göstərilməsi
yer alıbdı. Həmin tədbirlərdən
biri Bakı şəhər Binəqədi
rayonu ərazisində keçirilibdi.
İki gün öncə Binəqədi rayonundakı Gənclər evində Xocalı faciəsi ilə bağlı yaddaqalan bir tədbir gerçəkləşdi. Tədbirin təşkilatçısı Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura idi. Elə tədbiri də həmin Şuranın rəhbəri Aslan Mehdiyev açdı. Yeri gəlmişkən, xatırladım ki, Aslan Mehdiyev təkcə qarabağlı, Füzuli rayonundan olub Qarabağ hadisələrinin şahidi kimi deyil, həm də bilavasitə həmin ağır zamanlarda Füzuli rayon İcra Hakimiyyətinə başçılıq etmiş şəxs olduğunda o, birbaşa proseslərin hər bir anından xəbərdar olmuşdu. Dəfələrlə Xankəndində olan Aslan Mehdiyev Dağlıq Qarabağda baş verən hadisələrin bütün məqamlarından xəbərdardı.
Elə tədbir
iştirakçılarına Xocalı hadisələri lə
bağlı danışan Aslan müəllim
çıxışı zamanı Qarabağ
bölgəsinin yaşantılarını diqqətə təqdim
etmiş və proseslərin
inkişafına Ümummilli Liderimizin hakimiyyətə ikinci
dəfə qayıdışından sonra
etdiyi güclü təsiri,
baş verən cinayətin dünya arenasına
çıxarılmasındakı xidmətlərini, eləcə
də Azərbaycan Prezidenti cənab İlham Əliyevin, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin
Heydər Əliyev Fondunun, eləcə də
Fondun layiqli təmsilçisi
Leyla Əliyevanın Xocalı həqiqətləri
ilə bağlı bütün dünyada gerçəkləşdirdikləri tədbirlərdən,
keçirdikləri görüşlərdən
danışdı. Aslan Mehdiyev
vurğuladı ki, Xocalı faciəsini dünyaya çatdırmaq, Xocalı
qurbanlarını dünyaya
tanıtdırmaq üçün ölkə
rəhbərliyi böyük işlər görür. Bununla
yanaşı, təkcə Xocalıdan olan
soydaşlarımızın deyil, eləcə
də ölkənin bütün şəhid,
əlil, qaçqın, köçkün
ailələrinə daimi diqqət və
qayğı göstərilir. Azərbaycanda hər bir şəxs özünə prezident
qayğısını açıq şəkildə hiss edir. Bu,
xalqın prezidentə, prezidentin xalqa güvəninin bariz
nümunəsi deməkdir.
Gənclər evində keçirilən tədbirdə çıxış edən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Binəqədi rayon şöbəsinin rəhbəri Ayna Novruzova, Qarabağ Müharibəsi əlillərinin, veteran və şəhid ailələri rayon şöbəsinin rəhbəri İlham Qayıbzadə, eləcə də Ədalət Məhərrəmov, Zahid Quliyev, Aydın Alıyev və digərləri törədilmiş qətliamla bağlı fikirlərini söyləməklə yanaşı, müəyyən problemlərə də diqqəti çəkdilər. Həmin tədbirlərdə iştirak edən Binəqədi rayon İcra Hakimiyyəti Humanitar şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev də ölkə rəhbərliyinin şəhid ailələrinə, veteranlara, bütövlükdə hər bir vətəndaşlarımıza göstərdiyi diqqət və qayğıdan söhbət açaraq vurğuladı ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı və onun komandası da barəsində söhbət gedən məsələ ilə bağlı mütəmadi işlər görürlər və bundan sonra da bu istiqamətdə zəruri addımlar atılacaqdır. Bu həm bir vəzifə borcudu, həm də ölkə prezidentinin dövlət qurumları qarşısında qoyduğu başlıca məsələlərdən biridi.
Bəli, iki gün öncə Binəqədi rayonundakı Gənclər evində tədbirə yekun vuran Aslan Mehdiyev bir daha vurğuladı ki, ölkənin hər bir vətəndaşının borcu Vətənlə, torpaqlarımızın azadlığı ilə bağlı olan bütün məsələlərdə fəal olmaq və şəhidlərimizin müqəddəs ruhunun qisasının alınması üçün bir yumuruq kimi birləşməlidir. Bizim borcumuz Ali Baş Komandanın tapşırıqlarını yerinə yetirməyə hər an hazır olmalıyıq.
Ə.MƏDƏTOĞLU
Ədalət 2019.-22 fevral.-
S.5.