Sağalmayan yaramız

Zəminə Abdullayeva,

Bakı 2 saylı notariat

ofisinin notariusu

Bu bir danılmaz həqiqətdir ki , ermənilər zaman-zaman azərbaycanlılara qarşı qanlı soyqırımlar törətmişlər sonra da onlar törətdikləri cinayətləri , özlərinin uydurduqları yalan iftiralarla ört-basdır etməyə çalışıblar. Amma qədər cəhd göstərsələr , bu cinayətlərin üstünü örtməyə nail ola bilməyiblər. Gec-tez həqiqətin güclü işığı iti qılınc kimi qaranlıqları yararaq onun üst qatına çıxıbdı . Buna görə düşmənlər cidanı çuvalda çox gizlədə bilməmişdilər aylar , illər ötsə zaman - zaman törətdikləri hadisələrin üstü açılmışdı. Bəzən həqiqəti gizlətməyə, ört-basdır etməyə dözməyən erməni yazarlar da bu vəhşiliyi özləri açıb ortalığa qoymuşlar. Hətta bununla fəxr edib öyünməyi özlərinə ar bilməmişlər. İllərdən bəri ağrılarını yaşadığımız Xocalı faciəsi erməni qəsbkarlarının törətdikləri soyqırım bəşəriyyətə - dinc insanlara qarşı edilmiş ən dəhşətli faciələrdən biridir. Bu xalqımızın sağalmayan, qaysaq bağlamayan yarasıdır. törədilmiş , xüsusi amansızlıqla . vəhşicəsinəə həyata keçirilmiş qətliyam bizim hər birimizi qisasa, intiqama çağırır.

Məlumdur ki , yaşadığımız zaman bizdən aslı olmadan dayanmadan su kimi axıb getdikcə illər üst-üstə qalaqlanır. Artıq bu gün Xocalı faciəsindən bizi 27 illlik bir zaman kəsiyi ayırır. 27 il əvvəl qapılarımızı Qarabağdan gələn üzücü . necə deyəllər qara bir xəbər döydü. İnanmaq istəmədiyimiz acı xəbərdə bildirilirdi ki , 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən ibarət silahlı dəstələri, həmçinin keçmiş Sovet ordusunun Xankədidə yerləşən 366-cı alayının şəxsi heyətinin texnikasının dəstəyi ilə Xocalı şəhəri üzərinə hücuma keçiblər. Hücumun gerçəkləşdirildiyi həmin qanlı qış gecəsində şəhər yerlə yeksan edilmişdi. Faciənin miqyası çox böyük idi. Evlər yandırılmış, günahsız, silahsız köməksiz insanlar amansızcasına qətlə yetirilmişdi.

Şəhərin müadafiəsi çox zəif təşkil ediımişdi. Həmin günə qədər Xocalını yalnız yerli adamlar , sakinlərdən ibarət dəstə qoruyurdu. Ermənilərin hücumu çox qəfil güclü oldu. İyirmi beş min əhalisi olan Xocalı şəhəri çox mühüm strateji əhəmiyyətə malik coğrafi məkanda yerləşirdi. Buna görə düşmən nəyin bahasına olursa-olsun Xocalını işğal etməyə çalışırdı. bir gecənin içində çirkin niyyətlərini həyat keçirdilər.

Faktlara diqqət yetirəndə dəhşətə gəlməmək mümkün deyil. Xocalı rayonunda 1 şəhər, 2 qəsəbə, 50 kənd, 1 məktəbəqədər, 12 ümumtəhsil 1 texniki peşə məktəbi, 54 mədəniyyət 1 səhiyyə ocağı var idi. Əslində şəhərin işğal təhlükəsi üçün şərait çoxdan yaranmışdı. Çünki Xocalı 1991-ci ilin oktyabrından mühasirədə qalmışdı. Ermənilər hücumdan bir müddət əvvəl şəhərə gedən avtomobil yollarını bağlamışdılar. Ölkənin paytaxtı ətraf bölgələrlə əlaqə tamam kəsilmişdi. Ümid yalnız vertolyotlara idi. Xocalılar yalnız öz sakinlərinin qəhrəmanlığı cəsurluğu sayəsində müdafiə olunurdu. Amma düşmən hücumları qəfil güclü olduğundan şəhəri sonacan qorumaq mümkün olmadı.

Xocalıya hücum planı Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərliyi ilə hazırlanmış Xankəndi şəhərinin baş memarı V.Stepanyan tərəfindən tərtib olunmuşdu. Şəhərin işğalı 1992-ci il fevral ayının 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Əvvəlcə şəhər iki saat top tanklardan, həmçinin "Alazan" tipli zenit toplarından atəşə tutulmuşdu. Hücum beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspor lobbiçilərinin birgə hazırladıqları "böyük Ermənistan" planının fazası, hərakatın ilk bəndi "Haydad" "Asala" terror təşkilatçılarıyla birgə icra olunmuşdu. Düşmənlər şəhər üzərinə gecə saat 23.00 radələrində hücuma keçiblər. Ətraf aləmdən təcrid olunmuş zəif silahlanmış özünümüdafiə taborunun döyüşçüləri güclü hücum qarşısında çox dayana bilməyiblər. Qısa müddət ərzində şəhər ermənilərin əlinə keçmiş Xocalı sakinləri gülləboran edilmişdir.

Qədim gözəl şəhərimiz Xocalıya hücum üç tərəfdən olunduğundan əhali Əsgəran Ağdam istiqamətində qaçmağa üz qoymuşdu. Amma onlar hara qaçsalar da xilas ola bilməmişdilər. Dağlarda meşələrdə erməni silahlı dəstələri tərəfindən qarşıları kəsilərək güllələnmişdi. Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik Vladimir Savelyev özünün "məxfi arayış"ında erməni terror təşkilatlarıyla 366-cı alayın qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt sənədlərdə bütün baş verənləri belə etiraf etmişdir: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı amansız sonluğu olan hadisələrdə əlimdən heç gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Görün biz rusların zabit şərəfi necə ləkələndi."

Bundan sonra bu yüksək çinli zabit həmin mətnə 366-cı motoatıcı alayın komandiri Zaviqorov Yuri Yuriyeviç daxil olmaqla 55 rus hərbçisinin adı olan siyahını da əlavə edib. Digər məlumatlarda göstərilir ki, 366-cı alayın hərbi qulluqçuları azərbaycanlıların yaşayış məntəqəsinə bir top atəşinə görə 1300 rubl, BTR-in bir gecəlik icarəsinə 5000 rubl, altı PDM-dən ibarət qrupun hər reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının göstərişlərinə 3-4 min rubl alırdılar. 366-cı alaydakı hərbi texnika silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik Fransadan göndərilən 142 avatomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronijilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı, 146 ədəd tapança ermənilərin istifadəsinə verildi. Amerika istehsalı olan 149 ədəd rabitə vasitələri ermənilərə paylandı.

Ermənlərin Xocalıya hücumu nəticəsində 613 nəfər vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülmüşdü. Ermənilər əsirlərə olmazın işgəncəsini vermişlər. Onlarla Xocalı sakini qarlı meşələrdə əzablar içində həlak olmuşdu. Əsir aparılanlardan 150 nəfərin taleyi bu günə qədər hələ naməlum olaraq qalır.

Törədilmiş qətliyamın dünyaya çatdırılması üçün Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra planlı şəkildə böyük işlər görülməyə başlandı! Həmin təbliğat nəticəsində Xocalı həqiqətləri dünyanın bir çox dövlətləri , hökumətləri parlamentləri tərəfindən soyqırım kimi tanındı , Bu gün həmin böyük təbliğat işi prezidentimiz İlham əliyev , birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla xanım Əliyeva nın rəhbərlikləri , eləcə bilavasitə iştirakları ilə uğurla davam etdirilir . Dünyanın hər yerində Xocalıya Ədalət! Çağrışları indi daha çox daha qətiyyətli səslənir.

Bəli , Xocalıda axıdılan göz yaşları hələ qurumaq bilmir. Bu göz yaşları hamımızın içini göynədir, qəlbimizi yandırır. Xocalı faciəsi yaddaşımıza qanla yazılıb. Bu gün hamımız ermənilərdən intiqam almaq hissi ilə yaşayırıq. Biz bu qanlı tarixi heç vaxt unutmayacağıq. Xocalı faciəsi qaysaq bağlayan unudulmayan yaramızdır. Bu yaraya yalnız Qələbə sevinci məlhəm olacaqdır. Xalqımız öz QƏLƏBƏSİNƏ inanır! Azərbaycan xalqı həmin QƏLƏBƏNİ Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanacaq , Ərazi bütövlüyümüz bərpa olunacaq yaramızı sevincimiz sağaldacaq!

 

Ədalət  2019.- 23 fevral.- S.5.