Xocalı soyqırımı qan yaddaşımızdır
Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar Bakı şəhəri Xətai rayonundakı Xocalı faciəsində şəhid olmuş Ayaz Məhərrəmovun adını daşıyan 95 nömrəli tam orta məktəbdə "Xocalı soyqırımı qan yaddaşımızdır" adlı tədbir keçirilib.
Öncə Xocalı soyqırımına həsr edilmiş sərgiyə baxış oldu, Xocalı şəhidlərinin adlarının həkk olunduğu löhfə qarşısına tər çiçəklər qoyuldu. Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin təşkilatçısı - Xətai rayonu 95 nömrəli tam orta məktəbin 2-C sinfinin rəhbəri Ofelya Babayenva nitqində Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, ermənilərin davamlı olaraq həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində soydaşlarımızın zaman-zaman tarixi torpaqlarından qovulduğunu, qaçqına, məcburi köçkünə çevrildiyini və bütün bunların kütləvi qırğınlarla müşayət olunduğunu bildirdi. Qeyd olundu ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır, ən qatı cinayətlərdən biri kimi Xocalı soyqırımının ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Həmin gecə 613 nəfərin ödürüldüyünü, 1000 nəfərin əlil olduğunu deyən natiq, qətlə yetirilənlərin 106 nəfərinin qadın, 63 nəfərinin azyaşlı uşaq, 70 nəfərinin isə qocalar olduğunu bildirdi. Ermənilərin 8 ailəni tamamilə məhv etdiyini diqqətə çatdıran Ofelya Babayeva 25 uşağın hər iki valideynini, 130 uşağın valideyinlərindən birini itirdiyini, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin indi də məlum olmadığını vurğuladı. Etnik təmizləmə və soyqırıma əsil siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyi bildirilərək 1994-cü ildə Azərbaycan parlamentinin 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etdiyini qeyd edildi.
Daha sonra şagirdlərin ifasında "Xocalıya ədalət"adlı bədii-musiqili kompozisiya nümayiş olundu.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, şair Ələmdar Quluzadə, şair-tərcüməçi Yusif Savalan, jurnalist Faiq İbrahimbəyli və s. çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşdülər. Muğam ustaları Səbinə Ərəbli və Pərviz Qasımovun vətən nisgllli ifaları "Xocalı soyqırımı qan yaddaşımızdır" adlı tədbirə xüsusi bir rəng qatdı.
Sonda məktəbin direktoru Elçin Abdullayev tədbirdə
iştirak etdikləri üçün
ictimaiyyətin nümayəndələrinə, media təmsilçilərinə, valdeynlərə
minnətdarlığını bildirdi və
2-C sinfinə Azərbaycanın Milli Qəhrəmanı
Əlif Hacıyevin adının verilməsi ilə
bağlı diplomu sinfin
rəhbəri Ofelya Babayevaya
təqdim etdi.
Hikmət Xudiyev
Ədalət.-2019.-26 fevral.-S.3.