MÜASİR QAX: MÜDRİK SİYASƏTİN GERÇƏK NÜMUNƏSİ

"...Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbətdə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm inkişafı çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri öz həllini tapmaqdadır". Qax rayonu haqqında bu dəyərli sözlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Cənab Prezidentin qayğı diqqəti sayəsində bu bölgə bütün istiqamətlər üzrə inkişafın, müasirləşmənin nümunəsinə çevrilir. Söhbət təkcə bu yerlərin müasir turizm istirahət mərkəzinə çevrilməsini reallaşdıran proqram-layihələrin sürətli gerçəkləşməsindən getmir. Rayon rəhbəri, təcrübəli ziyalı bir şəxs kimi hamının hörmətini qazanan Musa Şəkiliyev haqlı olaraq bildirir ki, cənab Prezident turizmin inkişafı ilə yanaşı, digər sahələri daim diqqət mərkəzində saxlayır, bütün məsələlərə həssaslıqla yanaşaraq məsuliyyətimizi qat-qat artırır. Bəs bütün bunların nəticəsi? Yenə rayon rəhbərinə istinad edək: cənab Prezidentin apardığı uğurlu daxili xarici siyasəti, regionların sosial-iqtisadi inkişafına müstəsna qayğı diqqəti bizi daha yaxşı çalışmağa, yeni-yeni uğurlar qazanmağa ruhlandırır.

Həqiqətən əsl reallıq budur. Göstərilən yüksək etimadı layiqincə doğrultmağın ən düzgün yolu da məhz bu cür seçilir. Bu səbəbdən son illər Qax rayonunun sosial-iqtisadi inkişafının bütün mərhələlərində effektiv fəaliyyət özünü doğruldur. Bu məsələ rayona, bölgəyə münasibətdə ölkə rəhbərliyi səviyyəsində təqdir olunmaqla yanaşı, proqram xarakterli tədbirlərlə davam edir, əlavə vəsaitlər ayrılır. Belədə cənab Prezidentin müxtəlif iclas tədbirlərindəki çıxışlarını, tövsiyələrini xatırlayırsan... Bütün bunlara layiqincə əməl etmək, nümunə göstərmək həm bir şərəf məsələsidir həqiqətən.

Bu qeyri-adi təbiətə şəhər quruluşuna malik olan gözəl rayonumuzu indi təkcə Azərbaycanda deyil, dünyanın çox yerlərində tanıyırlar. Qazanılan digər uğurlardan da xeyli söhbətlər açmaq, nümunələr gətirmək mümkündür. Eyni zamanda rayon əhalisinin yüksələn rifahı, yaşam tərzi...

Rayonda keçirilən 2018-ci ilin yekunlarına həsr edilmiş yığncaqda bütün bu məsələlər daha geniş şəkildə diqqətə çatdırılmış, qarşıda duran vəzifələr müəyyənləşmişdir. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev məruzə ilə çıxışında demişdir:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2018-ci ilin yekunları müzakirə olunmuş, 2019-cu ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

İclasda qeyd olunmuşdur ki, ötən il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələr ərsəyə gəlmişdir. Belə ki, "Cənubi Qaz Dəhlizi" layihəsi çərçivəsində "Şahdəniz-2"   TANAP layihələri uğurla reallaşmış, "Azərspace-2" peyki orbitə buraxılmış, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodu istismara verilmişdir.

2018-ci ili həm dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirmişdir ki, ötən il iqtisadi artım 1.4 faiz olmuş, qeyri-neft sektoru 1.8 faiz, sənaye istehsalı 1.5 faiz, kənd təsərrüfatı 4.6 faiz, ixrac 36 faiz, əhalinin pul gəlirləri 9.2 faiz artmış, xarici ticarət balansının müsbət saldosu 8.6 milyard dollar təşkil etmişdir. Həyata keçirilmiş işlər nəticəsində respublikamızın valyuta ehtiyatları 3 milyard dollar artaraq 45 milyard dollara çatmış, 118 min daimi yeri yaradılmış, inflyasiya isə cəmi 2.3 faiz olmuşdur. Ötən il ölkə iqtisadiyyatına 17.2 milyard manat sərmayə qoyulmuşdur ki, bunun da 11 milyard manatı qeyri-neft sektorunun payına düşmüşdür.

Ötən il respublikamızda olduğu kimi rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2018-ci ildə rayon üzrə məhsulun ümumi buraxılışı 157 milyon 478 min manat olmuş, bu da əvvəlki illə müqayisədə 2.3 faiz çox olmuşdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 12 milyon 126 min manat, əvvəlki illə müqayisədə 2.2 faiz çox, kənd təsərrüfatı məhsulu istehsalı 53 milyon 848 min manat ya 3.1 faiz çox, tikintidə 49 milyon 804 min manat ya 1.1 faiz az, nəqliyyatda 2 milyon 415 min manat ya 1.6 faiz çox, rabitədə 1 milyon 108 min manat ya 7.7 faiz çox, ticarətdə 38 milyon 177 min manat ya 5.9 faiz çox olmuşdur.

Hesabat ilində rayon üzrə əhalinin gəlirləri 161 milyon 210 min manat, orta əmək haqqı isə 259.1 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 498 min manat 19.1 manat çox olmuşdur.

2018-ci ildə rayon üzrə büdcəyə 3 milyon 780 min manat proqnoza qarşı 3 milyon 858 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102 faizini təşkil etmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2017-ci ilə nisbətən 55.4 min manat çox olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il rayonda sahibkarlığın inkişafı əhalinin işgüzar fəliyyətinin artırılması yeni yerlərinin yaradılması məqsədilə 8 sahibkara 3 milyon 546 min manat güzəştli kreditlər verilmişdir. Verilmiş kreditlər hesabına 98 yeni yeri yaradılmışdır.

Yola saldığımız 2018-ci il rayonumuzun ictimaiyyəti üçün ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bölgəmizə növbəti səfəri ilə əlamətdar, yaddaqalan bir il olmuşdur. Möhtərəm Prezidentimizin rayonumuza reallaşdırdığı səfərlərin hər biri rayonumuzun sosial-iqtisadi inkişafına möhkəm zəmin yaratmaqla həyatımıza tarixi hadisə kimi daxil olmuşdur. Ölkə başçısının səfərləri zamanı rayonumuzda aparılan quruculuq işlərinə, insanların əməyinə verdiyi yüksək qiymət hər birimizi ruhlandırmaqla yanaşı, məsuliyyətimizi daha da artırır, yeni-yeni uğurlara stimul verir. Bu gün rayonumuzdakı sosial-iqtisadi sahələrin, xüsusilə turizmin kənd təsərrüfatının inkişafına, sakinlərin sosial rifahına rahatlığına xidmət edən bir çox obyektlər məhz, möhtərəm Prezidentimizin səfərləri çərçivəsində, onun xeyir-duası ilə istifadəyə verilmişdir. Ötən il növbəti səfəri zamanı ölkə Prezidenti rayonumuzda bir sıra sosial-infrastruktur obyektlərinin açılışında iştirak etmiş görülmüş işlərə yüksək qiymət vermişdir. Belə ki, ölkə başçısı 28 oktyabr 2018-ci il tarixdə rayonumuza səfəri zamanı Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, "Yurd Hotel" mehmanxanasının, Qax Aqroparkının yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışlarında iştirak etmişdir.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 4 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə 15.1 milyon manat, Əlibəyli kəndində 216 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün ilkin olaraq 1 milyon manat, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat vəsait ayrılmışdır. Məlumat üçün bildirirəm ki, dövlət başçısının sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Əlibəyli kəndində məktəb binasının, şəhər ərazisində isə 48 mənzilli yaşayış binasının tikintisinə başlanılmış, həmçinin yuxarıda qeyd olunduğu kimi Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

Məlum olduğu kimi, ötən il "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatmışdır. Dövlət Proqramında rayonumuz üçün nəzərdə tutulmuş 21 bənddən ibarət tədbirlərin icrası uğurla həyata keçirilmişdir. Belə ki, proqramın icrası ilə bağlı ötən 5 il ərzində rayonumuzda inzibati binalar, Qarabağ müharibəsi əlilləri üçün fərdi mənzillər, yeni məktəb binaları, uşaq bağçaları, səhiyyə obyektləri, sahə baytarlıq məntəqələri, turizm obyektləri, yeni körpülər və beton bəndlər tikilib istifadəyə verilmiş, yaşayış məntəqələrinin qazlaşdırılması işi davam etdirilmiş, yeni arteziansubartezian quyuları qazılmış, respublika əhəmiyyətli, kəndlərarası və kəndlərin giriş yollarına asfalt örtüyü döşənmişdir. Görülmüş işlər nəticəsində son 5 il ərzində rayonda 2548-i daimi olmaqla 2637 yeni yeri, o cümlədən 2018-ci ildə daimi olmaqla 601 yeni yeri açılmışdır...

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ

Ədalət 2019.- 26 fevral.- S.3.