MÜASİR QAX:
MÜDRİK SİYASƏTİN GERÇƏK
NÜMUNƏSİ
(əvvəli
ötən sayımızda)
Yığıncaqda daha sonra qeyd olunmuşdur
ki, hesabat dövründə yolların
əsaslı təmiri
və abadlıq işlərinin görülməsi
ilə bağlı büdcədə nəzərdə
tutulmuş vəsait hesabına şəhərin
S.Qazıyeva, C.Məmmədquluzadə,
Ə.Cavad küçələrində,
Heydər Əliyev prospektinin giriş hissəsinin yol və səkilərində,
M.Rahim, Ü.Hacıbəyov,
İ.Qabulov, M.Maqomayev
və Babək küçələrinin isə
bir hissəsində təmir işləri aparılmış, asfalt örtüyü salınmışdır.
Həmçinin Zərnə kəndinin
giriş yoluna asfalt örtüyü salınmışdır.
Şəhərin İ.Qabulov, S.Qazıyeva,
M.Rahim, C.Məmmədquluzadə,
M.Maqomayev, Babək küçələrində və
M.Müşviq küçəsi
döngə 1-də su
arxlarının və
küçə divarlarının
tikintisi, İ.Qabulov, S.Qazıyeva, M.Maqomayev, Babək küçələrində
və M.Müşviq küçəsi döngə
1-də işıq dirəkləri
quraşdırılmışdır. A.Bakıxanov,
S.Şirvani, H.Cavid, M.Hüseyinzadə küçələrində,
A.Məmmədov döngə
2-də, V.Eyvazov və
X.Natəvan küçələrinin
bir hissəsində su arxlarının təmiri aparılmışdır.
Şəhərin 2 prospektində və
13 küçəsində hərəkət tənzimləyici
xətlərin çəkilməsi
və səki daşlarının rənglənməsi
işi aparılmışdır.
Hesabat dövründə Qıpçaq
kəndində 35 yerlik
körpələr evi-uşaq
bağçası tikilmiş,
Qaxingiloy kənd 19 saylı və Qum kənd 16 saylı körpələr evi-uşaq
bağçalarında təmir
işlərinə başlanılmış,
işlər hazırda
davam etdirilir. Təhsil Nazirliyi tərəfindən rayonun
Qaradolaq, Qarabaldır,
Qapıçay və
Əmircan kəndlərində
modul tipli məktəblərin tikintisində
son tamamlama, şəhər
3 saylı və Qum kənd tam orta məktəblərində isə
təmir işləri
aparılmışdır. Tasmalı və
Əlibəyli kəndlərində
tam orta məktəb binalarının, Fıstıqlı
və Aşağı-Malax
kəndlərində modul
tipli məktəblərin
tikintisi davam etdirilmiş, Çinarlı
kəndində modul tipli məktəbin tikintisinə başlanılmışdır.
Hesabat ilində
Mərkəzi Rayon Xəstəxanasının
binasında və poliklinika binasında cari təmir işləri aparılmış,
qazanxana binasının
və maşın dayanacağının dam örtüyü
dəyişdirilmiş, Əlibəyli
kənd mədəniyyət
evində və Qax Rayon Gənclər və İdman idarəsinin inzibati binasının bir hissəsində cari təmir işləri aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 06 noyabr
2018-ci il tarixli müvafiq sərəncamı ilə
Qax şəhəri üzrə müfəssəl
planın hazırlanması
üçün vəsait
ayrılmış, işlərin
görülməsi üçün
Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanılmışdır. Hazırda müfəssəl planın
hazırlanması ilə
bağlı işlər
davam etdirilir.
Ötən il Baydarlı kəndində Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Qarabağ Müharibəsi
əlilinə fərdi
yaşayış evinin,
İlisu kəndində
"Uludağ" Turizm
və İstirahət
Kompleksində 65 yerlik
otelin və Ağçay kəndində
"Bergs" otelində yeni
korpusun tikintisi başa çatdırılmış,
Qax şəhərinin
su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir. İl ərzində rayonda rayon İcra Hakimiyyəti tərəfindən 98 fərdi
yaşayış evinin
tikintisinə, 44 fərdi
yaşayış evinin
istismarına, eyni zamanda 17 sahibkarlıq obyektinin tikintisinə və 9 sahibkarlıq obyektinin istismarına icazə verilmişdir.
Hesabat dövründə
rayonda bitkiçilik və heyvandarlıq sahələrinin dinamik inkişafının təmin
olunması üçün
nəzərdə tutulmuş
tədbirlər davam etdirilmişdir. Belə ki, 2018-ci ilin məhsulu üçün
əkilmiş 13572 hektar
payızlıq taxıl,
o cümlədən 10468 hektar
buğda, 3104 hektar arpa sahələrindən
41.1 min ton payızlıq dənlilər
istehsal olunmuşdur. Payızlıq dənlilərin məhsuldarlığı
30.3 sentner təşkil
etmişdir. 2019-cu ilin
məhsulu üçün
10934 hektar sahədə
buğda, 2881 hektar sahədə arpa məhsulu olmaqla cəmi 13815 hektar sahədə səpin işləri aparılmışdır
ki, bu da
ötən ilə nisbətən 58 hektar çoxdur. 2018-ci ildə 1577 hektar qarğıdalı sahəsindən
12337 ton məhsul tədarük
edilmişdir. Dən qarğıdalının
hər hektardan orta məhsuldarlığı
əvvəlki ilə nisbətən 23.1 sentner çox olmaqla 78.2 sentner təşkil etmişdir. Qax rayonu üçün ənənəvi olan tütünçülük və
baramaçılıq sahələrinin
inkişafına xüsusi
diqqət verilməsi nəticəsində hesabat
ilində 2017-ci illə
müqayisədə tütün
əkini 17.5 hektar artırılaraq 623.5 hektara
çatdırılmış və sahələrdən
7822 ton yaşıl tütün
yarpağı tədarük
olunmuşdur. Bu hesaba 971.8 ton quru tütün yarpağı
istehsal olunmuşdur ki, bu da
2017-cı ilə nisbətdə
161.5 ton çox olmuşdur.
Tütün satışından daxil olmuş 1 milyon 500 min manatdan çox vəsait rayon əhalisinin sosial rifahının və yaşayış şəraitinin
daha da yaxşılaşmasına
təsir göstərəcəkdir.
Hesabat ilində
əvvəlki illə
müqayisədə 12.8 ton çox olmaqla 25.3 ton yüksək keyfiyyətli
barama istehsal olunmuşdur. İstehsal olunmuş baramaya
görə barama istehsalçılarına 112.5 min manat vəsaitin ödənilməsi təmin
olunmuşdur. Yaxın
gələcəkdə barama
istehsalı sahəsində
daha uğurlu nəticələr əldə
olunması üçün
rayonun daxili imkanları hesabına yetişdirilmiş 53 min ədəd
yerli, həmçinin
Çin Xalq Respublikasından gətirilmiş
55 min ədəd yüksək
məhsuldar tut tinglərinin
əkini təmin olunmuşdur. Həmçinin hesabat ilində
rayon ərazisində 601 hektar
sahədə yeni fındıq bağları
salınmışdır. Rayonda yaradılmış
Aqroparkda hesabat dövründə idarəetmə
mərkəzinin, hər
biri 1500 ton olan 3 ədəd taxıl bunkerinin, həcmi 50 min
m3-lik su anbarının,
500 tonluq su hovuzunun tikintisi başa çatdırılmışdır.
Həmçinin Aqropark
ərazisində meyvə
bağları üçün
damcılı suvarma sisteminin quraşdırılması,
50 min m3-lik su anbarına
5,5 km uzunluğunda elektrik
xətlərinin çəkilişi
və dairəvi suvarma sisteminin (Valley) 2-ci mərhələsinin
çəkilişi işləri
başa çatdırılmışdır.
Rayonun Şıxlar kəndi ərazisində yerləşən
paylayıcı yarımstansiyadan
Aqropark ərazisinə
16 km uzunluğunda yüksək
gərginlikli elektrik xətti çəkilmiş,
35 kV-luq elektrik yarımstansiyasının tikintisi
hazırda yekunlaşmaq
üzrədir. Su anbarlarına su vurmaq üçün 3 ədəd nasos stansiyası tikilmişdir.
Aqroparkın maddi-texniki
bazasının yaradılması
məqsədi ilə il ərzində
29 ədəd müxtəlif
növ kənd təsərrüfatı texnikası
alınmışdır.
Aqroparkda
2018-ci iln məhsulu üçün əkin aparılmış 1203 hektar
buğda sahəsindən
3839.5 ton, 115 hektar arpa
sahəsindən 425.7 ton, 1 hektar
kartof sahəsindən
21.5 ton, 169 hektar dən
üçün qarğıdalı
sahəsindən 1690 ton, 65 hektar
soya sahəsindən 200.2 ton məhsul tədarük olunmuşdur. Payızlıq dənlilərin orta
məhsuldarlığı suvarılan
ərazilərdə 55 sentner
təşkil etmişdir.
Aqropark ərazisində 2019-cu ilin
məhsulu üçün
1100 hektar sahədə
buğda əkini aparılmışdır.
Hesabat ilində rayon ərazisində
torpaqların su təminatının yaxşılaşdırılması
məqsədi ilə
377 min m3 həcmdə lildən
təmizləmə, 1315 m3 beton
kanallarda, 53 ədəd
hidropostda və 49 ədəd hidroqurğuda təmir işləri aparılmışdır.
Sel sularından mühafizə
tədbirlərinin həyata
keçirilməsi məqsədi
ilə 1009 min m3 məcratəmizləmə
işləri aparılmış,
1477 m3 qabyon, 1977 m3 daş-beton
və 100 m3 beton bəndlərdə daşqın
və selə qarşı sahilbərkitmə
işlərinin aparılması
üçün təmir
işləri aparılmışdır.
Əkin
sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılması
və əhalinin içməli suya olan təlabatının ödənilməsinə məqsədilə
hesabat ilində rayonun Almalı, Oncallı, Qaratala, Cəlayir, Tasmalı, Qorağan, Qaxbaş, Meşəbaş, Əmbərçay,
Zərnə, Qaradolaq,
Qaşqaçay kəndlərində
və Qax şəhərində ümumilikdə
13 ədəd artezian və subartezian quyusu qazılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması, həmçinin yazlıq bitkilərin əkininə və payızlıqların biçini ilə əlaqədar 1654 nəfər istehsalçıya 1 milyon 126 min manat məbləğində yardımın ödənilməsi təmin olunmuşdur. Hesabat dövründə rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 210 min manat, təkrar əkinlərə görə kənd təsərrüfatı məhsulları istehsalçısına 21 min manat, barama istehsalçılarına 119.6 min manat məbləğində yardımın ödənilməsi təmin olunmuşdur. Tütünçülüklə məşğul olan 68 nəfər sahibkara 37.7 min manat subsidiyanın verilməsi üçun sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət 2019.-
27 fevral.- S.3.