DƏMİRQAPI
DƏRBƏNDİM
(Rus
işğalı, yoxsa... farsların əlindən
nicat?)
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən saylarımızda)
Həqiqətən də, ruslar üçün farsların qabağından geri çəkilmək, dönüb qaçmaq biabırçılıq idi, amma buna görə əsgər-döyüşçüləri günahlandırmaq olmazdı, əsas günahkarlar onların komandirləri idi, döyüşqabağı belə bir vəziyyətlə üzləşə biləcəkləri barədə onları təlimatlandırmamışdılar. Əsgər-döyüşçülər, bəlkə elə onların komandirləri də dəfələrlə zəif müqavimət göstəriləcəyini zənn edirdilər. Odur ki, komandirlər öz səhvlərini və günahlarını başa düşən kimi bir yerə toplaşıb baş komandanın yanına onları yenidən qalanın yuxarısına aparıb təkrar müşavirə keçirilməsini xahiş etdilər. Baş komandan onları dinləsə də yenidən müşavirə keçirmədi, onları məğlubiyyətlərinə görə danlamadı da, Dərbənd işğal olunanadək onlarla çox mülayim davrandı.
Döyüşə ciddi hazırlıq getmədiyindən ərim məni görmək üçün bizim qaldığımız düşərgəyə gəldi və mənə döyüş düşərgəsinə yollanmağa razılıq verdi. Mayın 5-də mən döyüş düşərgəsinə gəldim və bir daha geriyə qayıtmadım. Beləliklə, heç bir həyəcansız və qorxusuz mən ön cərgə düşərgəsində qaldım. Güclü həmlə hazırlığı aparılmasa da hər şey öz qaydasında gedirdi. Mən dənizin qırağına gəlir, qumluqda gəzişir, balıqqulağı toplayırdım, dağın yuxarı hissələrinə qalxırdım, dağlıq ərazi daha gözəl idi, çoxlu çeşmə və bulaqlar vardı, elə bil daş çarhovuzlardan süzülüb axırdı.
Düşərgədə vəziyyət heç də ürəkaçan deyildi, güllə məsafəsində yerləşdiyindən əsgərlərin çoxu yaralı idi. Birinci gecəni heç də rahatlıqla keçirə bilmədim, güllə səsləri hər dəqiqə məni narahat edirdi. Şəhər camaatı xor ilə qorxulu səslər çıxarır, sözləşiblərmiş kimi təhlükə hiss edən öküzlər, inəklər və eşşəklər də bəzən onlara qoşulurdular.
8 may günü səhər obaşdan hücum başlandı. Batareya bütün silahlarından həmin qülləyə atəş açdı, hansı ki, həmin qüllədən yağdırılan daş rus əsgərlərini pərən-pərən salmış, geriyə dönməyə vadar etmişdi. Qüllə müdafiəçiləri arasında çoxlu ölən və yaralananlar olduğundan yerdə qalanlar şəhərin içinə doğru geri çəkilməyə başladılar. Bu zaman Voroşilov alayının ovçuları qala bürcünə dırmaşmağa başladılar və kiçik bir meydan zəbt etdilər. Gün ərzində başqa istiqamətlərdə hücum davam etdirilsə də ikinci uğurlu bir addım alınmadı. Farslar həmin qala bürcünü geri qaytarmaq üçün bir neçə dəfə cəhd göstərsələr də məğlubiyyətə düçar oldular.
8 mayda general Bulakovun
qüvvələri adaya
hücum çəkir. Qaladakıların güclü müqavimətinə
baxmayaraq ruslar tədricən adanın ətraflarını ələ
keçirirdi. Ruslar əsas
hədəfi Narınqalaya
yönəldirlər.
9 may günü ara-sıra atışmalar olsa da ciddi döyüş
alınmadı.
Mayın 10-u səhər tezdəndən
rus qoşunu hər tərəfdən qalanın üzərinə
hücuma keçdi və bütün silahlardan qala atəşə tutuldu. Bir də
gördük ki,
general Bulqakovun batareyaları
döyüş aparan
ərazidə qalanın
mollası atəş
altında qaladan çıxıb və gəlir. Görünür, şəhər camaatı qırğından
bezib və mollanı danışığa
göndəribmiş. Molla general Bulqakovun yanına gəlib ərz etdi ki, şəhər
camaatı qalanı təslim etməyə hazırdır və ruslar razılaşsa danışıqlar aparmaq
üçün Şıxəli
xan özü də gələcək, ancaq bəri başdan söz verməlisiniz ki, onları öldürməyəcəksiniz
və şəxsi əmlakları qarət olunmayacaq. Yalnız bu şərtlə
şəhər camaatı
silahı yerə qoyub təslim olacaq. General Bulqakov bu barədə
baş komandana məlumat ötürdü.
Baş komandan məlumat alan
kimi dərhal atəşin dayandırılmasına
əmr verdi.
Xəbər gətirən molla
həmin adam
idi ki, 74 il əvvəl şəhərin qapısının
açarını Böyük
Pyotra təqdim etmişdi, bu rəvayətdimi, gerçəkdimi,
heç kim deyə bilməzdi, amma belə danışırdılar.
İki saatdan sonra Dərbənd hakimi Şıxəli xan qrafın hüzuruna gəldi, onun başının üzərində cəllad
xəncər tutmuşdu. Bu, ona işarəydi ki, Şıxəli xan səhvini başa düşür və qala camaatının
sağ qalması üçün özünü
qurban verməyə hazırdı. Dərbənd
camaatı arasında ən varlı və nüfuzlu sayılan, həm də hakimin məsləhətçilərindən biri olan Qədir
bəy qrafa müraciət etdi:
-Burda əgər bir nəfərin boynu vurulmalıdısa, o da mənəm. İkinci bir baş kəsiləsidisə,
hakimin başqa məsləhətçilərindən biri olmalıdı. Şıxəli xan cavandı,
təcrübəsizdi, onu
bu işə biz təhrik etdik. Rusların mərhəmətinə inanır
və xanın bağışlanmasını xahiş
edirik.
Qraf gülümsündü,
hamını bağışladığını
bildirdi.
-Biz buraya baş kəsməyə gəlməmişik.
- dedi. - Gəlmişik
ki, sizi farsların zülmündən
və əsarətindən
xilas edək.
Beləliklə, Dərbənd qalası
10 may 1796-cı ildə rus
qoşunları tərəfindən
alındı".
Rusların itkisi 107 əsgər və 11 zabit olur. Qənimət olaraq
28 top ələ keçirilir.
***
Rusiya Federasiyasının prezidenti
Vladimir Vladimiroviç Putin 2015-ci ildə Dərbənd şəhərinin 2000 illiyi
münasibətilə keçirilən
möhtəşəm tədbirdə
demişdir: "DƏRBƏND - Rusiya Federasiyası ərazisində ən qədim şəhərdir.
Bəzi məlumatlara görə orada yaşayış beş min il əvvəl, daha çox dəqiqləşdirilmiş
məlumata əsasən
isə iki min il əvvəldən şəhər fəaliyyətdə
olub. Şübhəsiz, Dərbənd insanlığın
inkişafı üçün
ən unikal yerdi və ən
yüksək diqqətə
layiqdi".
Dəmirqapı Dərbənd haqqında materiallar toplayanda çox mənbələrə
müraciət etdim. Hətta orta
məktəb dərslərinə
də dönə-dönə
qayıtdım. Fikirləşdim ki, heç olmasa dərslik hazırlayanlar mövzuları
dəfələrlə süzgəcdən
keçirib yeniyetmə
övladlar üçün
asan variantda məlumatlar yazarlar. Ancaq çox təəssüf
ki, orada da hazır cavablar
tapa bilmədim. Beləliklə, Dəmirqapı Dərbənd
mövzusu mənə
qədər müraciət
etmiş minlərlə
alimdən tutmuş həvəskara kimi cəmi qələm sahiblərinə müəmmalı
qaldığı kimi
sirli-sehrli, açılmamış
qaldı.
Amma mən iki mühüm məsələni dəqiq
öyrəndim. Birincisi, Dəmirqapı Dərbəndi
belə asanlıqla öyrənmək mümkün
olsaydı, daha bu müqəddəs şəhər minlərlə
arxeoloqun, tarixçinin,
səyyahın, turistin
diqqətini cəlb eləməzdi. İkincisi isə
burada yaşayan müxtəlif xalqların
nümayəndələrini birləşdirən amalın,
ümumilikdə doğma
şəhərə olan
hədsiz sevgiləridir.
Dərbənddə yaşayan xalqlar doğma şəhəri eyni sevgi ilə
sevir və bölüşmək ağıllarından
və qəlblərindən
kənar bir hissdir ki, heç
vaxt onlara yaxın düşə bilməz.
Necə
deyərlər, bütün
xalqlar eyni səslə, eyni avazla, eyni sevgi
ilə Dədə Qorqud sayağı qışqırır:
-E...he...heyyy!!! Dəmirqapı Dərbəndim mənim...
heeyyy...
ƏLİ
BƏY AZƏRİ
Ədalət 2019.- 28 fevral.- S.7.