MÜASİR QAX:
MÜDRİK SİYASƏTİN GERÇƏK
NÜMUNƏSİ
(əvvəli
ötən saylarımızda)
Hesabat ilində
rayonun iqtisadiyyatında
mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə
xüsusi diqqət verilmiş və bir sıra işlər
görülmüşdür. Belə
ki, 01 yanvar 2019-cu il tarixə rayonda 22815 baş iribuynuzlu mal, o cümlədən
11923 baş ana mal,
59581 baş qoyun-keçi,
100 min başdan artıq
müxtəlif növ
ev quşları və 20 minə yaxın arı ailəsi mövcud olmuşdur. Mal-qara
arasında qısırlıq
hallarının minimuma
endirilməsi, əhali
təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlıq keyfiyyətlərinin
yüksəldilməsi üçün
süni mayalanmanın
tətbiqi diqqət mərkəzində saxlanılmışdır.
Ötən il
ərzində 3687 baş
inək-düyə süni
mayalandırılmışdır ki, bu da
2017-ci illə müqayisədə
371 baş çoxdur.
Ötən il rayonun tam orta məktəblərinin Azərbaycan
və rus bölmələrini bitirmiş
403 nəfər məzunundan
282 nəfəri ali məktəblərə qəbul
imtahanlarında iştirak
etmiş, 187 nəfər
tələbə adını
qazanmışdır. Onlardan
22 nəfəri 600-dən çox,
54 nəfəri isə
500-700 arası bal toplamışdır. Rayon üzrə 53 nəfər
orta ixtisas məktəblərinə qəbul
olunmuşdur.
Respublika
gənclərinin vətənpərvərlik,
tarixi-mədəni irsimizə
hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün
daha da zənginləşməsi
məqsədi ilə ölkə başçısı
cənab İlham Əliyevin tapşırığına
uyğun olaraq həyata keçirilən
"Ölkəmizi tanıyaq"
devizi altında maarifləndirici tur-aksiyanın
40 nəfər iştirakçısı
ötən il Lənkəran, Masallı və Astara rayonlarında səfərdə
olmuşlar.
Hesabat dövründə
Qax Rayon Mərkəzi
Xəstəxanasının 110 nəfər həkimi və 395 nəfər orta tibb işçisi
əhaliyə xidmət
göstərmişdir. Hesabat dövründə rayon əhalisinin
18 yaşdan yuxarı
43158 nəfərindən 40916 nəfəri tibbi müayinədən keçmiş,
onlardan 4048 nəfəri
ambulator, 121 nəfəri
stasionar müalicəyə
cəlb olunmuş, 10 nəfəri isə Bakı şəhərinə
müalicəyə göndərilmişdir.
"Azərbaycan Respublikasında
2016-2020-ci illər üçün
qanın, qan komponentlərinin donorluğu
və qan xidmətininn inkişafına
dair Tədbirlər proqramı"na əsasən hər il olduğu kimi hesabat ilində
də könüllü
qanvermə aksiyası
keçirilmiş, 121 nəfərin
aksiyada iştirakı
təmin edilmişdir.
2018-ci ilin respublikamızda
"Azərbaycan Xalq Cümhuriyyəti İli"
elan olunması ilə əlaqədar hesabat ilində rayonun ümumtəhsil məktəblərində və
mədəniyyət müəssisələrində
silsilə tədbirlər
keçirilmişdir.
Hesabat dövründə rayonda
14000 nəfər turist
istirahət etmişdir
ki, bunlardan 13392 nəfəri yerli, 608 nəfəri isə xarici turist olmuşdur.
Rayonda fəaliyyət göstərən
Heydər Əliyev Mərkəzində hesabat
ilində mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən vətəndaşların
qəbulu, əlamətdar
və tarixi günlərə həsr olunmuş tədbirlər,
respublika səviyyəli
seminar-treninqlər və
maarifləndirici tədbirlər,
yeni ailə quran gənclərə ailə dəyərlərini
aşılamaq məqsədi
ilə 12 nikah mərasimi keçirilmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun Qax rayon şöbəsində hesabat
dövründə qeydiyyatda
olan əmək pensiyaçılarının sayı
8239 nəfər olmuşdur
ki, bunlardan da 5507 nəfəri yaşa, 2202 nəfəri əlliliyə və 530 nəfəri ailə başçısını itirməyinə
görə pensiya alan şəxs olmuşdur. İl ərzində şöbədə
155 nəfərə əmək
pensiyası təyin olunmuş, 01 yanvar 2019-cu il tarixə
bir nəfərə düşən əmək
pensiyasının orta
aylıq məbləği
194.89 manat təşkil
etmişdir. "Sosial müavinətlər
haqqında" qanuna uyğun olaraq 2528 nəfər sosial müavinət, 422 nəfər
Prezident təqaüdü
almışdır. İl ərzində
330 nəfərə aylıq,
472 nəfərə birdəfəlik
müavinət verilmiş,
131 ailə ünvanlı
dövlət sosial yardımı almışdır.
Şöbənin 35 sosial xidmət
işçisi tərəfindən
288 ailədə 333 qoca
və əlil şəxsə sosial xidmət göstərilmişdir.
Hesabat dövründə
Qax Rayon Məşğulluq
Mərkəzində 719 nəfər
şəxs işaxtaran
kimi qeydiyyata alınmışdır. Qeydiyyata
götürülənlərin 88 nəfəri ali,
105 nəfəri orta-ixtisas,
117 nəfəri ilk peşə-ixtisas,
409 nəfəri isə
orta təhsilli şəxs olmuşdur. İl ərzində mərkəz
tərəfindən 9 nəfərə
işsizlik statusu verilmiş və müavinət təyin olunmuşdur.
Qax Telekommunikasiya Qovşağında
2018-ci ildə tarif gəliri proqnozuna 102 faiz əməl olunaraq 1329.1 min manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki
illə müqayisədə
124.5 min manat çox olmuşdur. İl ərzində 96 ədəd
telefon çəkilmiş,
ümümilikdə qovşağın
montaj tutumu 11734 nömrə təşkil etmişdir. Rabitə və informasiya
xidmətlərinin yaxşılaşdırılması
məqsədi ilə
10 ədəd avadanlıq
quraşdırılmış, rayon üzrə internet abunəçilərinin
sayı 6270-ə çatmışdır.
Hesabat dövründə Qax Elektrik Şəbəkəsi
tərəfindən 45 ədəd
transformator yarımstansiyası
cari təmir olunmuş, 10 ədəd yeni ayrıcı quraşdırılmış, 124 ədəd 10 kV-luq, 223 ədəd 0.4 kV-luq dayaq dəyişdirilmiş,
44.2 km 10 kV-luq, 50.8 km 0.4 kV-luq
hava xətləri əsaslı və cari təmir olunmuşdur. Elektrik xətlərinin mühafizə
zonasının 65.4 km hissəsi
təmizlənmiş, 3161 ədəd
sayğac quraşdırılmış,
3980 metr uzunluğunda
SİP kabel xətti çəkilmişdir. Əlibəyli
kəndində 10 və
0.4 kV-luq şəbəkənin
yenidənqurulması işləri
çərçivəsində 14 ədəd yeni 10 kV-luq, 408 ədəd yeni 0,4 kV-luq metal boru dayaq basdırılmış,
352 ədəd sayğac
dəyişdirilmiş, 21774 metr uzunluğunda yeni SİP kabel xətti və 1500 metr uzunluğunda AS-50 markalı yeni naqil çəkilmiş, hazırda işlər davam etdirilir. Hesabat dövründə yeni
35/10kV-luq "İlisu" yarımstansiyası istifadəyə
verilmişdir.
Qax Sukanal İdarəsi tərəfindən
hesabat ilində 5789 abonent olmaqla 14045 nəfər içməli
su ilə təmin olunmuşdur. İdarə
tərəfindən xidmət
göstərilməsi üçün
13 büdcə, 22 respublika,
166 kommersiya və 37 sənaye təşkilatı
ilə müqavilə
bağlanılmışdır. İstehlak olunmuş içməli suya görə yığım faizi ümumilikdə 103.1 faiz təşkil etmişdir.
İl ərzində idarə tərəfindən 577 ədəd
su sayğacı quraşdırılmaqla rayon üzrə
quraşdırılmış su sayğaclarının ümumi sayı 5191-ə çatdırılmışdır.
Hesabat dövründə Zaqatala
Regional Qaz İstismar İdarəsinin Qax sahəsi tərəfindən
450 sayğac küçə
xəttinə çıxarılmış,
166 sayğac yenisi ilə əvəzlənmiş,
3 ədəd smartkart tipli sayğac quraşdırılmışdır. Şəhərin R.Behbudov, H.Əfəndiyev
və İ.Dağıstanlı
küçələrində ümumilikdə 1175 pm, Qaxbaş
kəndində isə
344 pm yeni qaz xətti quraşdırılmışdır.
Qaz təminatını yaxşılaşdırmaq
məqsədilə şəhər
ərazisində və
Qaxbaş kəndində
15 ədəd qaz tənzimləyici quraşdırılmış,
Əlibəyli kəndində
isə 1 ədəd siyirtmə quraşdırılmışdır.
Meşəbaş kəndinə təbii
qaz xətti çəkilmişdir.
Təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci ildə rayon İcra Hakimiyyəti başçısı
tərəfindən rayonun
48 yaşayış məntəqəsində
səyyar qəbul keçirilmişdir. Səyyar qəbullarda iştirak
etmiş 2025 vətəndaşdan
192 müraciət daxil
olmuşdur. Daxil olmuş
müraciətlərlə bağlı
aidiyyəti xidmət təşkilatlarına müvafiq
tapşırıqlar verilməklə
icrası nəzarətə
saxlanılmışdır.
Təsdiq
olunmuş qrafikə uyğun olaraq il ərzində
Rayon İcra Hakimiyyəti
başçısının, müavinlərin və şöbə müdirlərinin
qəbulları keçirilmişdir.
Rayon İcra Hakimiyyəti
başçısı tərəfindən
274 nəfər, digər
məsul şəxslər
tərəfindən isə
903 nəfər olmaqla
cəmi 1177 nəfər
vətəndaş qəbul
edilmişdir.
"Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində keçirilən müşavirələrdə yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmuş, iş hazırda da davam etdirilir.
Yığıncağın sonunda deyilmişdir: "Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və rayon əhalisini əmin edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanları səfərbər edilərək 2019-cu il uğurla başa vurulacaqdır".
Ədalət 2019.- 28 fevral.-
S.3.