Rəşid Faxralı Ana itirmişik...
Ünlü kardeoloq, Tofiq Tagı oğlu
Tağıyevə
səmimiyyətlə
Bir vaxtlar mənim də anam varıydı,
Bir vaxtlar sənin də anan varıydı...
Saçını dan yeri daraqlayanda,
Könlünü göy üzü
varaqlayanda,
Gözündən beş addım uzaq düşəndə
Qohumdan-qonşudan soraqlayanda,
Elə bilirdin ki, dünya
sənindi;
Ana itirmisən ana yaşında...
Ana itirmişik...
Bu ağır itki
Ağır yük olubdu ürəyimizə.
Anasız
açılan səhərlərimiz,
Qəhər gətiribdi hər birimizə.
Bir ömür verərək hər ötən ilə
Ana ömürünə gərək olardın.
Qüdrətin çatsaydı, bu
sevgin ilə
Ana ürəyinə ürək
olardın.
Səni
kövrək görən,
qəhərli görən
Göygözlü göylərin gözləri
doldu.
Belə
oğuluydun, ana sevgisi
Sənin həyatının işığı
oldu.
Sən ana itirdin...
Anasızlığa
Həkim olmağınla üsyan elədin.
Ana sevgisini anasızlığın
Ağrı-acısına dərman elədin...
Analar yaşayır...
Bu müqəddəs ad
Ruhu rəvanların
çatır dadına.
Ana sevgin ilə elə o vaxtdan
Bir heykəl qoyubsan ana adına!
Ədalət 2019.- 28 fevral.- S.8.