Dağbəyi Əsədov
Sönən arzular
Hara uzanırsan, gedirsən belə,
Ey ana yurduma gedən
arzular...
Hərdən də kükrəyib
dönürsən selə,
Məndən aralanıb gedən arzular.
Hər axşam, hər səhər məni dindirib,
İlxının içindən bir
köhlən seçib,
Yəhərini qoyub məni mindirib,
Ağ atlı oğlana
dönən arzular.
Çapıb xəyalımla, uçub
quş kimi,
Gedib ana yurda yetən arzular.
Hərdən də başımdan
çıxır huş
kimi,
Dumanlar içində itən arzular.
Hər gün "Süsən"imdən
çiçək dərirsən,
Yenib
"Kəhriz"imdən su
da içirsən.
Elə bil kükrəyən Mavdan selisən,
Yatanda yox olub gedən
arzular.
Yenə
ürəyimin düz
içindəsən
Vətən! Vətən! - deyib
qüssələnirsən.
Axır
bu ürəyi iki böləssən,
Qalıb
öz içimdə sönən arzular.
Dübək daşı
Yuxuda gördüyüm kəndimizdəki
dübək daşı...
Köhnə kənd - babamın
ulu məskəni,
Yuxumda gəlmişəm, qəbul
et məni.
Yadıma
saldıqca olub-keçəni,
Yaman kövrəlirəm,
yaman, neyləyim?
Qərib
baxışında bir
heyrət duydum,
Ağ saçlı
qocaya oxşatdım səni.
Yetim uşaq kimi boynumu burdum,
Çəkdin qucağına sən öz nəvəni.
Baxdım
hələ dözür
çinar ağacı,
Ot basmış cığırlar, yollar tanışdı.
Nəvəyə babamın uçuq
daxması,
Həzin pıçıltı ilə
nağıl danışdı.
Gözümə sataşdı bir
dübək daşı,
Dilim kilidlənib,
könlüm anladı.
Xəyalən gözümün önündən
keçib,
Qovuz taclı
qızlar dəstə
bağladı.
Orda bir qız gördüm:
doğma nənəmdi,
Dönüb baxdı mənə - öz nəvəsinə.
Öpüb üz-gözümdən qovuz da verdi,
Qayıdıb qoşuldu öz dəstəsinə.
Köhnə dübək daşı
bəlkə də səndə,
Neçə qız-gəlinin izi qalıbdır.
Yəqin
ki, indi də köksün altında,
İlanlar, əqrəblər məskən
salıbdır.
Məbədim mənim
Su alaydı yer üzünü ayrıdan,
Ləpələrin qucağında gedəydim.
Səni
gəzib çağırardım
ucadan:
- Yurdum, yuvam, beşiyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Əlim
çatmır o yerlərə,
neyləyim,
Tanrıma var taleyimdən gileyim.
Nə vaxt görən gün görəcək güneyim,
Qar sinəli quzeyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Görüşməyə can atıram, çatmıram,
Ümidliyəm, ümidimi qırmıram.
Ona görə qəm gölündə batmıram,
Xarı güllü, Süsənim
hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!
Yamacında çiyələyin dərilmir,
Kölgəlikdə kəklik otun sərilmir.
Ala yoncan, alma yoncan
biçilmir,
Can dərmanlı çiçəyim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Günəş doğa, məstlə
tezdən çıxaydı,
Dağ dalından
oğrun-oğrun baxaydı.
Şəfəq olub qucağına axaydım.
Yellənməyən beşiyim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!
32 İstəyim var - uşaqlığa dönəydim,
Çubuq tapıb at əvəzi minəydim.
Dağa
qalxıb yamacından
yenəydim,
Mavdan elim, ellərim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Sən
o yanda, mən bu yanda dinmirik,
Hər ikimiz qolu bağlı əsirik.
Can deyilik, bir quruca
nəfəsik,
Qürub
edən günəşim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Bir at minib yalmanına yataydım,
Çapa-çapa o yerlərə çataydım.
Koroğlunun daş yaddaşın
qucaydım,
Cənnət bağım, beşiyim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Torpağından mayalanıb can aldım,
Balan olub lay-layınla boy atdım.
Yeddi ildə yetmişcə il qocaldım,
Kölgələnmiş həsrətim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Çıx Tatarın başı
üstə ucalan,
Tənhalıqdan yalqız qalıb qocalan.
Tək saqqızın kölgəsinə
yan alan,
Köç eləyən karvanım
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
33 Yada düşdü başı qarlı dağlarım,
Miyən dərə, Yağlı dərə yaylağım.
Seyrangahım, obalarım, oylağım,
Şanda
balım, pətəyim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Üz qoyacam o dağların üzünə,
Kaş yenəydim
zirvəsindən düzünə.
Sarılardım Xanazurun pirinə,
Qibləm
mənim, aləmim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Çeşmə gözüm, söylə,
görüm necəsən?
Axırsanmı, yoxsa batıb getmisən?
Yağılara zəhər olub
içil sən,
Büllur
gözlü çeşməlim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Qazançının Qazan adı soyumdu,
Xustub dağı
keçmişimin boyudu.
O yurd Dədə Qorqudumun yurdudu,
Burla xatun nənəlim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Qonaq gedib Leşkarımda olaq, gəl,
O bulağın dolmuş gözün açaq, gəl,
Gün batanda Əsgülümü
aşaq, gəl,
Haray deyək ellərim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
34 Turş suların Noxuddudu, Seyidlər,
Yüz yaşadı
o sulardan içənlər.
Şəfa tapdı Qotur suya gedənlər,
Vənni
suyum, Həsrətim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Əzəmətim, vüqarımdı Hərtizim,
Əsgülümlə Süsən mənim əkizim.
Əkizlərin göz yaşıdı
Kəhrizim,
Kəhriz
suyum - pəhrizim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Sinəsindən beş çay axır, min bulaq,
Dostum, gedək
o yerlərə ol qonaq.
Sahilləri oba, orman, çilçıraq,
Bərgüşadım, Həkərim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Külək əsir həzin-həzin
bu axşam,
Tənha qalıb xəyallara dalmışam.
Gül ətrini mən Arazdan almışam,
Oxçu
çayım, Bəsitim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Şəhid olub neçə
ərən, igidin,
Vətən! - deyib, itkin düşdü Sabirin.
Son məqamda torpağını
yeyənin,
Şir ürəkli
Adilim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!
35 Bu dünyanın işi belə bilinmir,
Şər yeriyir, xeyir durub gözləyir.
Haqsızlıqlar yer üzündən
silinmir,
Xoş niyyətli diləyim hey, Zəngilan,
Ana yurdum, məbədim hey, Zəngilan!
Zaman gedir, təkərləri dayanmaz,
Torpağından yad ellərə
pay olmaz.
Qan tökməsək səni
kimsə alammaz
Uğurunda öləyim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!
Allah, mənə bir ömür ver qayıdım,
Cidalının pir başına dolanım.
Doğulduğum Çəmən yurda
yollanım,
Ordan səni
seyr edim hey, Zəngilan.
Ana yurdum, məbədim hey, Zəngilan!
O gün ola
- bağlı yollar açılsın,
Ana yurdum al şəfəqə
boyansın.
Obalarda şənliklərin qurulsun,
Toy-büsatı diləyim
hey, Zəngilan,
Ana yurdum, məbədim hey Zəngilan!
Dağbəyiyəm, sinəmdə var yurd dağı,
Ağırlaşıb qəm yükümün sandığı.
Qayıtmasa keçmişimin oylağı,
Nakam ölüb gedəyim hey, Zəngilan...
Ana yurdum, məbədim hey Zəngilan!
İlk məhəbbətim
Deyirlər acısı, şirini
olur,
Acısı bal dadır ilk məhəbbətin.
Hərdən ürəyimin başına
qonur,
Nəbzimlə vurandı ilk məhəbbətim.
Gör neçə illərdi süzülüb gəlir,
Məndən aralanıb üzülə
bilmir.
Kökü ürəyimdə çözülə
bilmir,
Mənimlə qalandı ilk məhəbbətim.
Hər zaman mənimlə qoşa gəzəndi,
Qoşa kədərlənib, qoşa
güləndi.
Ölsəm, o mənimlə qoşa
öləndi,
Mənimlə qalandı ilk məhəbbətim.
Bir ömür evində il qalaqlanıb,
İllərin içində gün qalaqlanıb.
Bir günün içində
tez yaraqlanıb,
Boy atıb çıxandı
ilk məhəbbətim.
O, ilk məhəbbətin havasındayam,
O, gül yanaqlının sorağındayam.
O, xoş duyğuların qanadındayam,
Duyğular dağımdı ilk məhəbbətim.
O, gənclik çağımın
ilk vüqarıdı,
O, körpə arzumun qönçə barıdı.
O, sevgi bağımın ilk nübarıdı,
Dünyada varımdı ilk məhəbbətim.
O, mənim köksümdə,
ürəyimdədir
O, mənim bəxtimdə, taleyimdədir.
O, mənim dilimdə, diləyimdədir,
Axan göz yaşımdı ilk məhəbbətim.
Dünyada hər nəyə
həsəd aparsam,
Aya baxışımdı
ilk məhəbbətim.
Susuz səhralarda fəryad qoparsam,
Yağan yağışımdı ilk məhəbbətim.
Dağ desə çaparam, yollar açaram,
Fitnə-fəsadlara uyub baxmaram.
Onda itirmişəm, indi taparam,
Fərhada Şirindi ilk məhəbbətim.
Sən yadıma düşəndə
Görüş üçün qanadlanmaq
istərəm,
Gəlib sənə qovuşmağı
istərəm.
Tənha
qalıb ağlamağı
istərəm,
Sən əzizim,
sən yadıma düşəndə.
Axan çayın şırıltısı
səsindi,
Sahildəki çəmənliklər sinəndi.
Elə bildim bütün dünya mənimdi,
Sən əzizim,
sən yadıma düşəndə.
Çiçəklərin yaxşısını
seçərəm,
Tellərinə bircə-bircə düzərəm.
Gül dəstəsi bağlamağı
istərəm,
Sən əzizim,
sən yadıma düşəndə.
Gözlərinə göz oxşarı
tapmadım,
Yanağının oxşarına baxmadım.
Gözəllərin kəlamına varmadım,
Sən əzizim,
sən yadıma düşəndə.
Sinəm
dağlı ayrılığın
əlindən,
Yad olmuşam
nəfəsindən, səsindən.
Ayrılmıram bir quruca əksindən,
Sən əzizim,
sən yadıma düşəndə.
Bilmirəm
Gülüm, həsrətindən donub qalmışam,
Hara gedəcəyəm, özüm bilmirəm.
Həsrətin oduyla mən qalanmışam,
Necə odlanacaq canım, bilmirəm.
Səni
gözləyəcəm, gəlməsən
də sən,
Gedə bilməyəcəm görüş
yerindən.
Sən gələ bilməsən,
gülüm biləsən,
Necə
olacaqdır halım, bilmirəm!
Yanıb
köz olacam, külə dönəcəm,
Küləyə qarışıb dilə gələcəm.
Səni
çağıracam, səni
gəzəcəm,
Tapa biləcəmmi,
bilə bilmirəm.
Bir zərrə olsam da səni tapacam,
O, al yanağında hopub qalacam.
Məni
kül eylədin, indi cansızam,
Axan
göz yaşını silə bilmirəm.
Ədalət.-2019.- 6 iyul.-S.15.