“Mədəniyyət və kreativ sənaye”
adlı seminar keçirilib
İyulun
1-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzində
regionun gənc mədəniyyət işçilərinin
iştirakı ilə “Mədəniyyət və kreativ sənaye”
adlı seminar keçirilib. Seminarı Mədəniyyət
Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzi Xaçmaz Regional Mədəniyyət
idarəsi ilə birgə təşkil edib.
Mərkəzdən
AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi mədəniyyət
sahəsində çalışan əməkdaşlar
arasında kreativ yanaşma və fərqli düşüncə
tərzinin formalaşmasıdır. Mədəniyyət sahəsi
müsbət alqoritmli inkişafın göstəricisi
olmalıdır.
Tədbiri
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi
Nazim Ağayev açaraq, iştirakçıları
salamlayıb və “Gənc mədəniyyət işçilərinin
koordinasiya kreativ qrupu”nun fəaliyyətindən söz
açıb.
Sonra
Mədəniyyət üzrə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev
çıxış edərək qeyd edib ki, qurumun nəzdində
fəaliyyət göstərən “Gənc mədəniyyət
işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri
arasında keçirilən tədbirlərin prioritet istiqamətlərindən
biri kreativ sənaye vərdişlərinin
formalaşmasıdır.
Seminarda,
həmçinin mərkəzin şöbə müdiri Nurəddin
Babazadə və sektor müdiri Ceyhun Əhmədov “Müasir
dünyada kreativ sənaye amili” mövzusunda
çıxış ediblər.
Çıxışlarda
vurğulanıb ki, müasir dövrdə kreativ və fərqli
yanaşma tərzi tətbiq olunduğu bütün sahələrdə
uğura səbəb olur. Sistemimizdə kreativ və təşəbbüskar
mühitin yaradılmasında gənc mədəniyyət
işçilərinin rasional fəaliyyəti vacib amildir.
Seminarda
mövzu ilə bağlı geniş fikir mübadiləsi
aparılıb və təkliflər təqdim olunub. Tədbir
çərçivəsində kreativ səriştələrin
formalaşdırılması məqsədilə simulyasiya və
rollaşdırılmış oyunlar təşkil olunub.
Ədalət.-2019.- 2 iyul.- S.8.