İstanbulda azərbaycanlı rəssamların
sərgisi maraqla qarşılanıb
İstanbulun
Esentəpə rayonunda yerləşən böyük ticarət
mərkəzində azərbaycanlı rəssam Aynur
Paşayeva və onun 14 yaşlı qızı Məryəm
Paşalının sərgisi açılıb. Fikir və
duyğularını yağlı boya ilə məharətlə
kətan üzərinə köçürən rəssamların
mövzu seçimində məhdudiyyət yoxdur.
“İncə
əllər” adı ilə rəsmsevərlərə təqdim
olunan sərgidə nümayiş olunan əsərlərin bir
hissəsi Azərbaycan-Türkiyə qardaşlıq
mövzusunu əhatə edir. Aynur Paşayeva bildirib ki, 2014-cü ildən İstanbulda
yaşayan ailə Bakıya
qayıdışları ilə bağlı sonuncu
ictimai tədbirlərini təşkil ediblər.
Vətən
və xalq sevgisini, humanizm hisslərini tərənnüm edən
əsərlərin nümayiş olunduğu sərgidə Azərbaycanın
İstanbuldakı Baş Konsulluğunun nümayəndələri,
bu şəhərdə yaşayan və işləyən
soydaşlarımız, o cümlədən azərbaycansevər
istanbullular iştirak ediblər.
Ədalət.- 2019.- 4 iyul.- S.7.