VƏTƏN
Qızılağac
Dövlət Təbiət qoruğunun
dünən 90 yaşı tamam oldu
Gözəllik diyarı, hünər məskəni,
Necə vurulmasın hüsnünə insan?
Təbiət
füsunkar yaradıb səni,
Tarixin
qocadır, özün cavansan.
Durna
üçbucağı süzər göyündə,
Gəzər
qoruğunda vəfalı ceyran;
Dağ
küsər görməsə kəkliyi gündə,
Turac oxumasa darıxar aran.
Bağ,
çəmən bəzəyir geniş sinəni,
Nəhəng
qarağacın, körpə gülün var;
Təbiət füsunkar
yaradıb səni,
Şəlalən,
dənizin, çayın, gölün var.
Coşan
ilhamındır baharda sellər,
Zümzümən
payızın həzin yağışı;
Muğana
quş kimi qonar fəsillər,
Savalan yayda da yaşadır qışı.
Laçında çağlayır iki
cür bulaq,
Biri barmağımı yandırar
mənim,
Biri dodağımı dondurar mənim,
Maralın baxdığı güzgüdür
bulaq.
Yola salacaqsan min qərinəni,
Qəm,
kədər qismətin
olmasın, Vətən!
Təbiət füsunkar
yaradıb səni,
Bircə
çiçəyin də solmasın, Vətən!
Oqtay Rza
Ədalət.- 2019.- 4 iyul.- S.4.