3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adı verilib

 

Bakı şəhərində yerləşən 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilib.

 

Adalet.az-ın məlumatına görə, Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

 

Ədalət.- 2019.- 4 iyul.- S.2.