Əbülfəs Qarayev:
“UNESKO
Dağlıq Qarabağdakı tarixi abidələrlə
bağlı...”
UNESKO Dağlıq
Qarabağdakı tarixi
abidələrlə bağlı
daha ciddi addımların atılmasına
hazır olduğunu bildirib.
Bunu Trend-ə açıqlamasında
Mədəniyyət naziri
Əbülfəs Qarayev
deyib.
Nazir bildirib: "Biz Azərbaycanın
Ermənistan tərəfindən
işğal edilmiş
ərazilərində olan
mədəni irs nümunələri ilə
bağlı məsələni
ciddi şəkildə
UNESKO-nun bütün üzvlərinin
qarşısında qoyuruq,
onları məlumatlandırırıq.
Artıq UNESKO-nun Baş
direktoru Odre Azule Ümumdünya İrs Komitəsinin
43-cü sessiyası çərçivəsində
Bakıda olarkən həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində də
bu məsələ qaldırılıb. UNESKO Dağlıq
Qarabağdakı tarixi
abidələrlə bağlı
daha ciddi addımların atılmasına
hazır olduğunu bildirib və bu iş UNESKO ilə bizim diplomatlar arasında müzakir olunacaq".
Ə.Qarayev əlavə edib
ki, bu, sadə
proses deyil: "Amma əsas odur ki, Azərbaycan
reallığı və
işğal altında
olan torpaqlarımızda
mədəni sərvətlərimizin
vəziyyətinin bizi
narahat etməsi onlara tam aydın oldu. Biz UNESKO-nun fəal
üzvlərindən biri
olduğumuz üçün
təşkilat bu vəziyyətə biganə
yanaşa bilməz.
Ümidvarıq ki, sessiya uğurla başa çatandan sonra növbəti bir neçə ay ərzində
də müzakirələri
davam etdirəcəyik".
Qeyd edək
ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək
səviyyəli rəsmiləri,
ümumilikdə 180-dək ölkədən
2500-dən çox iştirakçı
qatılıb.
Ədalət.- 2019.- 4 iyul.- S.2.