Günümüzün çox vacib sənədi
32 ildir ki,
ölkəmiz,xalqımız öz
torpaqlarının müdafiəsi uğrunda
mübarizə aparır. Uzun illər üzümüzə gülə-gülə,
dostluqdan danışa-danışa, arxada məkrli siyasət yürüdən erməni
millətçiləri, SSRİ – nin
dağılma prosesi başlayanda,
yaranmış tarixi vəziyyətdən növbəti
dəfə istifadə edərək, 1987 – ci
ilin 18 oktyabrında, İrəvanda ekologiya ilə bağlı mitinqdə öz mənfur niyyətlərini səsləndirdilər.
Dağlıq Qarabağ Muxtar
Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi
haqqında çağırışlar etdilər və imza toplamağa başladılar.
Amma bu həmin millətçilərin qısa bir zamanda düşünüb
səsləndirdikləri çağrış deyildi. İllər boyu,
ölkəmizə, xalqımıza qarşı çirkin niyyətlərlə planlar quran düşmən
qüvvələrin həyata keçirməyə
başladıqları,qara niyyətli insanların həyata keçirməyə
başladıqları iyrənc ssenarinin bir başlanğıcı idi.
Heç
təsadüfi deyildi ki,
İrəvanda bu mürtəce
çağırış səsləndiriləndən bir gün sonra,
1987 – ci ilin 19
oktyabrında zəmanəmizin çox güclü siyasətçilərindən biri, öz zəkası ilə
bütün SSRİ – də mütərəqqi
insanlar arasında dərin hörmət
qazanmış, büynəlxalq aləmdə SSRİ – nin ən ağıllı rəhbərlərindən
biri kimi
tanınmış, xalqımızın, bütün
türk, islam
dünyasının fəxr etdiyi bir insan – Heydər
Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini
vəzifəsindən kənarlaşdırıldı. Bununla da Azərbaycanı
sonrakı bəlalardan xilas edə biləcək
qüvvə ortadan
götürüldü.Hadisələrin sonrakı
inkişafı göstərdi ki, bu hadisələr biri-biri
ilə sıx şəkildə bağlı olmuşdur.
Elə həmin ssenariyə uyğun olaraq, bir ay
sonra, 1987 – ci ilin 18 noyabrında Sov.İKP MK-nın baş
katibi Mixail Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri Abel
Aqanbekyan Parisdə "L’Humanite”
qəzetinə müsahibə verərkən, əsaslandırmağa
çalışdı ki, əslində DQMV-nin Ermənistana birləşdirilməsi iqtisadi cəhətdən elə SSRİ – nin də mənafeyi, yerli əhalinin
rifahı baxımından daha sərfəlidir
və bu məsələ üzərində
xüsusi komissiya
işləyir. Bu müsahibədən 12 gün sonra, 1 dekabrda, Dağlıq Qarabağ
ermənilərinin nümayəndələri Sov.
İKP MK-ya, Muxtar
Vilayətin Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı müraciət
təqdim etdilər.Elə bu sadalanları
gözdən keçirdikdə hansı bir
qəddar Proqramın həyata keçirildiyini
başa düşmək çətin deyildir.
Bundan sonara Dağlıq Qarabağda hadisələr günü-gündən daha qorxulu xarakter almağa başladı və Azərbaycan xalqı da öz torpaqlarını qorumaq üçün ayağa qalxdı. Bu yolda ölkəmizin, xalqımızın başına sonsuz müsibətlər gəldi. 1990 – cı ilin qanlı yanvar hadisəsi də elə bu ssenariyə uyğun olaraq həyata keçirildi. O zamandan başlayan, hər kəsə məlum olan bu mübarizə indi də davam edir. Çox təəsüf ki, bu 32 ildə ölkəmiz çox itkilərə məruz qaldı.Torpağımızın 20% - i işğal olundu, minlərlə insanlarımız şəhid oldu.1 milyondan aratıq insanlarımız qaçqın və məcburi köçkün kimi öz yurdlarından, ev-eşiklərindən çıxıb ağır çətinliklərlə üz-üzə qaldılar.Yaxşı ki, 1993-cü ilin iyun ayının 15 – də xalqımızın dahi oğlu Heydər Əliyev, xalqın bir ümid yeri kimi yenidən hakimiyyitə qayıtdı. Onun gərgin əməyi nəticəsində xalqımız daha qorxulu bəlaların qarşısını alaraq öz iqtisadiyyatını, bununla da həm də, müdafiə qüdrətini gücləndirməyə başladı.
Xalqımız böyük ümid bəsləyirdi ki, beynəlxalq təşkilatlar bu məsələdə haqq-ədalət tərəfdarı olacaq, qurulmuş oyunlardan qurtarmaq üçün bizə kömək edəcəkdir. Əvvəlcə, 1993 cü ildə BMT – nin Dağlıq Qarabağ ətrafında gedən dəhşətli hadisələrə münasibətdə qəbul etdiyi 4 ədalətli, mühüm qərar ümidləri xeyli artırdı. Lakin sonralar baş verən hadisələr göstərdi ki, əsas güc mərkəzlərinin apardığı siyasət heç də hər zaman ədaləti dəstəkləmir. Həmin qüvvələr ölkəmizin başına açılan oyunların həllində ədalətli mövqe tutmaq əvəzinə, daima ikili, üçlü siyasət yürütməyə başladılar.Artıq uzun illərdir ki, həmin beynəlxalq təşkilatlar tərəfindən verilən sözlər elə söz olaraq qalmaqdadır.Əksinə, onlardan bir çoxu düşmən tərəfin iqtisadiyyatının möhkəmlənməsinə, sialhlandırılmasına yaxından kömək edir. Belə bir şəraitdə Qarabağ uğrunda ədalətli mübarizədə xalqın elə ən böyük ümidi yenə özünədir. Artıq ölkənin bütün əhalisi, Qarabağ camaatı da yaxşı başa düşür ki, Qarabağ uğrundakı bu savaşda hər bir insanın öhdəsinə konkret işlər düşür.Hər birimiz, öz məşğul olduğumuz sahədə daha fədakarlıqla çalışdıqdabu savaşa yaxından kömək edirik.Torpaqlarımız uğrunda fədakarlıq hər birimizin tarixi borcudur.Yeni nəslin daha keyfiyyətli, daha savadlı, bacarıqlı, geniş dünyagörüşlü, daha vətənpərvəryetişməsi bizim bu haqq işimizdə daha güclü olmağımıza kömək edir.
Əhalinin
bütün təbəqələrinin, xüsusi ilə gənclərimizin
Qarabağ uğrunda mübarizəni daha ciddi, məzmunlu şəkildə
aparması üçün təbii ki, onların bu problem barədə
ətraflı, əhatəli məlumatı olmalıdır.Təəsüf
ki, bu sahədə kifayət qədər məlumat olsa da onlar
parakəndə şəkildə olduğundan öz lazımi
effektini verə bilmir. Bu baxımdan hörmətli akademikimiz,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin bu
yaxınlarda oxuculara təqdim edilən
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi: problemin mənbələri
və nizamlanma perspektivləri” adlı əsərinin
olduqca böyük əhəmiyyəti
vardır. Dərin təhlillər əsasında
yazılmış bu əsər Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı çox qiymətli bir məlumat mənbəyi olmaqla
yanaşı, həm düşmənin özünə layiqli bir cavabdır, həm
də beynəlxalq güc mərkəzlərini
məsuliyyətə çağıran tarixi
bir sənəddir. Bu əsərdə
problemin mənbələri çox aydın, inandırıcı şəkildə
göstərilmiş və münaqişənin nizamlanma prespektivləri barədə konkret, konstruktiv mülahizələr
yürüdülmüşdür.
Belə
möhtəşəm bir əsərin Ramiz müəllim tərəfindən
yazılması olduqca əhəmiyyətlidir.
Onu
hansısa bir poltoloq, tədqiqatçı yox, olduqca
mühüm mövqe sahibi olan bir təcrübəli insan
yazmışdır. Əvvala, bu əsər Dağlıq Qarabağ
ətrafında gedən proseslərin daima
mərkəzində olan, məsələni
dərindən bilən, bu sahədəki bir sıra proseslərin birbaşa
iştirakçısı olan görkəmli,
müdrik bir alim tərəfindən
yazılmışdır. Digər tərəfdən də həmin
alim ölkənin ali
rəhbərliyində təmsil olunan ən
mötəbər siyasətçilərdən biridir. Ona görə də
kitab olduqca xüsusi bir əhəmiyyət
daşıyır.
Kitab
bu cümlələrlə başlayır: "Bu il mayın
12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində atəşkəs haqqında
saziş əldə edilməsinin 25 illiyi tamam oldu.
Azərbaycan
o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən
bunu əsas götürürdü ki, cəbhə xəttində
hərbi əməliyyatların dayandırılması
danışıqlar prosesinin daha da fəallaşdırılması
üçün əlverişli şərait yaradacaq və
yaxın gələcəkdə münaqişənin siyasi
yolla həllinə nail olmağa kömək edəcək.
Lakin
Ermənistanın hakim dairələrinin cəmiyyətin
radikal-millətçi təbəqələri və diaspor tərəfindən
dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəl
oldu”. Elə tək bu
təqdimatdan görünür ki, erməni tərəfinin məkrlə
başladığı bu
qarşıdurmanın ortadan
götürülməsi üçün
Azərbaycan tərəfi humanizm, qonşuluq prinsiplərini əsas tutaraq, əlindən gələni etməyə
çalışsa da "bütün
bu illər ərzində regionda sülhə və təhlükəsizliyə
ciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu
gün də Cənubi Qafqaz
ölkələrinin tamdəyərli əməkdaşlığına
maneə yaradır”.
Əsər
öz obyektivliyi, cəsarəti, əhatəliliyi, hadisələrə
ədalətli qiymət verməsi ilə diqqəti cəlb
edir.Şübhəsiz ki, bu bütün tarix boyu ciddi bir tarixi
mənbə kimi öz müəllifinə ciddi nüfuz
qazandıracaqdır.
Cənubi
Qafqazın tarixi barədə məlumatı olan hər kəs
bilir ki, XVIII əsrin əvvəllərindən başlayaraq,
Rusiyanın bu əraziyə hərbi müdaxiləsindən
sonra, burada tarixi proseslər yeni bir xarakter aldı."Bu
regiondakı üç iri imperiya – Osmanlı İmperiyası,
İran və çar Rusiyası arasında amansız
mübarizə arenasına çevrilib. Rusiya tərəfindən Cənubi
Qafqazın işğal edilməsi prosesi I Pyotrun Xəzər
yürüşündən başlandı və Xəzəryanı
sahillərin Rusiyaya birləşdirilməsi
ilə (1722-1723) başa çatdı. Lakin Nadir şah
hakimiyyətə gələndən sonra Rusiya bu əraziləri tərk
etməyə məcbur oldu. Yalnız 1747-ci ildə Nadir
şahın ölümündən sonra Rusiya I Pyotrun Cənubi
Qafqazı fəth etmək planına yenidən qayıtdı. Bu halda xüsusi
qeyd etmək lazımdır ki, Cənubi Qafqazda xristian bufer dövlətin
yaradılmasına yönəlmiş köçürmə
siyasəti həmin planın mühüm
elementi idi”. Beləliklə,
Ramiz müəllim, indiyədək əksər
tarixçilərimizdə görmədiyimiz bir
cəsarətlə vətənimizin başına gələn
indiki bəlaların haradan
başlamasını çox aydın
şəkildə izah edir.
I Pyotrun vəfatından sonra
da onun arzularına rəğmən,
"I Pyotrun vəsiyyətləri” adlanan bir sənədi rəhbər
tutaraq II Yekaterina CənubiQafqaz
uğrunda müharibələri davam etdirdi. Nəticədə,
1804-1813 və 1826-1828-ci illərdə aparılan müharibələr
hesabına Rusiya Cənubi Qafqazı tamamilə
işğal etdi.
"1828-ci ildə İran ilə Türkmənçay
müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha
dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan
xanlıqlarının ərazilərinə
köçürülməsinin birinci
dalğasını həyata keçirdi”.
Müəllif bu köçürmə
siyasətinin hansı bir texnologiya,
hiyləgərliklə həyata keçirildiyini
təsvir edir. O bu zaman həm Kameral Təsvirin
statistikasından, həm də Rusiyanın İrandakı səfiri
Aleksandr Qriboyedovun,
tanınmış rus müəllifləri
S. Qlinkanın, N. Şavrovun
yazdıqları mənbələrdən aydın şəkildə
istifadə edir. N. Şavrovdan
gətirilən bu misallar
o dövrdəki
işğalçılıq siyasətinin mənzərəsini
tamamilə əks etdirir: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdən
köçürülənlərdir”. "Ermənilər əsasənYelizavetpolvə
İrəvanquberniyalarınınbərəkətlitorpaqlarındayerləşdirilirdi.Oradaermənilərinsayı
çoxcüziidi.BuermənilərYelizavetpolquberniyasınındağlıqhissəsində
(DağlıqQarabağ) və Göyçə
gölününsahillərində məskunlaşmışdı”.
Müəllif
böyük təəsüflə, ürək
ağrısı ilə qeyd edir ki, "Çar
Rusiyasının ermənipərəst siyasətini davam etdirən
sovet rəhbərliyi də azərbaycanlılara münasibətdə
etnik zəmində ayrı-seçkilik siyasəti
yürüdürdü”. Ramiz müəllim
sovet rəhbərliyinin bu
siyasəti niyə davam etdirdiyinin
də əsas səbəblərini aydın şəkildə ortaya qoyur. Məhz elə bu siyasətin nəticəsində Azərbaycan
Respublikasının Versal sülh
konfransı tərəfindən tanınmış 114 min kvadratkilometrlik ərazisinin
böyük bir hissəsi
Ermənistana verildi. "Zəngəzur,
Göyçə və Azərbaycanın digər əzəli
torpaqları Ermənistanın tərkibinə qatıldı,
Azərbaycanı onun tarixi
Naxçıvan regionu ilə birləşdirən
və həlledici əhəmiyyət kəsb edən geniş ərazilər ondan
qoparıldı və beləliklə, Naxçıvan anklava çevrildi” Azərbaycana
cəmi 86,6 min kvadratkilometr
qaldı. Ermənistanın 9,6 min kvadratkilometlik ərazisi isə 29,7 min kvadratkilometrə çatdı.
Bundan
sonra müxtəlif bəhanələrlə azərbaycanlılar
illər boyu öz doğma ata-baba ocağından
sıxışdırıldı və Azərbaycan SSRİ –
nin ərazisinə köçürülməyə
başlandı. Beləliklə, sovet rejiminin yeritdiyi siyasət hesabına həm Azərbaycanın
torpaqları itirildi, həm də insanlar öz ev-eşiyindən didərgin düşüb
öz yurdundan qovuldu. "İki yüz ilə yaxın bir
müddətdə erməni millətçilərinin
xalqımıza qarşı hərbi, siyasi,
ideoloji və başqa
vasitələrlə yürütdüyü
siyasətin məqsədi azərbaycanlıları öz doğma
torpaqlarından sıxışdırıb
çıxarmaq, fiziki cəhətdən
məhv etməklə yeni ərazilər ələ
keçirmək, mifik "böyük
Ermənistan” dövləti yaratmaq idi”. "Bu prosesin son akkordu
1988-1993-cü illərdə 250 mindən çox
azərbaycanlının Ermənistandan və 700 minə
yaxın azərbaycanlının Dağlıq Qarabağdan
və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu”.
Bütün
əsər boyu bu hadisələrin nə çür baş
verdiyini, beynəlxalq təşkilatların ikili siyasətini,
ermənilərin insanlıq üçün ayıb
sayılan hərəkətlərini, ölkəmizdəki
müxalifət qüvvələrinin, o vaxtkı ölkə rəhbərlərinin
nə qədər naşı, səriştəsiz hərəkət
etdiklərini də obyektiv olaraq izah edir.
Müəllif,
Dağlıq Qarabağ ətrafında baş verən bu hadisələrə
beynəlxalq təşkilatların mövqeyini, münasibətini,
iradəsizliyini, etinasızlığını böyük
ağrı ilə oxucuların diqqətinə
çatdırır. Birləşmiş Millətlər
Təşkilatının(BMT), Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı (ATƏT), başqa beynəlxalq təşkilatlarının
bu sahədəki fəaliyyətinin xarakterini təfərrüatı ilə ortaya qoyur.
Əsərdə
Azərbaycana dəyən maddi və mənəvi ziyanlar ətraflı
olaraq təsvir edilir. "1988-1993-cü illərdə
Qarabağda 900 yaşayış məntəqəsi,
150 min ev, 7 min ictimai bina,
693 məktəb, 855 uşaq
bağçası, 695 tibb müəssisəsi,
927 kitabxana, 44 məbəd, 9 məscid,
473 tarixi abidə, saray
və muzey, 40 min muzey eksponatı, 6 min sənaye
və kənd təsərrüfatı müəssisəsi,
160 körpü və digər infrastruktur obyektləri
dağıdılıb”. Bu münaqişə nəticəsində hərbi əməliyyatlar
dövründə 20 min azərbaycanlı
həlak olub, 50 min nəfər
şikəst olub, 4 minə yaxın azərbaycanlı
itkin düşüb,
2 mindən çox azərbaycanlı ermənilər
tərəfindən əsir və girov götürülüb”.
Bu
tarixi sənəddə 1993-cü ildən bəri ölkəmizin
hansı işlər gördüyü barədə də ətraflı
məlumat verilib. Ulu öndər Heydər
Əliyevin və onun layiqli
davamçısı Prezident İlham Əliyevin prinsipial
mövqeləri barədə konkret məlumatlar
verilib. 1994-cü ilin
dekabrında ATƏT-in Budapeşt sammitində,
1996-cı il Lissabon
sammitidə əldə edilmiş nəticələr
ətraflı təhlil edilmişdir. Madrid prinsipləri barədə geniş məlumat verilmişdir.
Helsinki Yekun Aktının "sərhədlərin
toxunulmazlığı” və "xalqların hüquq
bərabərliyi və öz müqəddəratını
təyin etmək hüququ” prinsipi barədə bu əsərdə
verilən şərh, təhlilin hər kəs tərəfindən
dərindən öyrənilməsinə böyük
ehtiyac var. Çox yaxşı olardı ki,
bu məntiqli təhlilləri həm erməni
tərəf, həm ermənilərin havadarları çox diqqətlə oxusunlar.
O zaman özlərinin nə dərəcədə
haqsız olduqlarını heç olmaza özləri bir daha düşünərlər. Yaxşı olar ki, bu
konkret, arqumentli təhlilləri
həm də elə bizim öz
xalqımızın da nümayəndələri,
xüsusi ilə siyasətlə məşğul
olanlar da diqqətlə
oxusunlar. Bu onlara müxtəlif səviyyələrdə
müzakirələr apardıqları zaman
kömək edər.
Ramiz
müəllim çox konkret olaraq ermənilərin əldə
edilmiş sazişləri, razılıqları necə hiylə,
riyakarlıqla pozduqlarını, bu işdə onlara qahmar
çıxanların fəaliyyəti barədə də ətraflı
məlumat verir. Tam səmimiyyətlə
qeyd etmək istəyirəm ki, indiyədək Dağlıq Qarabağ ətrafındakı hadisələrlə
bağlı belə bir müfəssəl
sənədə rast gəlməmişəm.
Əsərdə
Ermənistanın keçmiş rəhbərləri, L.
Petrosyanın nisbətən realist, R. Koçaryanın S. Sərkisyanın
çox xəbis fəaliyyətləri ilə yanaşı
indiki rəhbəri N. Paşinyanın da pozucu, riyakar fəaliyyəti
dəqiqliklə təhlil edilir. Ermənistanın
Dağlıq Qarabağı və onun ətrafındakı
əraziləri məskunlaşdırmaqla bağlı
atdıqları heç bir
əxlaqa sığmayan fəaliyyətləri, rəhbər
işçilərin həyasız bəyanatları kəskin
tənqid edilir.
Ermənistanın
həyata keçirdiyi bu siyasətin ümumən Cənubi
Qafqazda, Azərbaycanda tərəqqi prosesinə nə dərəcədə
ağır zərbələr vurduğu, xüsusi ilə Ermənistanı
hansı uçruma yuvarladığı, dünyada sülh
prosesinə vurduğu ağır zərbələr barədə
məlumat verilir.
Sonda bir daha qeyd etmək istəyirəm ki, hörmətli akademikimiz və görkəmli, olduqca təcrübəli dövlət xadimimiz olan Ramiz müəllimin bu əsəri tariximizlə bağlı olduqca mühüm, faydalı bir sənəddir. Bu sənəd həm ölkə əhalisinin, həm də beynəlxalq aləmin Dağlıq Qarabağ ətrafında davam etməkdə olan bu faciələrin əsil mahiyyətini daha kompakt şəkildə, daha dəqiqliklə öyrənilməsinə xeyli kömək edəcəkdir.
Habil Qurbanov
AMEA Azad Həmkarlar
İttifaqının sədri,
h.ü.e.d., prof.
Ədalət.- 2019.- 4 iyul.- S.1, 5.