Belarusda yazıçı Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib

 

Adalet.az xəbər verir ki, Belarusun Qrodno vilayətinin Poreçye istirahət mərkəzində Azərbaycan yazıçısı Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib. Belarus Respublikası İnformasiya NazirliyiBelarus Yazıçılar Birliyinin təşkil etdiyi gecədə Kamran Nəzirli böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin məlum sərəncamından, qüdrətli söz ustasının ümumbəşər mədəniyyətinə bəxş etdiyi zəngin mədəni-mənəvi dəyərlərdən, mütəfəkkir şairin dərin poetik fikirlərindən danışmışdır. Gecədə "Nəsimi 650” adlı təqdimat, habelə "Nəsimi” bədii filmindən fraqmentlər nümayiş etdirilmişdir. Rusiya, Ukrayna, Litva, Polşa, Latviya, İsrail, Almaniyas. ölkələrin nümayəndələri, habelə Belarusun bir qrup yazıçı və şairləri qarşısında çıxış edən Azərbaycan yazıçısı həm də Belarus-Azərbaycan ədəbi əlaqələrindən danışmış, rusingilis dilində çıxan yeni kitablarını təqdim etmişdir.

Gecədə Azərbaycan yazıçısının rus dilində çap olunmuş "Êîãäà ÷àéêè âüþò ãíåçäà”, ingilis dilində çap olunmuş "The Happy Birds”, habelə Azərbaycan şairi Sona Vəliyevanın ingilis dilinə tərcümə etdiyi "The Smell Of Snow” adlı kitabları da oxuculara təqdim edilib.

Tədbirdə çıxış edən Belarus Yazıçılar Birliyinin Qrodno vilayəti üzrə sədri tanınmış şair Lyudmila Kebiç, belaruslu yazıçı və şairlərdən Bronislav Yermaşkeviç, Nikolay İvanovski, Lyudmila Şevçenko, Anatoliy Afanasyeviç və Dmitriy Padionçik bildiriblər ki, Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü ərəfəsində belə bir maraqlı ədəbi görüşdən və Azərbaycanlı həmkarları Kamran Nəzirlinin yaradıcılığı və özü ilə yaxından tanış olduqlarından məmnun olduqlarını bildiriblər. Qeyd olunub ki, bu tanışlıq və ədəbi gecə iki xalqın əsl dostluğunun və qardaşlağının nümunəsidir.

Azərbaycan yazıçısı və Belarus yazıçılarının çıxışları alqışlarla qarşılanıb. Sonda Azərbaycan yazıçısı öz kitablarını oxuculara bağışlamışdır.

 

Ədalət.-2019.-9 iyul.-S.8.