Dünya İrs
Siyahısına daxil edilməsi gözlənilən
mədəni irsin siyahısı
açıqlanıb
Ölkəmizdə beynəlxalq miqyasda
tanınmasını gözləyən
hələ çox mədəni irs
obyektləri (Atəşgah,
Naxçıvandakı türbələr,
Xəzər sahilindəki
tarixi istehkamlar və s.) vardır. Azərbaycan dövləti
tərəfindən həyata
keçirilən ardıcıl
iş sayəsində
ölkəmizin mədəni
irs nümunələrinin
UNESCO siyahısında sayı
bundan sonra da artacaqdır.
Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, UNESCO siyahısına
daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq
təsisatlardan, ilk növbədə
Ümumdünya İrsi
Fondundan maliyyə vəsaitlərinin cəlb
edilməsində prioritetliyi
təmin edir.
Qeyd edək ki, iyulun
7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyasında Azərbaycanın
qədim irsi, zəngin mədəniyyəti,
həmçinin beynəlxalq
miqyasda nüfuzu üçün müstəsna
önəm kəsb edən qərar qəbul olunmuş, Şəki şəhərinin
tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya
İrs Siyahısına
salınıb. 2000-ci ildə
Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin,
2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin
UNESCO siyahısına daxil
edilməsindən sonra
bu, Azərbaycanın dünya xəzinəsində
yer alan
üçüncü mədəni
irs məkanıdır.
Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Ümumdünya
İrs Siyahısına
salınması Azərbaycanın
UNESCO-da ardıcıl
fəaliyyətinin, eləcə
də ölkə rəhbərliyinin bu məsələyə xüsusi
diqqətinin nəticəsidir.
Bu uğur Azərbaycanın
illərdən bəri
- həm ölkəmizin
daxilində, həm də onun hüdudlarından
kənarda - dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət
siyasətinin təbii
davamıdır.
Xüsusi məmnunluq doğurur ki, Şəki ilə bağlı tarixi qərar Ümumdünya İrs Komitəsinin ölkəmizdə
keçirilən sessiyasında
qəbul olunmuşdur. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının
Bakıda keçirilməsi
faktının özü
Azərbaycanın dünya
irsi obyektlərinin qorunması məsələsində
xidmətlərinin beynəlxalq
miqyasda etirafı və yüksək qiymətləndirilməsinin sübutudur.
Bu hadisə Azərbaycanın
dünya mədəni-turistik
xəritəsində beynəlxalq
mövqelərini daha da möhkəmləndirir.
Ədalət.- 2019.- 9 iyul.- S.2.