Nazim Muradov: Xudu Məmmədovun
bir bayatısı üzərinə
Dünyadan
umma şәkәr,
Ömrümüzә turp әkәr.
Dәrdimiz yetim qalsa,
Bizdәn sonra kim
çәkәr?!
Dəyərli
dostum, Uşak Universitetinin Təhsil Üzvü Dr. Naib Ələkbərov
dünən rəhmətlik Xudu Məmmədovun bu
dörtlüyünü feysbuk səyfəsində
paylaşmış və hörmətli müəllimimiz
Prof.Dr.Kamil Vəli Nərimanoğlu və məndən həmin
misraları şər etməyimizi istəmişdi.
Türkologiyanın
ağsaqqallarından olan Prof.Dr.Əhməd Bican Ercilasun ilə
birliktə Kamil müəllim haqqında qələmə
aldığımız yazının adı beləydi:
"Söz adamı + Söz alimi = Kamil Vəli Nərimanoğlu”
Əslində Naib dostumuz bu dörtlüyün şərhini
"söz adamı + söz alimi” müəllimimiz –
İstanbul Aydın Universiteti təhsil üzvü Prof.Dr.Kamil
Vəli Nərimanoğlundan istədiyi üçün bizə
söz düşməz. Çünki Kamil müəllim həm
onlarla kitabın, yüzlərlə məqalənin müəllifi,
həm bu sahənin nüfuzlu müəlliflərindən, həm
də Xudu müəllimi şəxsən tanıyan (Xudu
müəllimin şəxsən tanığı və
sevdiyi) bir ziyalıdır.
Biz rəhmətlik
Xudu Məmmədovu həyatda görməsək də, onu
Əbülfəz Elçibəydən, Çingiz Aytmatovdan,
Bəxtiyar Vahabzadədəm, Cevat Heyətdən, Nurəddin
Rzayevdən, Şahmar Ələkbərzadədən və
indi də Kamil müəllimdən dinləyərək sevdik,
sevirik və sevəcəyik.
İllər əvvəl Fəxri Xiyabanda Xudu müəllimin
məzarını da ziyarət etdik. Məkanı cənnət, narahat
ruhu şad olsun!
"Xudu – Sirri Xüda” bənzətməsini kimin etdiyini
unutsam da, Prof.Dr.Xudu Məmmədovun (14.12.1927 - 15.10.1988)
"Naxışların yaddaşı” kitabını
böyük maraqla oxuduğumu yaxşı xatırlayıram.
Hər
sözü hikmət dolu olan Xudu Məmmədov
çalışqan tələbələrə belə
deyibmiş: "Dərslərini pis oxuyan dostlarınıza da
yaxşı bir şeylər öyrədin, çünki sabah
sizi onlar idarə edəcək”.
Pafoslu vətənpərvərlik
mövzulu şeirlər yazan şairlərə və ümumi
olaraq valideynlərə isə belə deyirmiş:
"Uşaqlara vətəni sevmə dərsi verməyin, buna
ehtiyac yoxdur. Siz onlara vətəni
tanıdın, tanıdıqca özləri onsuz da sevəcəklər”.
Onun hər reaksiyası, sözü müdrikcəsinə
idi. "Quzu
böyüyüb qoyun olacaq, burax qoyun olmadan kəssinlər”,
"Heç kim eşitmək istəməyən
adam qədər kar ola bilməz”, "Təbiətin öyrənilməsində
sənət –strategiya, elm isə taktikadır” kimi fikirləri
onun müdrikliyini tərənnüm edirdi.
Xudu müəllim haqqında olan gerçək hekayələrdən
birini nəql etdikdən sonra dörtlüyün şərhinə
keçəcəm.
Xudu Məmmədov
"Professor” adına 1960-cı ildə Azərbaycan
türkcəsində yazdığı kalsium silikatları və
hidrosilikatların kristallokimyası adlı monoqrafiyasına
görə layiq görülmüşdü.
Dünya Kristolloqrafiya elminin ən böyük mütəxəssislərindən
və SSRB-də bu elmin qurucularından olan Professor Xudu Məmmədov
bir gün köhnə xalçanın
naxışlarını incələyərkən
ağlamağa başlayıb. Dostları onun niyə
ağldığını soruşanda səbəbini təxminən
belə izah etmişdi: "Bu xalçanı gözəl,
hündür boylu, mavi gözlü sarışın bir
türk qızı toxuyub. Nişanlı olan bu
qızın nişanlısı müharibədə imiş.
Qız nişanlısına olan sevgisini ilmə-ilmə
bu xalçaya toxuyub. Ona həsrət
qaldığı günləri, həftələri, ayları,
illəri naxışların yaddaşına həkk edib.
Heyif ki, bu gözəl qız arzusuna
çatmayıb, nişanlısı ilə qovuşub evlənə
bilməmişdi, çünki nişanlısı vətəni
düşmənlərdən qoruyarkən şəhid
olmuşdu. Mavi gözlü gözəl
türk qızı isə heç vaxt ailə
qurmamışdı”.
Xudu Məmmədov
xalçalarımızı "Keçmişdən gələcəyə
göndərilən oxunmamış (şifrəsi
açılmamış) məktublar
adlandırırmış...
Kimya professoru Xudu Məmmədovun ədəbiyyat bilgisi də
çox zəngin idi. O Azərbaycan bayatılarının
heyranı imi. Əbülfəz Elçibəy "Dədəm,
gözün aydın!”, Məmməd Araz
"Sən kimə gərəksən, mən kimə gərək?!”
şeirini Xudu müəllimə ithaf edib.Onu şəxsən
tanıyan adamların hamısı onun haqqında
danışanda mütləq DAHİ sözünü istifadə
edirdi.
Xudu Məmmədov şəhid alimimizdir. O, 15 oktyabr 1988-ci ildə,
Bakıda, Üzeyir Hacıbəylinin ev
muzeyində keçirilən və müstəqilliyimizi yenidən
qazandıracaq Azərbaycan Xalq Cəbhəsinin iclasında
ürək tutması keçirərək həyata vida
etmişdi. Məzarı da İkinci Fəxri
Xiyabandadır.
Keçək
dörtlüyü şərh etməyə:
Hər misrası 7 hecadan ibarət bu şeir bayatı
formasında yazılıb. Professor Mir Cəlal bayatıya
"idrakın qıvılcımı” deyirdi. Çoxumuz dillər
əzbəri olan bu bayatının Xudu Məmmədova aid
olduğunu bilmirik:
Bu qala –
bizim qala
Qaldıqca bizim qala.
Qurmadım
özüm qalam,
Qurdum ki
izim qala…
Xudu müəllimin Naib bəy tərəfindən
göndərilən dörtlüyü isə hər şeydən
əvvəl həyatın acı həqiqətləriylə
dolu didaktik bir bayatıdır. Bəxtiyar Vahabzadə
"Dünyanın”, "Dərdimiz” şeirlərini və
bir neçə digər şeirlərini bu bayatıdan təsirlənərək
yazıb.
Naib
dostumuzun göndərdiyi bayatını səthi olaraq belə
şərh etdik:
Dünyadan
umma şәkәr,
Ömrümüzә turp әkәr.
Dәrdimiz yetim qalsa,
Bizdәn sonra kim
çәkәr?!
1.
Dünyadan umma şәkәr:
"Dünyadan şəkər ummaq”, her şeyden əvvəl
"layiq olmadan mükafat gözləmək” kimi də ifadə
edə biləcəyimiz bir əxlaq problemidir.
Çünki sadəcə mükafatlandırılmaq,
xoşbəxt olmaq üçün dünyaya gəldiyini
düşünənlər əslində əxlaqsız
adamlardır.
Ətrafımız bu cür əxlaqsızlarla
doludur. Xüsusilə kapitalizmin vəhşicə
yaşandığı müsəlman ölkələrdə
- həmçinin bizim ölkəmizdə - haram buyrulmasına
rəğmən dəhşətli dərəcədə
israf mövcud olmaqdadır. Bəzi ölkələrdə
ölkənin sərvətinin 90 faizi 5 faizlik "xoşbəxt
azlıqlar” arasında cəmlənməktədir. Dünyadakı sosial fəlakətlərin də səbəbi
bu alnı tərləmədən sərvətinə sərvət
qatan bu əxlaqsızların, haramzadələrin
doymamasıdır.
Xudu Məmmədov
mədəni şəkildə deyir ki "Ey insanoğlu –
dünyadan bir gözləntin olmasın. Əgər layiq deyilsənsə,
dünyaya yük olaraq yaşayırsansa, gözləntin
heç olmasın! Gözləntin varsa, əxlaqın
yoxdur!”…
2.
Ömrümüzә turp әkәr:
"Sənin
şəkər gözlədiyin dünya sadəcə sənin
ömrünə deyil, nəfsinə məğlub olub
"layiq olmadan mükafatlandırılmaq” gözləntinə
görə hamımızın ömrünə "turp əkər”,
hamımızı pərişan eylər. Burdakı
"əkər” felinin geniş zamanda istifadə olunması
"həmişə belə olub və belə də qalacaq” mənasına
gəlir. Xudu müəllim bir nəfərin
səhvinin tək o adama yox, hamıya zərər verdiyini demək
istəyir. Heç kim qonşusunun
evində yanğın olmasını istəməz,
çünki yanğın onun da evinə sıçraya bilər.
3. Dәrdimiz yetim qalsa.
"Dərdin yetim qalması” ifadəsi dərdə bir
övlad sevgisiylə yanaşmaq cəhdidir. Dərd
ilahidir, müqəddəsdir, insanı insanlaşdıran, aliləşdirən,
kamilləşdirən enerji mənbəyidir. Ədəbiyyatımzda dərdin böyük
şairləri olub. "Bu fəryadım
Haqdan gəldi, Dərdim var fəryad edərəm” deyən
Yunus Əmrə, "Fələklər yandı ahımdan,
Muradın şəmi yanmazmı?” deyən Füzuli buna
misaldır.
Belə yanaşma əxlaqlı vətənsevərlərin,
yurdsevərlərin edə biləcəyi bir işdir.
4. Bizdәn sonra kim
çәkәr?!
Xudu Məmmədovun
əməl dostu, dəfn mərasimində
hönkür-hönkür ağlayan Bəxtiyar Vahabzadənin
"Mən dərddən qaçanda dərd yalnız
qalır, Bu da mənim üçün təzə dərd
olur” misraları "Bizdən sonra kim
çəkər?!”in bir başqa
versiyasıdır.
İçində ritorik sual olan bu misra digər misralarla
möhkəm əlaqədədir. Ümumiyyətlə
bu bayatıdakı misraların arasındakı bu sağlam məntiqli
əlaqə insanı heyrətləndirəcək qədər
güclüdür. Zaman və məkana baxmadan öz
hökmünü qoruyan bu mesajların daha yaxşı
başa düşülməsi üçün belə bir
rekonstruksiya edə bilərik:
"Ey insanoğlu! Dünyadan gözləntin olmasın.
Əgər gözləntin olarsa, pərişan
olarsan. Pərişan olsan, ölərsən.
Ölsən, dərdin yetim qalar. Dərdin
yetim qalsa, onu kim böyüdər?!”
Ramiz
Rövşənin "Dünya qəfil işıqlansa”
şeiri də eyni məntiqlə bitməkdədir:
Bu
dünyada bəs kim qalar,
Kim böyüdər uşaqları?!
Nə
yaxşı ki bu dünyamız
Yavaş-yavaş işıqlanır.
Təfəkkür dünyamızı
aydınladan, yüzlərlə şeirə, hekayəyə,
povestə, romana ilham mənbəyi olan Xudu Məmmədovun zəkası
dünən və bugün olduğu kimi sabah da yolumuza
işıq tutacaq!
Nazim
Muradov: Xudu Məmmədovun bir bayatısı üzərinə
5900
| 2019-07-11 09:56 Şriftin
ölçüsü: A+ Böyütmək A+
Balacalaşdır
Dünyadan
umma şәkәr,
Ömrümüzә
turp әkәr.
Dәrdimiz
yetim qalsa,
Bizdәn
sonra kim çәkәr?!
Dəyərli
dostum, Uşak Universitetinin Təhsil Üzvü Dr. Naib Ələkbərov
dünən rəhmətlik Xudu Məmmədovun bu
dörtlüyünü feysbuk səyfəsində
paylaşmış və hörmətli müəllimimiz
Prof.Dr.Kamil Vəli Nərimanoğlu və məndən həmin
misraları şər etməyimizi istəmişdi.
Türkologiyanın
ağsaqqallarından olan Prof.Dr.Əhməd Bican Ercilasun ilə
birliktə Kamil müəllim haqqında qələmə
aldığımız yazının adı beləydi:
"Söz adamı + Söz alimi = Kamil Vəli Nərimanoğlu”
Əslində
Naib dostumuz bu dörtlüyün şərhini "söz
adamı + söz alimi” müəllimimiz – İstanbul Aydın
Universiteti təhsil üzvü Prof.Dr.Kamil Vəli Nərimanoğlundan
istədiyi üçün bizə söz düşməz.
Çünki Kamil müəllim həm onlarla kitabın,
yüzlərlə məqalənin müəllifi, həm bu sahənin
nüfuzlu müəlliflərindən, həm də Xudu müəllimi
şəxsən tanıyan (Xudu müəllimin şəxsən
tanığı və sevdiyi) bir ziyalıdır.
Biz rəhmətlik
Xudu Məmmədovu həyatda görməsək də, onu
Əbülfəz Elçibəydən, Çingiz Aytmatovdan,
Bəxtiyar Vahabzadədəm, Cevat Heyətdən, Nurəddin
Rzayevdən, Şahmar Ələkbərzadədən və
indi də Kamil müəllimdən dinləyərək sevdik,
sevirik və sevəcəyik.
İllər
əvvəl Fəxri Xiyabanda Xudu müəllimin məzarını
da ziyarət etdik. Məkanı cənnət, narahat ruhu şad
olsun!
"Xudu
– Sirri Xüda” bənzətməsini kimin etdiyini unutsam da,
Prof.Dr.Xudu Məmmədovun (14.12.1927 - 15.10.1988)
"Naxışların yaddaşı” kitabını
böyük maraqla oxuduğumu yaxşı xatırlayıram.
Hər
sözü hikmət dolu olan Xudu Məmmədov
çalışqan tələbələrə belə deyibmiş:
"Dərslərini pis oxuyan dostlarınıza da yaxşı
bir şeylər öyrədin, çünki sabah sizi onlar idarə
edəcək”.
Pafoslu
vətənpərvərlik mövzulu şeirlər yazan
şairlərə və ümumi olaraq valideynlərə isə
belə deyirmiş: "Uşaqlara vətəni sevmə dərsi
verməyin, buna ehtiyac yoxdur. Siz onlara vətəni
tanıdın, tanıdıqca özləri onsuz da sevəcəklər”.
Onun
hər reaksiyası, sözü müdrikcəsinə idi.
"Quzu böyüyüb qoyun olacaq, burax qoyun olmadan kəssinlər”,
"Heç kim eşitmək istəməyən adam qədər
kar ola bilməz”, "Təbiətin öyrənilməsində
sənət –strategiya, elm isə taktikadır” kimi fikirləri
onun müdrikliyini tərənnüm edirdi.
Xudu
müəllim haqqında olan gerçək hekayələrdən
birini nəql etdikdən sonra dörtlüyün şərhinə
keçəcəm.
Xudu
Məmmədov "Professor” adına 1960-cı ildə Azərbaycan
türkcəsində yazdığı kalsium silikatları və
hidrosilikatların kristallokimyası adlı monoqrafiyasına
görə layiq görülmüşdü.
Dünya
Kristolloqrafiya elminin ən böyük mütəxəssislərindən
və SSRB-də bu elmin qurucularından olan Professor Xudu Məmmədov
bir gün köhnə xalçanın
naxışlarını incələyərkən
ağlamağa başlayıb. Dostları onun niyə
ağldığını soruşanda səbəbini təxminən
belə izah etmişdi: "Bu xalçanı gözəl,
hündür boylu, mavi gözlü sarışın bir
türk qızı toxuyub. Nişanlı olan bu qızın
nişanlısı müharibədə imiş. Qız
nişanlısına olan sevgisini ilmə-ilmə bu xalçaya
toxuyub. Ona həsrət qaldığı günləri, həftələri,
ayları, illəri naxışların yaddaşına həkk
edib. Heyif ki, bu gözəl qız arzusuna çatmayıb,
nişanlısı ilə qovuşub evlənə bilməmişdi,
çünki nişanlısı vətəni düşmənlərdən
qoruyarkən şəhid olmuşdu. Mavi gözlü gözəl
türk qızı isə heç vaxt ailə
qurmamışdı”.
Xudu
Məmmədov xalçalarımızı
"Keçmişdən gələcəyə göndərilən
oxunmamış (şifrəsi açılmamış) məktublar
adlandırırmış...
Kimya
professoru Xudu Məmmədovun ədəbiyyat bilgisi də
çox zəngin idi. O Azərbaycan bayatılarının
heyranı imi. Əbülfəz Elçibəy "Dədəm,
gözün aydın!”, Məmməd Araz "Sən kimə gərəksən,
mən kimə gərək?!” şeirini Xudu müəllimə
ithaf edib.Onu şəxsən tanıyan adamların
hamısı onun haqqında danışanda mütləq
DAHİ sözünü istifadə edirdi.
Xudu
Məmmədov şəhid alimimizdir. O, 15 oktyabr 1988-ci ildə,
Bakıda, Üzeyir Hacıbəylinin ev muzeyində
keçirilən və müstəqilliyimizi yenidən
qazandıracaq Azərbaycan Xalq Cəbhəsinin iclasında
ürək tutması keçirərək həyata vida
etmişdi. Məzarı da İkinci Fəxri Xiyabandadır.
Keçək
dörtlüyü şərh etməyə:
Hər
misrası 7 hecadan ibarət bu şeir bayatı formasında
yazılıb. Professor Mir Cəlal bayatıya "idrakın
qıvılcımı” deyirdi. Çoxumuz dillər əzbəri
olan bu bayatının Xudu Məmmədova aid olduğunu
bilmirik:
Bu
qala – bizim qala
Qaldıqca
bizim qala.
Qurmadım
özüm qalam,
Qurdum
ki izim qala…
Xudu
müəllimin Naib bəy tərəfindən göndərilən
dörtlüyü isə hər şeydən əvvəl həyatın
acı həqiqətləriylə dolu didaktik bir
bayatıdır. Bəxtiyar Vahabzadə "Dünyanın”,
"Dərdimiz” şeirlərini və bir neçə digər
şeirlərini bu bayatıdan təsirlənərək
yazıb.
Naib
dostumuzun göndərdiyi bayatını səthi olaraq belə
şərh etdik:
Dünyadan
umma şәkәr,
Ömrümüzә
turp әkәr.
Dәrdimiz
yetim qalsa,
Bizdәn
sonra kim çәkәr?!
1.
Dünyadan umma şәkәr:
"Dünyadan
şəkər ummaq”, her şeyden əvvəl "layiq
olmadan mükafat gözləmək” kimi də ifadə edə
biləcəyimiz bir əxlaq problemidir.
Çünki
sadəcə mükafatlandırılmaq, xoşbəxt olmaq
üçün dünyaya gəldiyini düşünənlər
əslində əxlaqsız adamlardır. Ətrafımız
bu cür əxlaqsızlarla doludur. Xüsusilə kapitalizmin vəhşicə
yaşandığı müsəlman ölkələrdə
- həmçinin bizim ölkəmizdə - haram buyrulmasına
rəğmən dəhşətli dərəcədə
israf mövcud olmaqdadır. Bəzi ölkələrdə
ölkənin sərvətinin 90 faizi 5 faizlik "xoşbəxt
azlıqlar” arasında cəmlənməktədir.
Dünyadakı sosial fəlakətlərin də səbəbi
bu alnı tərləmədən sərvətinə sərvət
qatan bu əxlaqsızların, haramzadələrin
doymamasıdır.
Xudu
Məmmədov mədəni şəkildə deyir ki "Ey
insanoğlu – dünyadan bir gözləntin olmasın. Əgər
layiq deyilsənsə, dünyaya yük olaraq
yaşayırsansa, gözləntin heç olmasın! Gözləntin
varsa, əxlaqın yoxdur!”…
2.
Ömrümüzә turp әkәr:
"Sənin
şəkər gözlədiyin dünya sadəcə sənin
ömrünə deyil, nəfsinə məğlub olub
"layiq olmadan mükafatlandırılmaq” gözləntinə
görə hamımızın ömrünə "turp əkər”,
hamımızı pərişan eylər. Burdakı "əkər”
felinin geniş zamanda istifadə olunması "həmişə
belə olub və belə də qalacaq” mənasına gəlir.
Xudu müəllim bir nəfərin səhvinin tək o adama
yox, hamıya zərər verdiyini demək istəyir. Heç
kim qonşusunun evində yanğın olmasını istəməz,
çünki yanğın onun da evinə sıçraya bilər.
3.
Dәrdimiz yetim qalsa.
"Dərdin
yetim qalması” ifadəsi dərdə bir övlad sevgisiylə
yanaşmaq cəhdidir. Dərd ilahidir, müqəddəsdir,
insanı insanlaşdıran, aliləşdirən, kamilləşdirən
enerji mənbəyidir. Ədəbiyyatımzda dərdin
böyük şairləri olub. "Bu fəryadım Haqdan gəldi,
Dərdim var fəryad edərəm” deyən Yunus Əmrə,
"Fələklər yandı ahımdan, Muradın şəmi
yanmazmı?” deyən Füzuli buna misaldır.
Belə
yanaşma əxlaqlı vətənsevərlərin, yurdsevərlərin
edə biləcəyi bir işdir.
4.
Bizdәn sonra kim çәkәr?!
Xudu
Məmmədovun əməl dostu, dəfn mərasimində
hönkür-hönkür ağlayan Bəxtiyar Vahabzadənin
"Mən dərddən qaçanda dərd yalnız
qalır, Bu da mənim üçün təzə dərd
olur” misraları "Bizdən sonra kim çəkər?!”in
bir başqa versiyasıdır.
İçində
ritorik sual olan bu misra digər misralarla möhkəm əlaqədədir.
Ümumiyyətlə bu bayatıdakı misraların
arasındakı bu sağlam məntiqli əlaqə insanı
heyrətləndirəcək qədər güclüdür.
Zaman və məkana baxmadan öz hökmünü qoruyan bu
mesajların daha yaxşı başa düşülməsi
üçün belə bir rekonstruksiya edə bilərik:
"Ey
insanoğlu! Dünyadan gözləntin olmasın. Əgər
gözləntin olarsa, pərişan olarsan. Pərişan olsan,
ölərsən. Ölsən, dərdin yetim qalar. Dərdin
yetim qalsa, onu kim böyüdər?!”
Ramiz
Rövşənin "Dünya qəfil işıqlansa”
şeiri də eyni məntiqlə bitməkdədir:
Bu
dünyada bəs kim qalar,
Kim
böyüdər uşaqları?!
Nə
yaxşı ki bu dünyamız
Yavaş-yavaş
işıqlanır.
Təfəkkür
dünyamızı aydınladan, yüzlərlə şeirə,
hekayəyə, povestə, romana ilham mənbəyi olan Xudu Məmmədovun
zəkası dünən və bugün olduğu kimi sabah da
yolumuza işıq tutacaq!
Ədalət.-2019.-11
iyul.-S.6.