Veterana medallar təqdim olundu
Elə tədbir
və təqdimatlar olur ki, uzun
müddət həm yaddaşımızda qalır,
həm də tez-tez xatırlanır. Bu günlərdə Azərbaycan
Vətən Müharibəsi
İctimai Birliyinin Zəngilan rayon şöbəsinin
təşkil etdiyi yaddaqalan bir təqdimetmə mərasiminin
iştirakçısı oldum
və xoş anlar yaşadım. Yeri gəlmişkən deyim ki, bu ictimai
təşkilatın rəhbərliyi
gənclər arasında
vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi
istiqamətində əməli
işlər aparır.
Bu işlərdən biri
də Qarabağ müharibəsinin od-alovundan
keçmiş iştirakçılara
təşkilatın təsis
etdiyi "Müharibə
veteranı" və
"Milli Ordu-100" medallarının
təqdim olunmasıdır.
Bu günlərdə Azərbaycan
Vətən Müharibəsi
Veteranlar İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri
Azad Musayev və Zakif Abbasov Qarabağ
müharibəsinin veteranı
Vüqar Xankişiyevə
medallar təqdim etdilər. Mərasimdən
əvvəl Azad Musayev
bizimlə söhbətində
dedi ki, getdikcə cəmiyyətimizdə
veteranların hörmət
və nüfuzu artır. Xalqımız torpaq uğrunda
vuruşan bu insanlara hörmətlə
yanaşır. Dövlət tərəfindən də
Qarabağ müharibəsinin
iştirakçılarına daim qayğı göstərilir. Bu ilin aprel ayından
ölkə başçısının
veteranlara 80 manat civarında Prezident təqaüdünün təsis
edilməsi haqqında
imzaladığı sərəncam
dediklərimizə əyani
sübutdur. Azərbaycan
Vətən Müharibəsi
İctimai Birliyinin rəhbərliyi də veteranlara göstərilən
qayğı və diqqəti daha da artırmaq üçün "Müharibə
veteranı" və
"Milli Ordu-100" medalları
təsis edib. Bu medalların müharibə
veteranlarına təqdim
olunması üçün
təşkilatın rayon və
şəhər şöbələri
də səmərəli
işlər görür.
İndiyə qədər yüzlərlə
müharibə veteranına
medallar təqdim olunub. Və bu iş böyük
dinamika ilə davam etdirilir. Bu gün isə
medalları Qarabağ
müharibəsi veteranı
Xankişiyev Vüqar İbrahim oğluna təqdim edəcəyik.
Bu medallar onların
igidliyinə verilən
qiymətdir. Əminlik hissi
ilə deyirəm ki, hünərləri ilə bundan artığına da layiqdirlər.
Qısa tanışlıqdan sonra Azərbaycan Vətən Müharibəsi İctimai
Birliyinin Zəngilan
rayon şöbəsinin sədri
Azad Musayev və şöbənin sədr müavini Zakif Abbasov medalları müharibə veteranı Vüqar Xankişiyevə təqdim etdilər.
Vüqar Xankişiyevlə söhbət
zamanı öyrəndim
ki, o, 1993-cü ildən
2005-ci ilə qədər
Daxili Qoşunların
sıralarında xidmət
edib. Onun döyüş yolu
Füzulidən, Ağdamdan
və başqa bölgələrdən keçib.
O ağır, o çətin
günlərdə Vüqar
bir hərbçi kimi üzərinə düşən döyüş
tapşırıqlarının öhdəsindən bacarıqla
gəlib.
– Zəngilan rayonunun Babaylı kəndində dünyaya göz açmışam, – deyə
müharibə veteranı
Vüqar Xankişiyev bizimlə söhbətə
başladı. – 1993-cü ildən
bəri dədə-baba
yurdumuzun erməni işğalçılarının tapdağı altında qalması müharibə veteranı kimi məni çox narahat edir. Neçə illərdir ki, doğma ocaqlarımızın
həsrətini çəkirik.
Kəndimizə qayıdacağımız günü intizarla gözləyirik. Müharibələr insanlara ağır, sağalmaz yaralar vurur. İnsan üçün ən ağrılı zərbə elə bilirəm ki, doğma yurdundan didərgin düşməsidir.
Bu gün ordumuz
əvvəlki illərdəki
ordu deyil. İndi Silahlı Qüvvələrimiz
çox güclüdür.
İşğal olunmuş torpaqlarımızı
azad etmək qüdrətindədir. Mən
də bir müharibə veteranı kimi torpaqlarımızın
azadlığı uğrunda
döyüşə hər
an hazıram.
Müharibə veteranı Vüqar Xankişiyevin üzündən
sevinc qarışıq
bir qürur yağırdı. İnsan belədir, ona
qayğı və diqqət göstəriləndə,
layiq olduğu qiyməti alanda, yalnız xoş hisslər keçirir.
Vahid MƏHƏRRƏMOV
Ədalət.-2019.-13 iyul.-S.14.