Mübariz Qurbanlı: İslami
dəyərləri təbliğ edərək yeni
nəslə çatdırmaqla bu din adı altında törədilən fəsadların
qarşısını ala bilərik
İslamın əsl mahiyyətini gələcək nəslə
çatdırmaqla bu
din adı altında müsəlman ölkələrində
törədilən fəsadların
qarşısını ala bilərik.
Trend-in məlumatına görə,
bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq
Simpoziumunda deyib.
Komitə
sədrinin sözlərinə
görə, Qafqazda bir sıra münaqişə
ocaqları var və burada kimlərsə din adından
istifadə etməyə
cəhd edir:
"Lakin bu gün baş verən münaqişələrdə
dini səbəb axtarmaq lazım deyil. Münaqişə ocaqlarının arxasında yalnız geosiyasi, iqtisadi maraqları olan qrupların əməlləri
dayanır. Dinin bunlara
hər hansı bir təsiri yoxdur. Nə "Qurani-Kərim", nə
"İncil", nə
də "Tövrat"
insanları savaşa çağırır. Onlar, əksinə
insanları sülh, əmin-amanlığa çağırır.
Ona görə də biz İslam sivilizasiyasının
Qafqazda yeri və rolundan danışdıqda regionda
yaşayan xalqların
tarixini, onların mənsub olduqları dinləri dəqiq bilməliyik. Ümumi
Qafqaz Evi yaratmaqla - bu ideya yeni deyil,
əvvəllər də
mövcud olub - regionda yaşayan xalqlar arasında sülh, əmin-amanlığa
nail ola bilərik.
Bu da bütövlükdə
Qafqazın inkişafına
böyük təkan vermiş olar. Qafqaz Evi tolerant yanaşmada multikultural dəyərləri
qorumağa xidmət edir".
M.Qurbanlı qeyd edib ki,
İslamla bağlı
tədqiqatların aparılması
vacibdir, çünki
bu gün dünyada islamofobiya və İslamdan sui-istifadə, bu din adı altında müxtəlif terror qruplarının
yaradılması halları
özünü göstərir.
Komitə sədri Azərbaycanın
sivilizasiyalararası əlaqələrə
önəm verdiyini də nəzərə çatdırıb.
Ədalət.-2019.-13 iyul.-S.13.