Anası ölməsin polisin

 

Adamın ki,

Bir gecə yuxusu

Kəm olur,

Relsdən çıxıb,

Yoluna qayıda bilməyən

Qatar kimi sərsəm olur.

 

Anası ölməsin polisin! –

Gecəsi yox,

Gündüzü yox...

Üstəlik

Evindən-eşiyindən gendə!

Hələ bir ağız büzürük

Adını eşidəndə!

 

 

 

"Nravitsya

 

Feysbukda yazımı görən-görən,

"Nravitsyaqoyur altına.

Türkün ana dilində

"Bəyənirəm”deməkdi "Nravitsya”.

Dünyada bəyənilməkdən

Könül açan söz tanımıram!

 

Yüz ilin qarısına da

"Bəyənirəm!” desən,

Vallah, qırışığı açılar!

 

 

Yaxşı dəb salıblar indi

Oxuyan da yazının altına

"Nravitsyaqoyur,

Oxumayan da...

Babalı öz boynuna!

 

Hərdən səhifəmdə

Saxta "Nravitsya”da çırtlayır.

O günü yaxın dostum

Şeirimin altında

"Yaxşı hekayədiyazmışdı,

Dalıyca da məlun – "Nravitsya”.

 

Dünyada heç

Əvəzsiz qalmır, cənablar!

Nəyiniz gözümə dəyir,

Vicdanımın bağırtısını

Vecimə almıram!

Əlüstü "Nravitsyaqoyuram altına.

 

İstəyimiz üst-üstə düşməsə ,

Halal xoşunuz olsun, bəy?!

Sizə "Nraitsyalazımdı,

Mənə ağıllı-başlı rəy...

 

 

 

Uşaq yazıçıları...

 

Uşaq yazıçılarının üzü olsa da,

Bəxti qaradıDövlətin yanında.

İlyas Tapdığa

"Xalq şairiadı verdilər,

Fikrət Sadığa.

 

Abır yiyəsiydirəhmətliklər,

Bu adı özlərinə böyük bildilər.

 

umu-küsü elədilər,

dil buladılar ki,

Cənab Prezidentin yadına düşsün

Onların xalq şairi olduqları.

 

Eheyyy, ustadlar,

Xəbəriniz varmı ki,

Adında "Xalqolan sənət

Necə əlçatan olub?!

 

Yuxusunda belə yazıçı ola bilməyənlər,

Artıq növbəyə dayanıb.

Son fərmandan sonra incik düşən

Bir yığın qələmdaşı demirəm hələ!

 

Abır yaxşı şey imiş...

İlyas Tapdıqla Fikrət Sadıq

Bürünüb getdi.

 

Uşaq yazıçılarının üzü olsa da,

Bəxti qaradıDövlətin yanında.

İlyas Tapdığa

"Xalq şairiadı verdilər,

Fikrət Sadığa.

 

Vallah, Zahid Xəlil

Yada düşməyəcək,

Qəşəm İsabəyli !

Dodaq büzməyin!

Peyğəmbər birinci

Öz canına dua eləyib!

 

Rafiq Yusifoğlunu da deyim,

Ələsgər Əlioğlunu niyə deməyim?!

Ələmdar Quluzadəni niyə deməyim?!

Gəncədə Aləmzər Əlizadə var,

Naxçıvanda İbrahim Yusifoğlu!

 

Vallah-billah,

Nəüzzibillah,

Yada düşməyəcəyik!

Kim yada salsın axı bizi?!

Tıxımız-tikanımız yoxdu axı!

 

 

 

Dostluq

 

Feysbukda qız-qadınla

Dost olmağa dəyər.

Təcavüz-filan

Gözləməyə bilərsiniz.

Vay odu

Adlarının altından

Kişi çıxa!

 

Süpürgəçi

 

Səhər 5-dən küçədədi süpürgəçi,

Cavanlıqda paxıllığım tutardı onlara:

Nəyi artıqdı bunların məndən?!

Sübh səhərdən başındadı,

Mən yox?!

 

Tezliklə rejimi dəyişdim,

Vaxtından qabaq gedirdim işə.

Sağmal inək kimiydi qələmim!

Sonra tənbəllik aldı canımı!

 

İndi hərdən sübh-səhər yola çıxanda,

Süpürgəçi gözümə dəyir o anda!

Oğlu da yanında olur.

–Bu, süpürgə deyil, bala,

Atanızdı, ananızdı!

 

Bu olmasaydı,

Köpük qusardınız acından!

İndi yediyimiz nədi, ay ana?!

Allahınıza şükr eləyin,

Zibil qabı eşmirəm hələ!

 

Vətənin rifahı naminə

Ciddi-cəhdlə işləyir süpürgəçi!

Gözünüzə su verin,

Qəşəm İsabəyli

 

Ədalət.-2019.-13 iyul.-S.10.