Beynəlxalq
Multikulturalizm Yay məktəbi başlayacaq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM) iyulun 15-dən “Bakı Mədəniyyətlərarası
Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə
doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi
layihəsinə başlayacaq.
Bu barədə Youthportal.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
İyulun 15-21-də keçirilməsi nəzərdə tutulan növbəti IX Beynəlxalq Multikulturalizm Yay Məktəbini Multikulturalizm Mərkəzi Böyük Britaniyada yerləşən “Gənclər Arasında Ümumi Söz” (A Common Word Among the Youth - ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil edəcək. Sözügedən yay məktəbi çərçivəsində “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” mövzusunda I Beynəlxalq Gənclər Forumunun keçirilməsi planlaşdırılır. Üç gün davam edəcək Forumda “Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” adlı plenar sessiya və “Sülh üçün dialoq”, “Dinlərarası münasibətlərin müxtəlif platformalarda tətbiqi”, “Din və münaqişələrin həlli yolu”, “Multikulturalizm siyasəti və Azərbaycan multikulturalizmi modeli”, “Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası”, “Din, texnologiya və gənclər: Dinlərarası gələcək”, “Qarşılıqlı hörmətə əsaslanan mədəniyyətlərarası əlaqə”, “Gənclərin mədəniyyətlərarası dialoqda rolu” mövzularında bölmə iclaslarının keçirilməsi nəzərdə tutulur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. 2019-ci ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi iyulun15-dən 21-dək Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərəcək.
Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan yay və qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görmələrinə şərait yaratmaqdır.
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İsveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbənin iştirak edəcəyi gözlənilir. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.
Yay məktəbi müddətində
iştirakçıların BBMM-in Himayəçilər
Şurasının sədri, akademik Kamal Abdullayev, Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini
məsələlər şöbəsinin müdiri,
professor Etibar Nəcəfov
və Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri
Tural Gəncəliyev ilə görüşü
planlaşdırılır. Tələbələrin
Şəhidlər xiyabanı və Fəxri xiyabana,
Oğuzda Yuxarı və Aşağı
məhəllə sinaqoqlarına, Xalxal
meşəsinə, Şəkidə Karvansaray,
Xan sarayı kompleksinə, Qəbələdə
udilərin yaşadığı Nic qəsəbəsinə,
Alban-udi xristian kilsəsinə
və “Şahdağ qış-yay turizm kompleksi”nə ziyarəti də nəzərdə
tutulub. Artıq dəyərli
ənənəyə çevrilən Beynəlxalq Multikulturalizm Yay və
Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc
dostlarının və onların yaxın çevrəsinin
timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət
ünsiyyət platforması və güclü
lobbisi formalaşıb. İntensiv
şəkildə davam edən bu proses sübut
edir ki, Prezident İlham Əliyevin
Azərbaycanın dünyada
tanıdılması istiqamətində müəyyənləşdirdiyi
hədəflər uğurla
reallaşmaqdadır.
Ədalət.-2019.-13 iyul.- S.7.