Hər gün Məmməd
Arazla
Onun misraları hər gün
dilimizdədi
Əslində bu yazını böyük şairimizin cismən bizi tərk etdiyi gün üçün yazmışdım. Amma sonra fikrimi dəyişdim. Bunun da səbəbi oldu. Yəni bir xeyli götür-qoy etdim və tam şəkildə anladım ki, 1933-cü ildə doğulub, 2004-cü ilin son payızında dünyasını dəyişən böyük şairimizin əslində həmin ayrılıq gününə deyil, doğum gününə üz tutmalıyıq. Çünki bu cür insanlar, bu cür ruh sahibləri sadəcə doğulurlar, onlar dünyalarını dəyişmirlər.
Kimlərsə bu fikirlərimi harasa yoza bilər. Yozsunlar fərq
etməz. Çünki
Məmməd Araz, eləcə də digər böyük söz ustadlarımız cismən ailələri üçün, doğmaları
üçün yaşayıblar
və onlar üçün də dünyadan köç etmələri bir ailə acısı kimi daha çox
önəm daşıyıb.
Lakin sözə könül verəndən Xətainin qılıncını sıvırıb,
Məmməd Arazın
karandaşına çevirəndən
sonra böyük şair artıq hamının ailə üzvünə, hamının
sirdaşına, doğmasına,
sevimlisinə çevirilmişdi.
O indi təmsil etdiyi İbrahimovlar deyil, bütün Azərbaycanın nur çələngi, söz
sultanı və vətəndaşı idi.
Axı
o, Vətən Daşı
olmuşdu.
Bəli,
artıq 10 ilin tamamına az qalıb və biz 10 ildi ki, arıq
vücudu, böyük
ürəyi olan, əl ağacına söykənib ayaqda duran Məmməd Arazı fiziki cəhətdən qarşılaya
bilmirik. Nə "Azərbaycan" nəşriyyatına gələndə,
nə da hansısa bir məclisdə, tədbirdə
onun qoluna kimsə girmir. O, sözünün əlindən,
qolundan tutub 10 ildi ki, həmin
o tarixə qədər
gəldiyi o yolu davam etdirir. Ona görə də 10 il
Məmməd Arazsız
demək, yazmaq hardasa özünü doğrultmur. Çünki
böyük şair özünün "Vəsiyyəti"
şeirində xatırladıb
ki:
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim
Bəli,
özü-özlüyündə bu misralar hər
şeyi deyir və biz bu ağ yolun
ipini yumaq kimi sarıya-sarıya düşüb onun ardınca gedirik. O bizi özünün böyük dünyasına,
sonsuz üfüqlərə,
böyük və bütöv Azərbaycana,
dilimizə sevgiyə,
qardaşa güvəncə,
Qarabağa aparıb. Özü də ağlamağı, sızlamağı unutdurmaqla.
Çünki Məmməd Araz
şeirində, Məmməd
Araz sözündə
ağlamağa, sızıltıya
yer yoxdur.
Pəncərəmi külək döyüb
ağlasa,
Eyvanıma quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama.
Məncə bu misralar da
Azərbaycanın mayasının
nur olduğunu, yolunun nur olduğunu
birmənalı şəkildə
ifadə edir və bildirir ki, mayası, qayəsi nur olan bir məmləkətin
övladı ağlaya
bilməz. Təbi ki, bu böyük
sevginin işığında:
Bu gecə yuxumda Arapzı gördüm,
Arazı belə tox görməmişdim
heç.
Arazı
bəxtindən çox
razı gördüm,
Üstündən yol atdı:
"Cəsarətlə keç!"
Göründüyü kimi, böyük şairin hər günü, hər gecəsi Təbrizlə, Arazla, bütöv Azərbaycanla
çiyindaş olub, sirdaş olub və bu da
onun ömrünü əbədiləşdirib, onu
ölümsüz edib.
Elə ona görə də mən də bir oxucu
kimi, hər gün misralarımın arasında heyrətdən
donub qaldığım
böyük şairin
yaşadığına, yaşayacağına,
günəşə, yerə,
göyə, özümə
inandığım kimi
inanıram. Və bilirəm
ki, onun hər misrası həm də nəsihətdi, örnəkdi,
məktəbdi. Lap elə bu misralar
kimi.
Şairlər, sözləri qovlamayın,
Gəlin yığışdıraq qafiyələri.
Təzə fikirlərə yaxın
qoymayın,
Üzülmüş, süzülmüş qafiyələri.
2004-cü
ildə, bir son payızda doğmalarına,
oxucularına cismən
"Salamat qalın!"
deyən Məmməd
Araz elə həmin o andaca özünün əbədi
yaşayacağına hər
birimizi inandırdı.
Çünki o, dünyanın heç kimin olmadığını həmin
o andan xeyli öncə söyləmişdi.
Heç
kimin olmayan bu dünyada bir Məmməd Arazın sözü, bir Məmməd Arazın ruhu mütləq hakim oldu.
Təbii
ki, tarixin yaddaşında, yaşayanların
ürəyində. Və biz də
o sevgiylə bir daha anladıq ki, məndən ötüb qardaşıma
dəyən elə mənim özümə dəyir. Bax, məntiqin gücü
bizim birləşməyimizə,
Məmməd Araz işığına cəm
olmağımıza sözün
həqiqi mənasında
çağırış oldu.
Bu gün cismani yoxluğu əbədi ömrünün kölgəsində
qalıbdı. Ona görə ki,
böyük Yaradan bu xalqa onu
bəxş edəndə
hardasa qulağına pıçıldamışdı ki, Vətən sənə oğul deyəcək. Amma o, özünəməxsus
təvazökarlığı ilə bunu tamam
fərqli bir şəkildə ifadə
etdi. Bildirdi ki:
Vətən mənə oğul
desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Ruhu başımızın üstündə,
səsi, sözü yaddaşımızda və
ürəyimizdə olan
böyük şair gəl indi etiraf
edək ki, daha doğrusu, bizim söylədiklərimizi
qəbul et və bil ki,
Azərbaycan sənə
oğul deyir! Sən bu haqqı sözünlə,
qələminlə, şəxsiyyətinlə
və mübariənlə
əldə etmisən.
Allahın və xalqın
sevgisi oxucu məhəbbəti sənin
halal haqqını əbədiləşdiribdi.
Mədətoğlu Əbülfət
Ədalət.-2019.-16 iyul.-S.7.