Əclaf Dantes!

 

Puşkinin ömrünün son iki ilini yaşadığı və öldüyü, uzun illərdir onun ev muzeyi kimi fəaliyyət göstərən mənzilin həyətinə daxil oluram.

 

 

Elə həyətdə Puşkinin heykəli ilə qarşılaşanda yadıma Lermontovun Puşkinə həsr etdiyi "Şairin ölümü" poemasından ilk misra düşür:

 

 

"Şair öldü…"

 

 

Ardını xatırlamağa gərək də duymuram.

 

 

Kassadan bilet alıb elə həyətdə bir siqaret yandırıram. Çox həyəcanlıyam. Bu həyəcanı sizə təsvir etmək istəsəm, onu deyə bilərəm ki, insan adətən sevəndə belə həyəcanlanır. Həyəcanı mədəndə hiss edirsən ayaqlarıma nəzarəti itirdiyini düşünürsən.

 

Siqaretimi çəkdikdən sonra özümü toparlayıb içəri keçirəm. Yaşlı bir qadın məni təbəssümlə qarşılayır. Sonradan özü ilə söhbət edəndə, adının İrina Borisovna olduğunu öyrəndim. İrina Borisovna biletimə baxır hələ vaxtıma 10 dəqiqə qaldığı üçün məni gözləmə otağında əyləşdirir.

 

Gözləmə otağına keçəndə qədər vacib yerdə olduğumu daha da yaxşı anlamağa başlayıram. Bizdə heç diri şairlərin gözləmə otağında adam olmur, amma Puşkinin gözləmə otağı tam doludur, hətta ayaq üstə gözləyənlər var. Puşkin öldükdən sonra belə insanları qəbul edir. Onunla görüşmək istəyənlər gözləməli olurlar, amma gözləyən adamların heç biri narazı deyil, hər birinin simasında məmnunluq hissi var.

 

 

 

Yavaş-yavaş içimdəki həyəcan daha da böyüyür nəfəsimin çatmadığını hiss edirəm. Bu mənzil oksigen ilə yox, poeziya ilə doludur. Otaqda Puşkinin şeirləri bir-biri ilə rəqs edir, quş kimi uçaraq otaqları gəzirlər oksigeni əvəz edən bu şeirlər adamın nəfəsini kəsir.

 

 

Gözlərimi yumub içimdə bir-bir Puşkinin misralarını səsləndirirəm qəfil beynimdə XIX əsr pistoletindən çıxan atəş səsi sədalanır. Əclaf Dantes! Əclaf!

 

 

Növbəm çatır audio-rəhbər ilə otaqlara gəzməyə başlayıram. Bir-bir otaqlara daxil oluram. Ekskursiya zamanı məni addım səslərinin müşayiət etdiyini hiss edirəm. Sanki Puşkinin ruhu da mənim yanımca addımlayır. Onun ayaq səsləri asta-asta arxamca gəlir. Məncə bu addım səslərini muzeyi gəzən hər kəs hiss edir. Puşkinin addımları da sillabo-tonik tonda atılır. Sanki hər addım səsi onun misralarındakı vurğuları təkrarlayır.

 

Birinci mərtəbədə Puşkinin fərqli rəssamlar tərəfindən çəkilmiş portretləri, xanımının bəyaz gecəliyi ayaqqabıları diqqətimi çəkir. İkinci mərtəbədə isə bir zamanlar küçəyə açılan Puşkinin sonuncu dəfə bu evdən çıxdığı qapı ilə üzbəüz dayanıram.

 

 

 

 

 

Qapının əsaləti ilə yanaşı, kədərli olması diqqətimi çəkir. Qapı "Bacarsaydım həmin gün heç açılmazdım" deyirmiş kimi peşman baxışlarla baxır ziyarətçilərə. Bəli, Puşkin ölümünə səbəb olacaq o duelə bu qapıdan çıxaraq yollanmışdı. Əclaf Dantes! Əclaf!

 

İkinci mərtəbədə Puşkinin xanımı Natalya Nikolayevnanın otağında ayaq saxlayıram. Puşkinin dueldə ölümcül yaralanma xəbəri məhz bu otaqda Natalyaya deyilir ölümə hazırlıq da elə bu otaqdan başlayır.

 

 

Tələsirəm! Puşkinin övladlarının otaqları, oyuncaqları, rəsmləri, onun yemək yediyi otaq, qonaq otağıBütün otaqları dəyərli əşyaları sürətlə geridə qoyub görmək üçün səbirsizləndiyim Puşkinin yazı otağına daxil oluram. 4000-dən çox kitab olan şəxsi kitabxana, yazı masası, stulu, əlyazmaları, kreslosu, əsası, qəlyanıDünyanın ən xoşbəxt eyni anda ən kədərli əşyası

 

Həyatında düz 21 dəfə duelə çağırılan Puşkin, 15 dəfə isə özü rəqiblərini duelə dəvət etmişdi ki, bunlardan sadəcə dördü baş tutmuş, digərləri isə tərəflərin barışığı nəticəsində ləğv olunmuşdu. Bu barışıqların əksəriyyəti Puşkinin dostlarının səyi nəticəsində əldə olunmuşdu.

 

 

"Yox, məni bezdirməyib həyat,

 

Mən həyatı sevirəm yaşamaq istəyirəm" - deyən şair həyatı ilə "Rus ruleti" oynayırmış kimi davranırdı. O, yaşamaq istəyirdi, amma şərəfi ilə yaşamaq.

 

 

Puşkinin otağındayam onun bu otaqda var-gəl edib öz şeirlərini ucadan səsləndirməsini təsəvvür edirəm. Onun səsini təsəvvür edə bilirəm. Məncə, hamı onun səsinin necə olduğunu öz içində hiss edə bilir.

 

 

 

 

 

Rusiya poeziyasının digər nəhəng şairlərinin onun haqqında dediyi fikirlər, ona həsr etdikləri şeirlər, poemalar yadıma düşür

 

 

Düşünürəm ki, rus şairlərinin hamısının ən böyük arzusu məqsədi Puşkin olmaq idi. Bəli, istisnasız, hamısının! Puşkindən 100 il əvvəl yaşamış şairlərdən tutmuş, ondan 100 il sonra yaşayan bundan hələ yüz illər sonra da yaşayacaq bütün şairlərin arzusu Puşkin olmaq idi olacaq.

 

Bəlkə vaxtsa rus dilində "puşkin" sözü "şair" sözünə sinonim kimi lüğətlərə əlavə ediləcək. Bəli, lüğətlərə əlavə ediləcək, çünki xalqın dilində bu ad (soyad) artıq uzun zamandır ki, elə "şair" sözünə sinonim kimi istifadə olunur.

 

 

Yəqin şairlərin qəzəblənmədiyi yeganə tənqid elə "Sən Puşkin deyilsən!" cümləsi idi.

 

Yadıma bir əhvalat düşdü

 

Yesenin Balaxanıda qayıq ilə kiçik dəniz səyahətinə çıxır. Səyahət boyu azərbaycanlı qayıqçıya şeirlərini oxuyur şeirləri çox bəyənərək dinləyən qayıqçı sonda sadəcə bir cümlə ilə yekun fikrini bildirir:

 

 

" qədər yaxşı olsa da, yenə Puşkin deyilsən!".

 

 

, əclaf Dantes! Sən isə tarixin yaddaşında sadəcə Puşkinin qatili kimi qalacaqsan! Puşkin şeirsevərlərin sayı artdıqca, sənə nifrət edənlərin sayı da hər dəfə artacaq. Puşkinin gözəl, sehirli şeirləri təkcə sənin üçün lənətə çevriləcək!

 

 

Puşkinin otağındayam… Və… Dünyanın ən xoşbəxt və eyni anda ən kədərli əşyası ilə üzbəüz dayanmışam. Onun həmişə dincəlmək üçün uzandığı və sonda isə öldüyü həmin divanBu divan ona görə xoşbəxtdir ki, Puşkin məhz bu divanda uzanaraq çoxlu şeirlər yazmışdı. Bu divan ona görə kədərlidir ki, Puşkin məhz bu divanda ölümcül vəziyyətdə iki gün yatmış və ölmədən əvvəl kitablarına baxıb "Əlvida, dostlar!" demişdi.

 

 

Əlvida, şair! Bir zamanlar sənin də at çapdığın Qafqaz dağlarının ətəyindən gənc bir şair səni görməyə gəlmişdi.

 

 

Ulucay AKİF

 

Ədalət.-2019.-16 iyul.-S.5.