Ulucay Akifdən uşaqlar
üçün şeir:
Dələ
Bu gördüyün balaca
Şipşirin bir dələdir.
Fındıqları çox sevir,
Quyruğu da şələdir.
Sən hələ bu dələnin
dişlərinə bax görüm.
Dişrəyiylə gördüyü
işlərinə bax görüm!
Onun gözəl dişləri,
ağappaq bir incidir,
Çox
güclüdür, möhkəmdir,
Həmişə birincidir!
Sən də əgər istəsən
dişlərin bəyaz
olsun,
Dişlərini fırçala!
Ay mənim şirin
balam!
Ədalət.- 2019.- 18 iyul.- S.8.