Bakıda ilk dəfə
olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir
Bakıda “Super Sun” yağı və “Azerçay”
markalarının dəstəyi ilə ilk
dəfə olaraq Dünya
İslam Kulinariya Konqresi keçirilir.
Trend-in
məlumatına görə, Azərbaycan Dövlət Turizm
Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli
Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı
ilə təşkil edilmiş beynəlxalq layihədə
Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin
nümayəndələri iştirak edib. Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayan tədbirdə
çıxış edən Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri
Gökhan Tufan İslam ölkələrinin fərqli və çox geniş mətbəxə
malik olduğunu bildirdi və təbliğat işlərində
səylərin artırılmasının zəruri olduğunu qeyd etdi. Daha sonra çxış edən Azərbaycan
Milli Kulinariya
Assosiasiyasıın rəhbəri Tahir
Əmiraslanov Azərbaycanda kulinariyanın keçdiyi
yoldan danışaraq Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan mətbəxinin
dünyada tandılması istiqamətində
verdiyi qərarlar və atdığı
addımlar barədə ətraflı məlumat verib, hazırda da bu istiqamətdə mühüm
işlərin görüldüyünü
söyləyib. O, Prezident cənab İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban
Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan bu sahənin
inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək
təşəkkürünü bildirib.
Tahir
Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə
məlumat verərək təşkil edilmiş konqresin
mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
İlk
dəfə olaraq təşkil edilən Dünya İslam
Kulinariya Konqresində daha sonra millət vəkili Qənirə
Paşayeva çıxış edərək mətbəxin mədəniyyətin
ən vacib sahələrindən biri olduğunu qeyd edib.
Xanım
deputat Dünya İslam Kulinariya Birliyinin bütün
dünyada islam ölkələrinin mətbəxinin təbliğində
mühüm rol oynayacağına inandığını
söyləyərək konqres təşkilatçılarına
uğurlar arzu edib.
Dünya İslam Kulinariya Konqresində atılmış daha bir önəmli addım isə “Hilal Star” mükafatının təsisi və ilk dəfə təqdim edilməsi olub. Bütün dünyada məşhur olan və restoranların yüksək keyfiyyətini bildirən “Mişlen ulduzu”nun İslam analoqu olan bu mükafat ilk dəfə olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən “Turan” restoranına təqdim edilib. 18 iyula qədər davam edəcək tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil ediləcək. Aşpazlar həm fərdi, həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar.
Qeyd
edək ki, “Azerçay” və “Super Sun” markaları daim azərbaycanlı
kulinarlara dəstək verərək onların dünyanın
müxtəlif ölkələrində təşkil edilən
beynəlxalq yarışlarda qələbələr
qazanmasında mühüm rol oynayır. İştirak etdikləri
beynəlxalq yarışlarda “Super Sun” yağından istifadə edən azərbaycanlı
aşpazlar hər zaman
ən yüksək mükafatlarla təltif
edilirlər. Artıq ölkə
hüdudlarını aşaraq
dünyanın bir çox
ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış “Azerçay” markası da
mütəmadi olaraq festivallarda
kulinarlarımızın əsas dəstəkçilərindən
olur üzərində
daşıdığı “Made in Azerbaijan”
yazısını layiqincə daşıyaraq ölkəmizi
yüksək səviyyədə təmsil edir.
Ədalət.-2019.- 18 iyul.- S.7.