Demokrat Cəfərin xoruzu
(Hekayə)
Biz Cənubi Azərbaycandan 1946-cı ilin
qarlı dekabr günü
Arazın bu tayına, vətənimizin
Quzeyinə köçəndən ailəmiz Ağdam
şəhərində Qarabağın gözel
guşəsində məskunlaşmışdı.
Ağdamın məşhur bazarına yaxın küçədə
yəni Xanlar küçəsi ev 34 –də yaşayırdıq. Gözəl
həyətimizi, iki mərtəbəli evimiz var idi.
Dörd tərəfimiz yaxşı qonşularla əhatə olunmuşdu.
Hamısı xeyrə-şərə yarayan
qonşular idilər.
Ağdam
şəhərinin camaatı qaynar bir həyat sürsələr
də, çox adamlar bir-birini yaxndan tanıyırdı. Böyüyə,
kiçiyə çox hörmət qotyurdular. Ağdamda çoxu ağ
mişardaşlarından evlərini erməni ustaya
tikdirirdilər. Bizim də iki
mərtəbəli evimizi atamın "dost” saydığı erməni Suren tikmişdi. Bir ətək pul
almışdı. Doyunca evimizdə yeyib içmişdi.
Yaxşı yadımdadı elə daşı-daş duyduqca zarafata sahıb deyirdi:- "Ara Cafar narahat olma,
ara bu evi
özüm üçün
tikirəm”. Çox sonralar
anladım ki, bu Suren niyə belə deyirmiş?
Əfsuslar olsun. Nə isə... Ağdamda çox
adamı ləqəbi ilə tanıyırdılar. Məsələn:
"Yumurta Bəhrəm”, "Qəssab Rəşid”,
"Patifon Vəli”, "Zərgər Bahadur”, "Komunist İsa”, "Alverçi Soltan”, "Kömür satan Diləzbər”.
Mənim
atam Cəfəri isə "Demokrat Cəfər” kimi
tanıyırdılar. Məndən uşaq
vaxtı soruşanda ki,
kimin oğlusan?
Özümdən asılı olmayaraq cavab verirdim ki, "Demokrat Cəfər”-in.
Atam çox təşkilatçı
kişi idi. Ali təhsili yox idi. Amma elə yazıb, pozurdu elə bil iki universitet qurtarıb.
Gözəl tar çalırdı. Pəsdən
Teymur Mustafayev
sayağı oxuyurdu. Şeirler
yazırdı. Cənubi Azərbaycanda Milli
Azadlıq Hərəkatında fəaliyyətinə görə
fərdi təqaüd alırdı. Deyəsən çox kənara çıxdım... Bizim həyətimizdə toyuq
–cücə çox olurdu.
Amma bir gözəl xoruzumuz var idi.
Boyu hündür,
qanadları, quyruğu zümrüd
rəngində çalırdı. İri
ayaqları var idi
Gözöləri qartal gözlərinə
oxşayırdı. Dimdiyi də dimdiyi kimi. Adamın
üstünə yüyürəndə adam
xoruzdan qorxurdu. Atam hər gün
qamış zənbillə bazara gedər,
bazarlıq eləyərdi. Dəmir darvazadan
ayağını içəri qoyan kimi xoruz harada
olsa onu görər, qanad açıb onun
qabağına yüyürərdi, özünü
aşağı əyib qanadını atam
gətirən zənbilin altına verərdi. Darvaza
ilə evimizin arası 20-30 metr olardı. Atam znbilli anama verənə kimi xoruz atama
kömək eləyərdi. Kişi ilə
insan kimi
danışırdı. Hamımız bu xoruza məəttəl qalmışdıq. Hərdən
uşaqlara da cumurdu. Amma kəsməyə
əlimiz gəlmirdi.
Qarabağın acılı günləri
başladı. Nankor ermənilər,
ağdamlıları pərən-pərən elədilər. Evimizi qoyub
çıxmalı olduq. Dəmir darvaza da elə
açıq qaldı.
Bir gün xoruz yuxuma girdi.
Yuxuda gördüm,
erməni Suren belində torba, əlində kalaşnikov avtomatı darvazamıza yaxınlaşır. Darvazanı açıq görüb
ürəklə içəri
girdi.
- Haa! Bu evi mən elə özüm üçün
tikmişdim. İndi
qapı-pəncərələri, ağ list dəmirləri
söküb aparacam.
- Ay Cafar! Elə bu evi mənim
üçün qoyub
getmisən!.. birdən alnının
ortasından iki qoşa təpik dəydi. Suren yerə sərildi.
Özünü itirdi. Məgər
burda adam var?... Birdən xoruzu
gördü. Xoruz qartal
kimi onun üstünə şığıdı.
Qoşa təpiklə onu yerə sərdi. Suren ayağa qalxıb xoruza diqqətlə baxdı. Xoruz adam kimi
danışırdı.
- Quq-quq, quq-quq... Xoruz deyirdi. Bu evdə
yediyim çörək
sənə haram olsun. Burnunun deşiyindən gəlsin.
Quq-quq, xeyrini görməyəsən.
Sənin
həyət-bacan da belə yiyəsiz qalsın. Xoruz iki qanadı ilə Sureni
altına basmışdı.
-
Gözəl nə gözəl, belə xoruzu vurmazlar. Bunu diri tutub aparacam. Bu qartaldı
ki,...
- İstədi xoruzu
diri tutsun. Xoruz bir
neçə dəfə
ona hücum elədi. Üst-başını ayaq caynaqları
ilə cırıq-cırıq
elədi. suren hirsləndi. Avtomatı yerə qoyub, xəncərə bənzər
bıçağını çıxartdı. Xoruz ondan
əl çəkmirdi.
Şığıyırdı üstünə. Əl atıb xoruzun boğazından yapışdı.
Xəncəri xoruzun boğazına
çəkdi və tələsik torbasına basdı. Pəncərələri,
qapıları ağ dəmirləri
sökməyi sonrakı
günə saxladı.
Küçəyə çıxdı. Xanlar küçəsi ilə üzü Sarı təpəyə tərəf
getmək istəmədi.
Qəfildən xoruz torbadan
qanı axan boğazını çıxartdı.
İki dəfə qanadlarını
çırpdı. Qanlı boğazını
Surenin üz-gözünə
şappıldatdı. Surenin üz-gözü qana bulaşdı. Bir erməni
harsını (arvadı)
evləri gəzə-gəzə
qənimət toplayırdı.
Sureni bu halda görüb;
- Axber (qardaş) məgər burda ağdamlı qalıb?... Səni bu
kökə kim salıb?.. Suren torbadakı
boğazından qan axan gözəl xoruzu göstərdi.
Haxçınin (arvadın) matı-mutu
qurudu.
- Səni bu günə
başı kəsik xoruz qoyub? Ağdamlı qalmış olsaydı səni sağ buraxmazdı. Suren başını kəsdiyi
xoruzu fəxrlə yuxarı qaldırıb arvada dedi:-Axçı bilirsən bu kimin idi?
Bu xoruz "Demokrat
Cəfərin xoruzudu”.
- Mən belə bir yuxu görmüşdüm. Amma mənə elə gəlir ki, bizim xoruzumuz elə belədə eləyib. Axı o Demokrat Cəfərin xoruzu idi.
Tariyel Ümid.
Ədalət.- 2019.- 19-20 iyul.- S. 14.