Başımı itirmişəm...
Maşallah, oğul nəvəm
13 yaşına da girdi!
Səhərdən fikir məni götürüb,
Fikir... fikir... fikirləşirəm,
Bir yerə
çıxara bilmirəm ki,
Bilmirəm...
–
Başımı
itirmişəm!
Bunun
geyimi-kecimi var,
Yeməyi-içməyi
var,
Özü
deyənlə desəm –
Sinemaya
getməyi var...
Bilmədiyim
ingiliscə
Onu bilirəm
ki... –
No problem!
Bunun
vaxtlı-vaxtında
Yatıb-durmağı...
Oyunu, gəzintisi...
Dərsi,
oxumağı... –
No problem!
Bunun seksi
də var axı!
Bu elə
dolaşıq düyündü,
Nə məktəb
aça bilir,
Nə
psixoloq,
Nə cəmiyyət,
Nə də
biz – valideynlər! –
Başımı
itirmişəm!
Bayaqdan
qızları düşmən bilərdi,
Gözünü
yumardı gözəl görəndə:
–Nifrət
edirəm onlara!
İndi –
suyuşirin birini görsə,
Qaşları
çatılır, xəyala dalır,
Birdən
işıq düşür sifətinə.
Köpəyoğlu
salıb məni çətinə... –
Başımı
itirmişəm!
Qoca
Güzgüyə
baxmağı
Tərgitmişəm
demək olar ki.
İşdi-şayəd
Şeytanın
qıçını sındırsam,
Görürəm,
bir qoca zilləyib
Gözlərini
gözümə.
Bığları
– barı dərilmiş
Böyürtkən
kolu kimi,
Saçları
– otu çalınmış
Şoran
yer kimi,
Gözləri
– sərçə gözü...
Burnu da,
Şair
Şükuhi demişkən –
"...öpüşür
əngi ilə”!
Gülümsəmək
istəyir
Üzümə
qırışmal –
Zəhər
tökülür sifətindən!
Rədd
ol!
Telefon kitabçam
Adı
kişi olan Allah bəndəsinin
Biri də
düşə bilməz
Telefon
kitabçama!
Açın
qulağınızı, eşidin,
Ərimdən
başqa bir erkəyin
Haqqı
yoxdu buna!
Sözümüz
çəp gəlmişdi o günü,
Demə,
qısqanırmış məni!
Atdım
üstünə telefonumu:
–Ala...
bax...
Aldı –
baxdı... baxdı... baxdı...
Sifəti
işıqlandı birdən:
–Qəribədi,
Burda
qadından başqa
Cins yoxdu
ki!
–Nə
bilmişdin?!
–Bağışla
məni! – Qalxıb,
Əlləriylə
başımı tutub,
Alnımdan
öpdü.
–Alnımdan
niyə?!
–Təkcə
qadınım deyilsənmiş,
Anamsanmış
həm də!
Haqqı
nədi bir kişinin adı düşsün
Telefon
kitabçama!
Nömrələmişəm
onları!
Cənab...
Üstündə
"Dövlət...” yazılmış
Xəstəxanaya
getmişdim,
Nəvəm
Şəm-Şəm də yanımdaydı –
Xalam
qızı İradəyə dəyməyə,
Tərs
kimi nahara düşmüşdük.
Üç
nəfər idi palatada –
Biri
başını bürüyüb,
İki
qatlanıb, sağ çiyni üstə,
Üzü
divara yatırdı.
Pambıq
çöpü kimi arıq
Bir gəlin
də
Arxasını
yerə verib,
Quzu kimi
Gəlib-gedənə
baxırdı.
Xörəkpaylayan
Tələm-tələsik
girdi içəri:
–Yeməyə
makaron var... –
Bir az
dayandı, –
Yemək
istəyən necə?!
Qaşları
çatıldı gəlinin:
–Niyə
də olmasın?!
Üzü
divara yatan qadın
Acı-acı
soruşdu:
–Nə?!
–Makaron...
–Nəəə?
–Eşitmədin,
"makaron” dedim?!
–Gənə
də?!
–Dədəmin
malı deyil ki, –
Xörəkpaylayan
mızıldadı, –
Nə
verirlər, onu da verirəm!
–Niyə
demirsiniz,
Hər
gün makaron olar?!
–Nə
bilirsən demirik?!
"Dövlət
nə verir,
Onu da
verirəm!” deyirlər.
Bir azdan
balaca bir boşqab gətirib
Qoydu gəlinin
sol tərəfinə.
Gözucu
baxdım – solğun, rəngsiz,
Yerli
istehsaldan 15-20 makaron idi,
Hər
biri iki barmaq boyda,
Yarım
çörək də yanında.
Gəlin
idmançı cəldliyilə qalxıb,
Qaşığı
əlinə alanda,
Utandım...
Tez
üzümü çevirdim xalam qızına:
–Yorğanın
yüngül olsun, İradə!
–Çox
sağ ol, xala oğlu,
Əziyyət
çəkmisən!
Palatadan
çıxa-çıxda
Nəvəm
irəli qaçıb,
Dalın-dalın
Yeriməyə
başladı qabağımda, –
Gözləri
dörd böyümüşdü:
–Xəstəxana
xörəyi
Belə
olur, baba?!
–Necə
"belə”?!
–Tək
çörəəək?!
–Tək
çörək niyə, görmədin,
Makaron da
vardı?!
–Ay baba, sən
yemirsən,
Dadını
da bilmirsən,
Makaron da
xəmirdəndi,
O da
çörəkdi axı!
–Hava
yaxşıdı ey, bu gün, ay Şəm-Şəm,
Günün
şaxı sınsın, dənizə aparacam səni...
"Bala”
Uşaq
vaxtlarında,
Qəbələli
Şaiq qudam kimi
"Bala”
demədim balalarıma.
Böyüsələr
də,
Dilim var gəlmədi.
"Oğlum”,
"qızım” da
Dediyim
yadıma düşmür.
Amma
oğlumun ki, oğlu oldu,
Bir
"Balam” dedim,
Biri də
şıppıldayıb
Düşdü
dilimdən.
Zalım
oğlu,
Heç
üç də deyildi yaşı,
Bir dəfə
ağzımdan vurdu:
–Mən sənin
balan deyiləm!
–Nəsən
bəs?!
–Atamın
balasıyam,
Anamın
balasıyam!
–Bəs mənim?!
–Nəvənəm
sənin!
Oxucu
Gözüm
görmür
Ağacı,
otu, çırpını. –
Fikrim cələyə
düşmüş
Sərçə
ürəyi kimi çırpınır...
Necə
deyərlər,
Bu da sənə
ipucu!
Hünərli
oğulsan,
Dalını
özün yaz,
Oxucu!
Hava zərbələri
Qırğı
kimi
Göyə
millənir SU-larımız,
Çalxalanıb,
dalğalanıb,
Durulur
sularımız.
Viran qoyur
bircə anda –
Göz
işləməz poliqonda
Saxta
düşmən hədəfini.
Pərən-pərən
salır
Məlunların
səfini!
Hələ
də güzgü qarşısında
Qabardırıq
əzələmizi:
–Səni
yerlə bir edərik, düşmən!
"Muskul”umuza
bax,
Tanı
bizi!
Başıma
dünya dar olur –
Əkərə
yerlərimiz
Mərmilərdən
cadar-cadar olur...
Bu yandan
da
Od tutub
ürəyimiz yanır.
Biz cəhənnəm,
Düşmən
tapdağı altdakı
Torpaqlarımız
utanır...
Qaragözlük
Polis onunla
öcəşən vətəndaşlara
Qaragözlük
gəlmək istəyib.
İstəyib
ki, hər şey sülhlə
Qurtarsın!
Çəkib
silahı,
Atəş
açıb havaya.
Demə,
biçarənin
Hava
bildiyi
Yanındakı
vətəndaşmış...
Ay Molla Nəsrəddin,
Ona
görə gedib
Hədəfdə
dayanardın da!
Özündənnarazılıq
Mənim
şeirlərimi
Heç
kim yaza bilməz! –
Zibildi...
Sükut
Su məni
sükuta çəkir,
Külək
həyata...
Yat bala,
yataq.
Sükut
Sükutdan
yazırdım:
–Əlçatmaz
olub sükut.
Qələm
titrədi əlimdə:
–Məni
boş burax,
Dincəlmək
istəyirəm,
Hay-küy
ver mənə!
Şeirlərim
Alan
olsaydı, vallah,
Dəyər-dəyməzinə
Satardım
şeirlərimi. –
Dar eləyib
yerimi!
Oğrular
Hamı
oğurlayır bizdə –
Varlı
da, kasıb da.
Fərqi
budur ki,
Ehtiyacı
qədər
Oğurlayır
kasıb.
–Varlı?
–Dalımca
həbsxanaya
Çörək
aparacaqsan?!
Şeir
Hər
addımda bir şeir var,
Göz
deyərəm ki, görsün!
Yağış
Yağış
yağanda,
Bələkdə
olduğum günlər
Düşür
yadıma,
Hətta
ilk arzusunu belə
Eşidirəm
anamın:
"Balama
qurban inəklər,
Balam
haçan iməklər?!”
Şairlə kino-aktyor
Şair
lovğalandı:
–Hər
insan özünə
Kənardan
Baxa bilsin
gərək!
Kino-aktyor
gülümsədi:
–Mənim
kimi!
Qeybət
–Ölünün
dalıyca danışmazlar!
–Nə
danışırsan?!
Aclıq
–Nə
kökəlmisən?
–Kasıblıqdandı!
–Qoy
görək!
–Məqsədli
yemirəm ki,
Kökəlməyim!
Əlimə
nə düşür,
Basıram
qarnıma!
Kökəlmə,
görüm,
Necə
kökəlmirsən?!
Baba-nəvə
O səhər
ki, yatıb qalıram yuxuya,
Oyananda,
oyatmıram nəvəmi.
–Ba-baaa...
Niyə
gec durğuzdun məni?!
–Utandım!
Qeyrət
Sərhəddçilərimiz
Onlara
hücum çəkən
Gürcüyə
veriblər silahı!
Anasının
südü halal olsun –
Qan
salmayıblar araya!
Ay
demokratlar,
"Gərək
vuraydı!” – deyirsiniz!
Nəylə?!
Qəşəm İsabəyli,
Beynəlxalq Andersen Şərəf
Diplomu laureatı
Ədalət.- 2019.- 19-20 iyul.- S.12.