EŞQ və AYRILIQ

 

Əsl sənəti qrafik dizaynçı olan Kövsər Yaşıldaş mənəvi dünyasından təsirlənərək təsəvvüf aləmindən bəhs edən kitablar yazaraq bu sahədə birincilər sırasına girmişdir. O 2010-cu ildə ilk çıxan "Kvant fizikası və Kvant düşüncəsi” elmi və fəlsəfi kitabı ilə tanındı. "Ənə'l Həqq” kitabı ilə sevildi. Təsəvvüf mövzulu ,”İbn Ərəbi- Arif üçün din yoxdur”,Həllac Mənsur-Gizli bilgi”,”Eşqə vardıqdan sonra qanadı neylər”,”Sənin adın eşq”,”Hüruf- batini qapılar”,”Lədün elmi” və başqa mistik yönlü əsərlərin müəllifidir.Əsərləri Amazon yayınları tərəfindən dünyaya yayılmışdır.Hazırda bir neçə qəzetdə köşə yazarıdır.

Xatırladaq ki, bir zaman çox məşhur olan "Möhtəşəm Yüzil'də Pargalının Xədicə Sultana dediyi sevgi sözləri yazarın "Ənə'l Həqq” əsərindən alınmışdır. Yazarın Ayişə Nəbi ilə silsilə söhbətlərindən birini təqdim edirik.

 

***

Türkiyəli yazar Kövsər Yaşıldaşla Ayişə Nəbinin varlıq və yaradılış mövsuzunda mistik söhbəti.

Ayişə Nəbi: Təkamül nəzəriyyəsimi, Kün fə yekunmu? Çağlar boyunca Kainatın və varlıqların yaradılışına çeşidli açıqlamalar verilmişdir.Hər iki fikir yetərincə tərəfdar tapmış, bir çox yanaşma tarixə düşmüşdür. İnandırıcı izahlar verilsə də şübhə hər zaman oyaqdır və ağıllar hələ sual işarəsinin kölgəsindədir. Təkamül nəzəriyyəsi zamana bağlıdır, hərəkət öz özünə baş verirzamanla irəliləyir.İlk hərəkətverici yenə sualdır.İlk hərəkətə gələn nədir, o da sualdır.İlk yaradılıış üçün ilk hərəkət şərtdir, yaxşı materiya yoxsa ilk hərəkət nəyə aiddir, yaxud da materiya olsa belə hərəkət verici qüvvə olmadan materiyada tərpəniş ola bilərmi.Daxili enerjisi, titrəşimləri deyirsinizsə, o belə hərəkətdir. Yaradılış ‘Ol’əmri ilədirsə, yəni o yenə də hərəkətə bağlıdır, hərəkət də maddiyə aiddir. Ol dedioldu, ilk olanidi.Ol deməklə zamandan kənar maddə yarandı və sonra zamana bağlandı.Ol deməklə söz maddəyə dönüşdü bəlkə.Maddi olan yoxdursa, var olan bir tək Rəbdirsə, o zaman ilk hərəkəti ifâ edən və yapanidi?

Kövsər Yaşıldaş: Yaradan olan Mütləq Allah Ol əmri ilə ilk hərəkəti, ilk vibrasiyanı, ilk rezonansı, ilk titrəşimi yaratdı. Və açığa çıxan, yoxdan vara gələn isə Allahın isimləri, yəni əsmaları və sifətləri olmaqdadır. Elə bu özünü sonsuzca açığa vuran isim və sifətlər həm maddi, həm mənəvi olaraq hərəkətlənmələri, yaradımalarına davam edir. Və bütünü bir olan Yaradanın Zatı olan cövhərindən bəslənir. Bir ayrılıq yoxdur əslində. Görüntüdə olan bir ayrılıq var.Yaradıcı Ol deyəndə olduqca inandırma qabiliyyətinə sahipdirOrijin deyilən Qarışıqsız və Som olan Hərflər ortaya çıxma mənasında tərəddütsüzdülər və əmri alan kimi yaratmağa başladılar. Çünki Sahib, bunun necə ediləcəyini çox yaxşı bilirdi. Yoxdan varlığa bir çıxış deyil, əksinə var olanı oyandırmaq və hərəkətə keçirmək arzusu. İnandırmada çox güçlü bir xəbər veriş mövcuddur. İlk hərəkət, Orijin Hərflərə "yaratmada özgürsünüz” mesajı. Madəm ki isimlər və sifətlər maddənin tüm özünə enmişyaratmada böyük rolu var. O halda əksetmələrini bilmək deə gərəkdir. Çünki Allah isimləri və sifətləri hər zərrəyə möhrünü vururorada maddəye şəkil verir. Yaxşı insan da belə bir qabiliyyətə sahibdirmi? Bu sualın cavabını hər kəs özü verə bilər. Yaratma Ol deyəndə varlıq sifətini işlətdi. Yoxsa ağzımı vardı Ol deyəcək. Varlıq sifətini da insana bəxş etdi. Daha doğrusu varlıq sifəti insani idi. Bizo insan quramasının əks olunmalarıyıq. Oğullar kəliməsi ilə kimlik qazananlarıq. Nə zaman oğulluq sifətindən insan sifətinə çatmaq mümkün olacaq, o zaman yaratmağa bilinçli bir qatqımız da olacaq. Unutmayaq ki, Ol ilə hər şey ən mükəmməli ilə varlığa hücum etdi. Hər şey qüsursuz və ən gözəl şəkli ilə. Və maddi varlıqlar olaraq hamımız, hər birimiz bu yaradılma və şəkil verməyə bilərək ya da bilməyərək sonsuz sayıda qatqıda bulunduq.

Ayişə Nəbi: Mən yaradılışı Eşq və Ayrılıq olaraq görürəm.Yaradılışa murad etdi. Eşq, yaratdı. Eşq Ayrılıqdır.

Eşq bütün varlığı özündə birləşdirən ümumudünya cazibə qüvvəsidir.Hər şeyi əhatə edir, hər şeydə varlığı diridir.Bəzən "örtüsünə bürünmüş” gizli, bəzən aşkardır, Hər varlıq cansız maddə olsa belə içində bir canlılıq var və o canlılıq o Eşq səssizliyi və donuqluğu ilə bizə özünü yox kimi qələmə verir.Amma içdən içə, eşqini, canlılığını büruzə verir.Məsələn daş bəzən parçalanaraq canlı olduğunu deyir, ya da üstünə düşən bir toxumu cücərdərək eşqini, canlılığını açığa vurur.Gizlinini bildirmək istəyir.

”Bilinmək və sevilmək istədi”. Bu Eşqə olan ehtiyacdır, bu Eşqdir. Eşq tamdır, bütündür. Yaradılış gerçekleşende Rəb yaratdığında özündən bir parça ayırdı, özündən qatdı və özündən qoparıb nəfəsindən üfürdü, ayrılıq oldu, Rəbbin bir parçası ondan ayrıldı və insan oldu. Əzəldə yaradılış öncəsi Eşqdi, yaradılış sonrası Ayrılıq oldu. Beləcə "şamü səhər yanaramgeri dönüb qopduğum Rəbbimə qovuşmaq dilərəm, Ayrılıqdan Eşqə varmak üçün sızlaram. Kövsər xanım Sizcə bu nədir, necədir?

Kövsər Yaşıldaş: Çox çarpıcı bir mövzudur bu "Nəfəsindən üfürdü” ayəti. Yaxşı başa düşülməli və diqqətli izah olunmalıdır. Həqiqət təkdir, əks olunmaları çoxdur. Dünya insanlığı iki həqiqət ilə qarşılaşdı. Hər canlıya toxunan, canlılığın gərəkliliyi üçün ehtiyac olan iki həqiqət: Doğum Həqiqəti və Ölüm Həqiqəti. Heç kim , heç bir canlı və canlılıq bu həqiqətdən qaçammaz. Bu iki həqiqət arasına, Anadolu mistikləri, erənləri, vəliləri və arifləri əslində bir həqiqət daha əlavə etdi. Biz Anadolu insanı olaraq, dünya insanlığından bir az çox həqiqət bilgisinə sahibik. Nədir bu üçüncü həqiqət: Nəfəs Həqiqəti. Hər insan dünyaya doğularaq gəlir, nəfəs alır və ölərək bu dünyadan köçür. Bütün canlılar, atomatomun bölündüyü hissəciklər, təbiət, heyvanlar ağlımıza gələ biləcək hər maddə formları nəfəs alır. Bu nəfəs bəzilərində tənəffüs, bəzilərində titrəşim, bəzilərində şüalanma olaraq üzə çıxsa da, hamısı əslində nəfəsdir. Nəfəsi sadəcə tənəffüs olaraq ələ almaq əksik olacaqdır. Nəfəs, Haqq nəfəsidir.

 

 

Ədalət.- 2019.- 19-20 iyul.- S.9, 13.