İBRAHİM YUSİFOĞLUNUN YENİ
KİTABI
Əslində bu onun üç
cilidliyidir
Hər bir halda söz insanı təqdim edir, tanıdır. Yəni imza
görünmədən də, sözü
oxuyanda, dinləyəndə aertıq onun kimə məxsus olduğunu
hiss etmək mümkündür.
Görünür elə bu
səbəbdəndir ki, bir
müdrik deyim
yaranıb. Atalar deyib ki: "Danış, kim olduğunu bilim”. Yəni insan danışanda, söhbət edəndə
artıq özü də hiss
etmədən içini açıb tökür ortaya, kimliyini büruzə verir.
Bax, bu mənada mövzuya yanaşanda onda artıq müəllifin də redaksiyaya təqdim etdiyi
yazılar onu qəzetin əməkdaşlarına
da, oxuculara da tanıdır.
Öncədən deyim ki, İbrahim Yusifoğlu ilə sözün yaşı qədər tanışlığımız var. O, hələ mətbuatda çap olunan yazıları ilə, xüsusilə uşaq şeirləri ilə diqqətimi çəkmişdi. Zaman-zaman sovet dönəminin mətbu orqanlarında izlədiyim bu imza sahibiylə "Ədalət”in redaksiyasında qarşılaşdıq və dostlaşdıq. Həm Bakıda, həm Naxçıvanda onun özünəməxsus cizgiləri, səmimiyyəti artıq mənə şeirlərindən bəlli olduğu kimi, dostluğumuz da necə deyərlər, hazır bir şəkildə bizi gözləyirdi. Heç bir sınaqsız, saf-çürük etmədən biz bu dostluğa imza atdıq. Və demək olar ki, həmin gündən də İbrahim müəllimin həm Bakıda, həm Naxçıvanda işıq üzü görən bütün kitablarının, özü də aftoqrafla bir "sahibi” də mən oldum. Yəni onun mənə bağışladığı kitablar evimdəki qiymətli hədiyyələyin sırasında öz yerini tutdu.
Bu
günlədrə yenə görüşdüm İbrahim
müəllimlə. Xeyli söhbətləşdik,
dostları yada saldıq,
Naxçıvandakı xoş
anlarımızı xatırladıq. Arpaçayın sahilindəki
ovqatın unudulmazlığını dilə gətirdim. Və
İbrahim müəllimin mənə təadim
etdiyi "Seçilmiş
əsərləri”nin 3-cü cilidini o gedəndən sonra vərəqləyəndə
içimdən xoş bir
sevinc duyğuları gəlib keçdi. Ona görə bu sevincə "xoş” sözümü əlavə etmişəm ki, onun məqamını,
mərtəbəsini bir az
da yüksəldim. Yəni
kitabın ilk səhifələrində xalq yazıçısı Hüseyn
İbrahimovun, akademik İsa Həbibbəylinin İbrahim
müəllimlə bağlı fikirlərindən sonra mənim onun "Sən
özü istətdin özünü
mənə” kitabı barədə yazdığım məqaləni
görəndə həqiqətəndə mütəəssür
oldu. İndi fürsətdən istifadə edib İbrahim müəllimə
təşəkkürümü çatdırıram və oxuculara bildirmək istəyirəm ki, Naxçıvanda çap
olunmuş, seçilmiş
əsərlərin 3-cü cilidi şeirlər,
poemalar və mənzum pyeslərdən
ibarətdir. 300 səhifəyə yaxın həcmi olan kitabın ilk şeiri oxucunun 3 cilidliyin son cilidini oxumağa sanki kökləyir. Elə bil
ki, bu şeir
oxucuya əlavə bir
stimul verir, onun ovqatını şeir
ovqatına kökləyir. İbrahim Yusifoğlu yazır ki:
Uli Tanrım ad veribdi bu yurda,
Ad qarışıq od veribdi bu yurda.
Min bir sərvət dad veribdi bu yurda,
Təkcə qonşu millət
kimi mərd deyil,
Məmin dərdim dərdləşməli
dərd deyil.
... Günəş doğub hər yan nura
boyanıb
Daha düşmən
boş xəyaldan oyanıb.
Qarşısında güclü ordu dayanıb,
Dünya
bilir istəyimiz hərb deyil,
Mənim dərdim dərdləşməli
dərd deyil.
Və yaxud başqa bir şeirində İbrahim Yusifoğlu vurğulayır:
Hərdən qanad çalır
bir kəsə doğru
Dönüb göyərçinə o ağ əllərin.
Əllərdə əlin tək sıxılsa oğrun,
Qanadı tez sınar göyərçinlərin.
Və yaxud:
Bilirsən,
sinəsi közlüyəm axı,
Bir
azca söhbətli – sözlüyəm axı.
Bi ar
az da dağınıq gözlüyəm axı,
Mənim
sözlərimə bir az inanma.
Əslində
bu son bənd tez-tez səsləndirdiyimiz "şair
sözüdür, inanma” fikrinin bir az yumuşaq
formasıdı. Amma həm də
gerçəyin özüdü. Bax, barəsində qısaca bilgi
verdiyim bu yeni nəşr İbrahim Yusifoğlu ilə biz
oxucuların yeni görüşüdü.
Mən də onun bir oxucusu kimi "görüşümüz mübarək olsun!” deyirəm.
Ədalət.- 2019.- 23 iyul.- S.7.