FİKİR AYDINLIĞI VƏ YAZIÇI
MƏSULİYYƏTİ
Zəka Vilayətoğlu!
Bu imza çağdaş
ədəbiyyatımızda tanınan və sevilən
imzadır. O, Gədəbəy rayonunun
Arabaçı kəndində dünyaya göz açmış, gül-çiçək
ətirli sərin çeşmələr, bulaqlarla
zəngin dağların qoynunda böyüyüb-boy atmış, bu misilsiz gözəlliklərə
heyrət duyğusu ilə sözə, ədəbiyyata
həvəslənmişdir. Zəkanın bir xoşbəxtliyi də onda
dır ki, atası Vilayət müəllim
Ədəbiyyat müəllimi idi və onun mütaliəsində atasının böyük rolu olmuşdur.
İllər öncə mən Zəkanı
gözəl səsli müğənni, istedadlı bəstəkar,
ürəyəyatımlı, yaddaqalan
mahnılar müəllifi kimi televiziya ekranlarından
tanımışdım. Amma bir- birinin
ardınca onun "Şah
ölüm", "Küsmüş
Ay","Güllələnmiş qaranlıqlar", " Milena" adlı nəsr əsərləri və"Sənə
bir söz deyəcəm"
şeirlər kitabı,həm də bu
günlər təqdimatına yığışdığımız
povest və hekayələr toplusu olan"Bataqlıq" məndə
belə bir inam
yaratdı ki, həqiqətən, Zəka
Vilayətoğlu peşəkar yazardır, sözə könül verməklə yanaşı ona sadiq olan
əsl ədəbiyyat adamıdır.
Zəka Vilayətoğlu, bir qələm əhli kimi dilin bədii çalarlarına bələd olan, sözün incəliklərini yaxşı hiss edən, özünəməxsus üslubu ilə seçilən yazıçıdır. İstedadını cilalıya- cilalıya nəsrin müxtəlif janrlarında uğur qazana bilməsi, onun güclü mütaliə və müşahidə qabiliyyətindən, daxili təlabatından, ürək çırpıntılarından yaranır. Vətənimizin dünəni və bu günü ilə çulğaşan ağrı- acılar və gələcəyimizə olan ümid, inam onun əsərlərində tam fərqli baxış bucağından böyük maraq doğurur.
Tarixə istinadən yazılmış " Şah ölüm" romanını Z.Vilayətoğlu yaradıcılığının zirvəsi hesab etmək olar. Xalq qəhrəmanı Məcid ağa Şəkibəyovun ( Qaçaq Məcidin ), azğın və tarixi düşmənlərimiz olan ermənilərə və rus çarizminə qarşı sərt və qətiyyətli mövqeyi romanın əsas qayəsini təşkil edir. Əsərdə yüksək vətəndaşlıq duyğuları, xeyir və şər qüvvələrin çarpışması göstərilir və sonda üstünlük xeyirin qələbəsinə yönəldilir. Məcid ağanın şahanə ölümü də bu əsərdə türk mənəviyyatının qələbəsi kimi səciyyələndirilir.
"Otuz üç ildən sonra dodaqlarda səslənən Mehrab adı kəndin yaddaşına uzaqdan atılan kiçik daş kimi dəydi..." "Bir qərinədən sonra" povesti bu sözlərlə başlayır.Yazıçı, artıq bütün hadisələrin gedişatını, istiqamətini bu obraza yönəltməklə "bir qərinəlik qürbət ömrü" yaşayan bu obrazın- Mehrabın timsalında həyatın dərinliklərində itib- batmış, öldüyü zənn olunan bu insanın təzədən doğma kəndinə qayıtmasını, yaxlnlarına baş çəkməsini, hətta dünyasını dıəişmiş atasının məzarını ziyarət etməsini insana məxsus müsbət və mənfi dəyərlərilə ön plana çəkir.Povest amirlik dövrünün ictimai həyatımıza gətirdiyi fılakətlər üzərində qurulmuşdur. Həyatın talelərə vurduğu zərbələr, mənəviyyatlarda yaranan erroziyalar əsərin başlıca təsvir obyektidir. Otuz üç il qürbət həyatı yaşayan bu insanın doğmalarından, yaxınlarından ayrı düşməsi, hətta qayıdıb gələrkən tanınmaz olması, miskinliyi məşhur atalar sözümüzə -" Qürbət cənnət olsa da, yenı də vətən yaxşı" anlamına haqq qazandırır.
Mehrab həyatdan
aldığı zərbələr önündə özünü çox
kimsəsiz hesab edir.
Yaxın qohumu Sərxanla söhbətdə
ötüb keçən ömrünü
belə xarakterizə edir:" Eeeh, qardaş,
başım nələr çəkmədi, bu
otuz üç ildə?
Yaş da öz işini görür! Yaşa dolduqca ağıllanır adam.Onda
da çox gec olur. Çox
peşimanam, çox!
- Ani olaraq Mehrabın
gözləri yaşla doldu."
Müəllif
qürbətin ömrə bəxş etdiyi faciəni, peşimançılıq
hissini qəhrəmanln dili ilə çox gözəl səciyyələndirir:"
Ölməyə gəlmişəm! Canımdakı
ağrılar anamı ağladır, Sərxan!."
Yazıçı
öz qəhrəmanını müxtəlif xarekterli
adamların əhatəsində verməklə, müxtəlif
həyati hadisələrə diqqəti yönəltməklə
onun ağrılı-acılı həyatına bir
aydınlıq gətirir. Mehrab uzaq Almaniyadan
cibi dolu gəlsə də,
Sərxana "BMV -X-6" markalı Cip
maşını alsa da,
kənd camaatına xeyriyyə yardımında bulunsa
da, ondan sonra başqa bir kişiyə ərə gedib
uşaq yiyəsi olan
köhnə sevgilisi Nazlıya israrla paketdə üç
min dollar versə də,
yenə özünü günahkar,
bədbəxt, yararsız bir insan hesab edir.
Müəllif onun fərdi keyfiyyətlərini
ön plana çəkməklə
müasir Azərbaycan həyatının şüurlarda doğurduğu
qeyri- adi olaylara münasibətini də ifadə etmişdir.
Z.
Vilayətoğlunun " Bataqlıq" kitabında toplanan
hekayələrində mövzu və məzmun genişliyi,
xarakter zənginliyi,psixoloji məqamlara münasibətdə
yeni nöqteyi- nəzər aydın hiss olunur.İstər təbiətdə,
istərsə də cəmiyyətdə insan qəlbinə
yaxın olan, onun ruhunu, qəlbini oxşayan tərbiyəvi əhəmiyyəti
olan hər nə varsa Zəkanın mövzu və ilham mənbəyidir.Mövzunun
böyüklüyünün və kiçikliyinin onun
üçün heç bir fərqi yoxdur. Çünki, o, hər şeyə eyni həssaslıqla yanaşır, eyni ilhamla, eyni
qüdrətlə qələmə sarılır. Nəcib
hisslərin yüksək bədiiliklə vəhdəti onun əsərlərinin ounaqlı olmasına,
sevilməsinə səbəb olur. Zahirən
adi görünən hadisələri bədii
ümumiləşdirmə yolu ilə mənalandırmaq
və onu ictimai hadisə
səviyyəsində təqdim etmək sənətkarlığın
ən ümdə cəhətlərindəndir.
Yazıçının
hekayələrindəki obrazlar - Mənsur, Lilpar, Şəmsi,
Sərdar Şahin, Oruc, Həmdulla, Zurab, Əşrəf,
Mazan, Ceyhun və s. bir- birindən fərqli həyat tərzləri,
düşüncələri, dünyaya baxışları
portret cizgilərlə ustalıqla qələmə
alınmışdır.
"
Keçi südü", "Tutinaz" hekayələrində
fantaziyaya meyl etsə də, bu fantastikanı real həyat həqiqətləri
üzərində qurur, oxucunu düşünməyə vadar
edir. " Keçi südü" Xocalı
soyqırımına həsr olunub. Əsərdə
kəndin ağır iniltilər içində can verib ölməsi və
düşmən gülləsindən hələ son nəfəs kimi onun boğazında ilişib
qalan oğlanın ayağa
qalxa bilməməsi, qarlı və qaranlıq
bir gecədə qarın
işığına baxa-baxa yuxuya getməsi yazıçı qələmində
təsirli boyalarla əks olunmuşdur.
Kiçik nağıl elementlərindən
istifadə olunan bu
hekayədən çıxan məntiqi nəticə də elə
bu yuxuyla
bağlıdır. Yuxuda üç
saqqallı erməninin yaralı oğlana rast gəlməsi və birinin
o birinə: "Kəs bunun burnunu,
qulağını. Biz gərək yer üzündən "türk"deyilən
bütün varlıqları silib təmizləyək" deməsi və əlindəki
bıçaqla ona sarı əyiləndə
oğlanln sinəsi üstünə ilahidən
göndərilən sirli bir
qutunun enməsi, səsin eşidilməsi,
oğlanın yoxa
çıxması,düşmənlərin vahiməyə
düşməsi və digər tərəfdən də oxucu intizarı hekayənin ən uğurlu cəhətidir. Müəllif bu məqamda oğlanln
eşidəcəyi səsi diqqət məkəzində
saxlayır:" Oğlan, məni bura sənin öz
Allahın göndərib. Bu qılıncı da o yolladı sənə. Qutudakı
qızıl üzükdür.Üzüyü
barmağına keçirsən, səni heç
kəs görməyəcək.Allahın bir
də bu qılıncı göndərdi
sənə və dedi ki,
o, bu qılıncla döyüşüb düşməni məğlub
edəcək.Yalnlz qılıncla! Axı,- dedi, - onun babaları
düşmənlə üz-üzə,göz- gözə, mərd-
mərdanə qılıncla döyüşüb.Öləndə
mərd ölüb, qalanda
mərd qalıb.Al bu qılıncı, üzüyü keçirt
barmağına.Qayıt kəndə.Düşmənlər
hamısı oradadır. Ən gözəl düşmən
qadınları, qızları da
oradadırlar.Hamlsını təslim et, dəstələyib
doldur bu qalaya.
Bu hekayədə erməni şərəfsizliyinə qarşı ittiham çox güclüdür. Səsin göstərişi ilə oğlan erməni qadınlarını kişilərdən ayırıb bir güncə yığanda da, "mən sizin namusunuza toxunmayacağam, hamınız ölməlisiniz, amma mın sizi öldürməyəcəyəm" deməsi nə qədər təəccüblü görünsə belə, müəllif milli mentalitetimizə xas mənəviyyatı erməni xislətindən fərqli bəşəri bir ideyanı ön plana çəkir. Erməni qadınları gözəl olslar da, öz südləri ilə övladlarını zəhərləyib, insanlıqdan çıxarıb.Onları öldürməyib azadlığa buraxanda da qulaqlarında sırğa ola biləcək hekayə qəhrəmanının son sözü yazıçı qənaətinin uğurlu tapıntısı kimi qiymətləndirilməlidir:" Hərənizin həyətində bu gündən sonra bir südlü keçi olmalıdır.Siz ailə quranda, doğub- törəyəndə övladlarınıza öz südünüzü yox, həmin keçinin südünü əmizdirıcıksiniz. Qoyun, heç olmasa, o uşaq təmiz böyüsün, gözəl həyatı, gözəl kainatı murdarlamasın! Dediklərim olmasa yer üzündən kpkünüzü bax bu qılıncımla qazıyacam!"
Sözü
yarımçıq qalan oğlanın qəfil
yuxudan ayılması, boğazından
azacıq nəfəsin çıxması ilə kəndin
ölməsi bir detal kimi hekayənin təsir gücünü,
bədii səviyyəsini yüksəltmişdir.
Z.
Vilayətoğlu hekayələrində həyati hadisələrin
mahiyyətini, ziddiyyətli görünən bütün
nüansları oxucu dərkinə yönəldir və quru nəsihətçilikdən,
öyüd- nəsihətdən uzaq olaraq əllaməçilik
yaratmır. Onun əsərlərinin ümumi ruhu, ideyası
insanı bəd əməllərdən, insanlığa zidd
olan olaylardan çəkindirməyə, saflığa, əxlaqi
dəyərlərə yönəltmək məqsədi
daşıyır.O, bütün əsərlərində həyati
reallığa sözün ecazkar qüdrəti, bədii ifadəsi
kimi yanaşır və bunu estetik ideal, yüksək zövq mənbəyi
kimi qələmə alır.O, hər bir əsərində
düşüncə tərzi, emosional ovqatı ilə fərqlənən,
vətənə bağlılıq nöqteyi- nəzərindən
həyatın ən adi, təbii hadisələrini belə
qeyri-adi şəkildə əks etdirməyi bacarır.
Nəticə olaraq qeyd edim ki, Zəka istedadlı və peşəkar yazıçıdır. Onun mayası halallıqdan, məramı haqq sevgisindən yoğrulub.Yaradıcılığını xalq ruhunun parlaq ifadəsi kimi qəbul etmək olar.Bütün əsərlərində fikir aydınlığı və yazıçı məsuliyyəti önəmlidir.Odur ki, yeni kitabına görə dəyərli qələm dostumuzu ürəkdən təbrik edir, ulu Tanrımızdan ona möhkəm can sağlığı və ədəbi mühitdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
SƏTTAR
QARAĞACLI,
Şair, pedaqoq
Ədalət.- 2019.- 23 iyul.- S.6.