Susmayan iki səs,
yaxud soydaş
sevdalılar
Taleyin
hökmü ilə dünyanın müxtəlif ölkələrində
məskunlaşan həmvətənlərimizin həyat, təfəkkür
tərzi, cəmiyyətdəki yeri, rolu, maraq dairəsi, məşğuliyyəti,
doğma Vətənlə əlaqələri, müstəqil
Azərbaycan dövləti adına əməlləri, xidmətləri
barədə yazılanlar hər bir oxucunu cəlb edən
maraqlı, aktual mövzulardandır. Dünyanın əksər
ölkələrində əməyi, zəkası,
istedadı sayəsində ad-san, nüfuz qazanan çox sayda həmvətənimiz yaşayır və
onların tanıdılması təqdirəlayiqr, bir çox cəhətdən
əhəmiyyətlidir. Bu cür insanlaryaşadıqları
ölkələrdə milli, mənəvi
dəyərlərimizin daşıyıcıları, təbliğatçıları
olmaqla yanaşı, həm qürbətdə,
həm də Vətəndə böyüməkdə olan nəsil üçün
örnək, qürur yeridir.
Harada,
hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan xalqına, onun dövlətçiliyinə,
milli maraqlarına xidmət etmək mümkünlüyünün əyani göstəriciləridir.Onlar
məskunlaşdıqları ölkələrdə xoşməramlı
təmsilçilərimiz, eyni zamanda ölkəmizə, xalqımıza qarşı
məkrli plan və niyyətlərə
qarşı etibarlı sipərdir.
Bəs biz necə, həmin insanları kifayət qədər tanıyırıqmı? Fransada, Almaniyada, İspaniyada, Kanadada, Şərqi Avropa və ərəb ölkələrində, lap elə qonşu, qardaş Türkiyədə yaşayan, yaradan, istedadı, zəhməti hesabına tanınan, yaxud həmin ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan, elmi mərkəzlərində çalışan həmvətənlərimiz haqqında kifayət qədər məlumatlıyıqmı? Bu suallar ətrafında fikir yürütmədən Rusiya Federasiyasında və Amerikadakı həmvətənlərimizi ölkəmizdə tanıtmaq və təbliğ etmək missiyasını öz üzərlərinə təmənnasız və könüllü götürmüş iki r fədakar qələm sahibi Ramin Məmmədov və Elman Eldaroğlu haqqında, onların bəhs etdiyimiz istiqamətdə fədakar fəaliyyətlərini qeyd etmək istərdik.
Səriştəli publisist Ramin Məmmədovun qəhrəmanları Rusiyada yaşayan, həyatını elmə, istehsalata, quruculuq və yaradıcılığa həsr etmiş Azərbaycan övladlarıdır. Uzun illər Rusiyada yaşayan və orada milis zabiti kimi çalışan R.Məmmədov, eyni zamanda mətbuat vasitəsilə xalqımızın mənəvi, milli dəyərlərini təbliğ etmiş, ölkəmizin tarixi, ərazisi, əhalisi barədə rusdilli oxucuları məlumatlandırmışdır. Torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda gedən Qarabağ müharibəsilə əlaqədar xidmətini dəyişib Vətənə qayıdan Ramin Məmmədov hərbi əməliyyatlar gedən bölgələrə dəfələrlə ezam olunmuşdu. Atəşkəs əldə edildikdən və ölkəmizdə sabitlik yaradıldıqdan sonra məzuniyyəti dövründə Vətəndən uzaq düşən soydaşlarımızın üzdə olan və olmayan, dünyasını dəyişən, naməlum talelərinə işıq salan, eləcə də Qarabağ həqiqətlərinə dair dövri nəşrlərdə özünə yer tapan erməni saxtakarlığını ifşa edən yazıları qələmə almışdır. O, ailə büdcəsi hesabına, təmənnasız, böyük sevgi və duyğularla vaxtaşırı Rusiyanı şərqdən qərbə, şimaldan cənuba, bir sözlə son 20 ildə 100-ə qədər şəhəri gəzib-dolaşmış, maraqlı insanlarla, onların həyat və düşüncə tərzi ilə tanış olmuş, Azərbaycan diasporunun fəaliyyəti və problemləri ilə yaxından maraqlanmış və bu məsələlərlə bağlı KİV- də sanballı məqalələrlə çıxış etmişdir.
Azərbaycan
Jurnalistlər Birliyinin və Azərbaycan
Yazıçılar Birliyinin üzvü Ramin Məmmədovun
37 kitabı, yüzlərlə məqaləsi işıq
üzü görmüşdür. Çoxsaylı qəzet və jurnallarda
onun Rusiya - Azərbaycan
dostluq əlaqələrinə və
Rusiyadakı diaspor təşkilatlarımıza
həsr olunmuş elmi-
publisistik yazıları böyük maraq doğurur.
Bu yaxınlarda onun
"Rusiyada Azərbaycan diaspor
mətbuatı" adlı kitabı nəşr olunmuşdur.
“Elman Eldaroğlu” imzası ilə
müxtəlif portallarda dərc
olunan yazıları maraqla izləyirəm. Onun Amerikada yaşayan elm, mədəniyyət, sənət adamları
haqqındakı məqalələri qürbətdəki həmvətənlərimiz
haqqında zəngin təəssürat yaradır. Azərbaycan
Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Elman səmimiyyət dolu sevgi və zövqlə yazır. Həmvətənlər
haqqında yazmaq qərarına necə gəldiyini
müsahibələrinin birində belə izah
edir:- Mən azərbaycanlıyam,
amerikalıların arasında hər bir
azərbaycanlı mənə doğmadır. Əvvəlcə
çox götür-qoy
etdim. Ölkə böyük,
əhalisi 330 milyona yaxın. Bu qədər insanın içindən azərbaycanlıları,
özü də sıradan bir nəfər deyil,
müxtəlif uğurlara imza
atan, oxucular üçün də maraqlı olacaq soydaşlarımızı axtarıb tapmaq mənə çox
çətin gəlirdi. Amma bir gün qərara
aldım ki, köhnə peşəmi
işə salım. Nə qədər ki,
buradayam mən də xalq
üçün faydalı iş görüm. İlk olaraq yaxından
tanıdığım insanlardan
yazdım. Gördüm ki,
Azərbaycan mətbuatı maraqla bu yazıları dərc edir
və buna həqiqətən də ehtiyac var. Sonra
əhatəni genişləndirdim.
Amerikada
yaşadığı 4 il ərzində Elman bu ölkədə məskunlaşmış 150 nəfərədək
həmvətənimiz haqqında yazı qələmə
almış, onları Azərbaycan ictimaiyyətinə təqdim
etmişdir. Florida Universitetinin professoru
Pərvin Muradova- Dilbazi
və ailə üzvləri, "Minesota
Azərbaycan Asossasiyası"nı təsisçisi Günel Musəvi , tanınmış alim İlqar Abbaszadə,
Azərbaycanın Əməkdar artisti Telman Cəlilov, tibb sahəsində nüfuzlu
mütəxəssis, özəl klinika sahibi Oqtay Məmmədov,
Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondunun rəhbəri Şahyar
Danişgər, memar-rəssam
Yavər Rzayev, bloger Elman Kərimov və digərləri
haqqında oçerkləri
ABŞ-dakı həmvətənlərimizin fəaliyyəti
barədə maraqlı məlumat mənbəyidir. Elman bu mövzuda
danışanda deyir ki,
əslində, bu insanları nəinki Azərbaycan
ictimaiyyətinə, həm də ABŞ-dakı azərbaycanlılara
da tanıtdırıram. Ucsuz-bucaqsız
ölkə, bu başında yaşayan, o biri başında yaşayandan
xəbərsizdir. İndi özünüz
təsəvvür edin ki,
bu işin mahiyyəti
nə qədərdir...
Mətbuat
günü ərəfəsində Ramin Məmmədov və
Elman Eldaroğluya yeni yaradıcılıq
uğurları arzulayır, eyni zamanda bildiririk ki, Fransadan,
Almaniyadan, Türkiyədən, İsveçdən,
Danimarkadan, Polşadan, Finlandiyadan... da eyni missiyanı tükənmə
enerji və sonsuz sevgi ilə
yerinə yetirən soydaşlarımızın fəaliyyətinə
böyük ehtiyac var.
Abid Tahirli
Ədalət.- 2019.- 23 iyul.- S.5.