KİVDF qalib jurnalistləri mükafatlandırdı

 

İyulun 22-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, diplomatik korpus nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri, o cümlədən müsabiqədə birinci yerə layiq görülmüş jurnalistlər iştirak ediblər.

Tədbirin əvvəllində aparıcılar Azərbaycan Milli Mətbuatının yaranmasından, "Əkinçi” qəzetinin, eləcə də o dövr mətbu nəşrlərinin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışıblar. Qeyd olunub ki, Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və Azərbaycanda ilk milli mətbu orqan olan "Əkinçi” öz ətrafında dövrünün qabaqcıl ziyalılarını birləşdirmişdi. Diqqətə çatdırılıb ki, "Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız müstəqilliyimizin bərpasından sonra özünün intibah dövrünü yaşayır. Ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırılıb.

Sonra söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor media nümayəndələrini salamlayaraq milli mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə onlara səmimi təbriklərini çatdırıb. Azərbaycan mətbuatının ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan icraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edildiyinikonsepsiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib.

Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi 10 ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı digər layihələr barədə məlumat verib.

Çıxışını davam etdirən Vüqar Səfərli Fondun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də məlumat verib. Bildirib ki, 19 istiqaməti əhatə edən müsabiqəyə 56 kütləvi informasiya vasitəsindən 142 yazı daxil olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının qərarı ilə 111 nəfər jurnalist qalib elan edilib: "Bu gün isə müsabiqədə birinci yeri tutmuş jurnalistlər mükafatlandırılacaq".

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibətilə media işçilərini təbrik edib. Azərbaycan mediasının inkişafından danışan Əli Həsənov bildirib ki, mətbuatımızın 144 ilinin 27 ili müstəqillik dövrünə aiddir. Bu, bir reallıqdır ki, 27 illik tarixə malik müstəqil mediamız ölkəmizi dünyada layiqincə təmsil edirbu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Müstəqil mediamızın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini xatırladan Əli Həsənov deyib ki, 1998-ci ildə ümummilli liderin fərmanı ilə Azərbaycan mətbuatı üzərindən senzura strukturları, eləcə də medianı tənzimləyən dövlət qurumu olan Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Beləliklə, Azərbaycan mediasına özünü ictimai tənzimləyə bilməsi üçün şərait yaradıldı. Jurnalistlərin dəstəyi və iştirakı ilə Mətbuat Şurası təsis olundu. Bu Şura mətbuatın, o cümlədən jurnalistlərin problemlərini mütəmadi araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edirmüvafiq olaraq, dövlət tərəfindən o təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. "Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoymuşdusa, ulu öndər Heydər Əliyevin adı azad medianın banisi kimi tariximizə düşdü. Ümummilli Lider media ilə bağlı bütün tənzimləmə və senzura mexanizmlərini ləğv edərək Azərbaycanda azad mətbuat üçün lazımi şəraiti yaratdı. Ulu öndərin 2003-cü ilə qədər bilavasitə özünün iştirakı ilə davam etdirilən media siyasəti həmin dövrdən etibarən Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıl, prinsipial şəkildə həyata keçirilir və medianın bugünkü inkişafında dövlətimizin başçısının xüsusi xidmətləri var”, - deyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib.

Mətbuatımızın bugünkü reallığının Azərbaycan dövlətinin mediaya, jurnalistlərə dəstəyinin tam şəffaflaşdırılması, sistemləşdirilməsi və ardıcıl olaraq həyata keçirilməsindən ibarət olduğunu vurğulayan Əli Həsənov deyib: "2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, sonra o konsepsiyanı reallaşdıracaq KİVDF yaradıldı. O gündən bu günə qədər Fond bilavasitə jurnalistlərin iştirakı ilə özünün Müşahidə Şurasını formalaşdıraraq Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən ayrılan yardımları media ictimaiyyətinə çatdırır, mətbuatımızın ictimailəşmiş problemlərini təhlil edir, araşdırır, dövlət qarşısında buya digər təkliflərlə çıxış ediro təkliflərə də dövlət tərəfindən dəstək verilir. Bu müddətdə Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib. Qəzetlərimiz bilavasitə və qismən dövlət tərəfindən maliyyələşdirilib. Qəzetlərin uzun müddət yaranmış borcları dövlət tərəfindən ödənilib, ayrı-ayrı sahələr üzrə dotasiyalar verilib. Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır. Mətbuat mədəniyyətin bir hissəsidir, onun əsas sahələrindən biridir. Əgər dövlət bu gün özünün milli-mənəvi simasını, milli-mənəvi varlığını nümayiş etdirən teatrına, ədəbiyyatına, şairinə, yazıçısına, teatr xadiminə, rəssamına dəstək göstərir, yardım edirsə, nəyə görə bu yardım mediaya göstərilməməlidir. Buna görə də mediamızın inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançılara da, jurnalistlərə də ev verir, onların sosial həyatının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Buna qarşı qısqanclıq, buna qarşı hər hansı fikir formalaşdırmaq, düşünürəm ki, sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil. Siz jurnalistlər yaxşı bilirsiniz ki, bunların heç biri təmənna daşımır, bunların heç biri sizin yaradıcılıq imkanlarınızı məhdudlaşdırmır və məhdudlaşdıra da bilməz”.

Əli Həsənov sonda müsabiqədə qalib gələn jurnalistləri təbrik edərək, Milli Mətbuat Günü münasibətilə media işçilərinə xoş arzularını çatdırıb.

Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Həsən bəy Zərdabi yolunun davamçıları olan Azərbaycan jurnalistlərini milli mətbuatımızın 144 illiyi münasibətilə təbrik edib, "Əkinçi”dən bəri keçən mətbuatımızın tarixinə qısa nəzər salıb, ölkəmizdə jurnalistlərə göstərilən dövlət qayğısının önəmini vurğulayıb. Bildirib ki, Azərbaycan Mətbuat Şurası mediada peşə prinsiplərinin qorunması, media məkanımızın saflaşdırılması istiqamətində tədbirləri reallaşdırmaqla yanaşı, milli mətbuat tariximizin öyrənilməsində, ümumən klassik mətbu irsimizin tədqiqində müstəsna xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsinə də böyük önəm verir. Şuranın "Jurnalistikaya xidmətlərinə görə” xüsusi mükafatının təsis edilməsində də məqsəd bundan ibarətdir.

Daha sonra jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Mətbuat Şurasının mükafatları sahiblərinə təqdim olunub.

 

Bayram tədbirində "Bakcell” şirkətinin medianın inkişafında xidmətləri olan KİV nümayəndələrinə hədiyyələri təqdim olunub.

Mərasim bədii hissə ilə davam edib.

 

 

Ədalət.- 2019.- 25 iyul.- S.3.