Azərbaycan şeiri - 2018
Biz
altmışıncı-yetmişinci illərin bəzi ədəbi
mübahisələrində olduğu kimi heca şeirinə tam
üstünlük verib sərbəst şeiri gözdən
salmaq, guya Azərbaycan şeirinin milliliyinə xələl gətirdiyini
iddia etməık fikrini heç ağlımıza gətirmirik.Şeirin
hansı vəzndə yazılması yox, necə
yazılması əsasdır. Böyük türk şairi
Nazim Hikmət deyirdi ki, şeiri istər dənizin dibində
yaz, istər küləkli havada, istər hecada, istər əruzda,
istər sərbəstdə, istərsə də hecada, təki
şeir olsun. Ancaq burada vəznin hər iki qolunun müasir
şeir prosesində inkişafını izləmək istərdik.
Səməd
Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Əhməd
Cəmil, Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri,
Hüseyn Arif, Əliağa Kürçaylı, Nəriman Həsənzadə,
Məmməd Araz, Cabir Novruz, İslam Səfərli, Hüseyn
Kürdoğlu, Məstan Günər, Məmməd
İsmayıl, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli,
Musa Yaqub, Məmməd Aslan, Ağasəfa, Zəlimxan Yaqub,
Ramiz Rövşən, Rüstəm Behrudi, Firuzə Məmmədli,
Akif Səməd, Məmməd Dəmirçioğlu…heca
şeirinin ən gözəl nümunələrini bu şairlər
yaratmışlar. Ancaq sərbəst şeirin də ən
gözəl nümunələrini yaratmış Rəsul Rza, Əli
Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə,
İsa İsmayılzadə, Camal Yusifzadə hecada da eyni dərəcədə
uğurlu nümunələrlə diqqəti cəlb etmişlər.
və bu siyahini bir qədər də müasir şeirimizə
gətirib çıxarsaq, Zirəddin Qafarlının, Məcnun
Göyçəlinin, Sabir Sarvanın, İslam
Sadığın, Məmməd İlqarın, İbrahim
İlyaslının, Barat Vüsalın, Nisə Bəyimin,
Adil Cəmilin, Musa Ələkbərlinin, İlham Qəhrəmanın,
Orxan Paşanın da heca şeiri ənənələrini
davam etdirdiyinin şahidi olarıq.. XX əsr Hüseyn Arif,
Hüseyn Kürdoğlu, Məstan Günər, Məmməd
Aslan, Zəlimxan Yaqub kimi qoşmada, gəraylıda
möcüzələr yaradan şairləri bizə
tanıtdı və indi yüzlərlə sadəcə
söz yığını, şablondan, məlum bədii təsvir
vasitələrindən yaranan qoşmaları, gəraylıları
oxuyanda o beş şairin ruhlarına rəhmət oxuyuruq. Amma
heyislənməyə də dəyməz, çünki XXI əsrin
heca şeirlərində də yeniliklər diqqəti cəlb
edir. Şeirdə lirik qəhrəmanın duyğu və
düşüncələrini müəyyən obrazlar vasitəsilə
əks etdirmək ənənəsi indii də yaşayır. Ən
çox da qoşma və gəraylılarda. bu ənənəyə
yeni çalarlar da qatılır. İki misal gətirək:
İbrahim İlyaslıdan bir gəraylı:
Səni
görən divanədi,
Ölürəm
səndən ötəri.
Göz
yaşımla dağı-daşı,
Dəlirəm, səndən ötəri.
Uydurmadım daha nələr?
Tükənibdi bəhanələr.
Qonşumuza
axşam-səhər,
Gəlirəm, səndən ötəri.
İbrahiməm,
için-için,
Göynəyirəm, gedir köçün.
Ölmürəm
yaşamaq üçün,
Ölürəm səndən ötəri.
Bu gəraylıdan Aşıq Ələsgərin, Dədə
Şəmşirin rayihəsi duyulur.
Qoşma şeir forması Azərbaycan poeziyasında bəlkə
ən davamlı, ən sabit bir ənənənin
mövcudluğunu təsdiq edir. Poeziyada hansı meyllər, təmayüllər
yaransa da, onların hər biri müəyyən müddət ərzində
«populyarlıq» qazansa da, xalq şeirinin milli ruhunu, özəlliyini
qoruyan qoşma hər dəfə yeni nümunələrlə
öz varldığını qoruyub saxlayır. Xüsusilə, keçən əsrin
doxsanıncı illərində, habelə, XXI əsrin əvvəllərində
qoşmaya meyl nəinki azalmış, bütün şeirkəmiyyət
amili yox, keyfiyyət amili nəzərdə tutulur. Həm də yeni qoşmalarda müasir poetik təfəkkür,
«köhnə havada» təzə söz demək diqqəti cəlb
edir. Əlizadə Nurini bir qoşmasında olduğu
kimi:
Haçandı
durnalar uçur canımdan,
Haçandı canımda payızmış, Allah.
Məni
bu dünyanın yadına salan,
Mənim
unutduğum o qızmış, Allah…
Şirin
xəyallırım acını çəkir,
Ölümdü
-kəfənin ucunu çəkir…
…Baxdım
ki, bir söyüd içini çəkir,-
O da mənim
kimi yalqızmış, Allah.
Hər
gün dodağıma baş çəkir adın,
Yanım,
bir az isin,-üşüyən qadın…
..Çərpələng
düzəltdim, o da uçmadı,-
Bu
ömür islanmış kağızmış, Allah!
İndi isə 2018-ci ilin sərbəst şeirləri
haqqında. «Azərbaycan» və «Ulduz» jurnallarında, «Ədəbiyyat
qəzeti»ndə xeyli sərbəst şeirlər çap
edilib. Heca vəznli şeirlərdə olduğu kimi,
burada uğurlu nümunələr az deyil, şairlərimiz Rəsul
Rzadan, Vaqif Səmədoğludan, Əli Kərimdən, Fikrət
Qocadan, Ələkbər Salahzadədən, İsa
İsmayılzadədən, Camal Yusifzadədən, Çingiz
Əlioğludan gələn yaşarı ənənələri
davam etdirirlər. Təbii ki, bu sırada
böyük şairimiz Rəsul Rza ənənələri
mühüm rol oynayır. Kimsə inkar etməz
ki, Rəsul Rza Azərbaycan sərbəst şeirinin ən
gözəl nümunələrini yaratmışdır. Biz Rəsul Rzadan sonra sərbəst şeiri yeni bir
düzümə gətirən Ələkbər Salahzadəni
də unutmamalıyıq. Deməli, Azərbaycan
poeziyasında sərbəst şeir artıq bir ənənə
yaratmışdır. İndi bu ənənəni Tahir
Taisoğlu, Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı, Qəşəm
Nəcəfzadə, Əlisəmid Kür, Mahirə Abdulla, Fərid
Hüseyn, Bilal Alarlı, Tərlan Əbilov, Dəyanət
Osmanlı, Rasim Qaraca, Aqşin Yenisey, Aqşin Evrən, Xuraman
Hüseynzadə,Könül Arif, Emin Piri, Ümid Nəccari,Səhər,Ramil
Əhməd, Qismət kim sərbəstçilər var,
özü də əksəriyyəti cavanlardır.
Sənə
parçalı-buludlu bir hava göndərirəm,
Yağış
da yağa bilər;
şimşək də çaxa bilər,
günəş də çıxa bilər.
Sənə parçalı-buludlu bir sevda göndərirəm.
Həsrət
də ola bilər,
nifrət
də ola bilər,
xoşbəxt də edə bilər,
bədbəxt də edə bilər.
Mən hərdən
çox səs-küylü,
hərdən lal-sükutluyam.
Nə qədər
bədbinəmsə,
o qədər
ümidliyəm.
Bir az payız kimiyəm;
parçalı-buludluyam.
«Ulduz»
jurnalının 2018-ci il noyabr nömrəsindən
misal gətirdiyimiz bu şeirin müəllifi Səhər Əhməddir.
Bu şeirdə çox böyük bir fikir
axtarmayın, adi bir insan münasibətinin təbiət hadisəsi
ilə müqayisəsi diqqəti cəlb edir və hər
halda, müqayisə tutarlıdı, Cavanların sərbəst
şeirlərinin əksəriyyətində qafiyədən əsər-əlamət
görmürsən, amma burada qafiyə də var. Şeirin ritm
idə yerindədir. Və ona görə də,
bu, sərbəst şeirdir.
Bununla yanaşı, gizlətmək lazım deyil ki, bu
gün sərbəst şeir adıyla çoxlu cızmaqaralar
çap olunur, bunlara şeir demək olarmı? Hələ 1957-ci ildə
görkəmli tənqidçimiz Məmməd Cəfər Cəfərov
«Şeirimizin dili və vəzni haqqında» məqaləsində
yazırdı: «Sərbəst şeir haqqında aydın təsəvvürə
malik olmayan bəzi gənclərimiz zənn edirlər ki, sərbəst
şeir dilin qrammatik quruluşunu pozmaq, cümlənin söz
sıralarını tərsinə çevirmək yolu ilə əldə
edilir. Bizim şairlərimizin çoxunun
şeirində, qüvvətlə bədii vasitələrdən
biri olan inversiya (cümlədə sözlərin yerdəyişməsi)
tamamilə unudulmuş, onun yerini dilin bütün qrammatik
quruluşunu baş-ayaq etmək kimi lüzümsuz bir vərdiş
tutmuşdur. Dilin qanunlarının əksinə
olaraq cümləni tərsinə qurmaqla sərbəst şeir
yaranmır, bəlkə sərbəst şeirə parodiya əmələ
gəlir. Deyəndə ki, sərbəst şeir monotonluq
yaradlan mütləq bir ritm tanımır, bu, o demək deyildir
ki: «məhv olsun ritm». Ritm şeirin ən
mühüm cəhətidir. O məhv olandan sonra
şeiriyyət qalmır. Əksinə, həqiqi
sərbəst şeirdə ritm daha əlvan, daha zəngindir».
Burada söylənilən qüsurlar indiki sərbəst
şeirdə də davam edir. Amma bu o demək
deyil ki, indii yaxşı sərbəst şeirlər
yaranmır. Dilin və ifadəinin gözəlliyilə
diqqəti cəlb edən nümunələr az
deyil. Yalnız bircə nümunə ilə kifayətlənək:
Gülnarə Cəmaləddinin şeiriylə:
Şəhid-şəhid
torpaqların artdıqca
yaranı
bağlaya bilmirəm
vətən
Çəkib
gözümün üstünə
sən
məni gözünün üstündə
saxladığıntək
gözdən uzaq
gözümün üstündə
saxlaya
bilmirəm
vətən
Bir ovuc
torpaqsan
beş
arşın ağsan
İşğal
olmuş İrəvansan
əsir
düşən Qarabağ
Qarşıda
dost var
düşmən var deyə
səni
ürəyimcə ağlaya bilmirəm
vətən
2017-ci ilin «Poeziya» icmalında yazmışdıq ki: «Dilimizin gözəlliyini, «nərmi-nazikliyini», qəlbimizin ən dəruni hisslərini ifadə etdiyini, kədərimizi, sevincimizi, qəzəbimizi, harayımızı ilk növbədə, şeirimizdə, bədii sözümüzdə hiss edirik. Və akademik Nizami Cəfərovdan belə bir sitat gətirmişdik: «Məlum məsələdir ki, mükəmməl forma həllini tapa bilməyən poeziya əsl poeziya deyil-istər əruzda, istər hecada, istərsə də sərbəst şeirdə olsun. Şairə «belə yaz, elə yaz,bu sözü, bu cümləni, bu təşbihi belə işlət» demək absurddur. Onu şair bilir, əcər bilmirsə,-demək, şair deyil. Ana dilinin keşiyində birinci növbədə məhz şairlər dururlar. Onlar ana dilini bir mərhələdən digər mərhələyə, bir dövrdən digər dövrə aparırlar-Nəsimi kimi, Füzuli kimi, Səməd Vurğun kimi». Şeirin gözəlliyi onun məcazi qüdrətindədir, bədii təsvir vasitələrinin orijinallığındadır. Azərbaycan şeiri məhz bu məcaziliyinə, «Ver sözə ehya ki..» potensialına görə indii də öz poetik qüdrətini, enerjisini hifz edir. Füzuli deyirdi ki: «Bəzmi-nşq içrə, Füzuli, necə ah eyləməyim, Nə təməttö bulunur neydə sədadən qeyri?»-neyin səsi-şairin ahı. Şair dərddən quruyub, ney həsrətdən. Biri məşuqəsindən ayrı, biri vətənindən. Onun bədəni şan-şan, bununku dəlik-dəlik. O da inildəyir, bu da». XXI əsrin şairi Əlizadə Nuri isə yazır: «Bilsəydim harada ağlamısan sən, Tapıb göz yaşımı ləl eyləyərdim…Sənə ulduzlardan bir ev qurardım,- Aylı pəncərəndə tül eyləyərdim. Görsən ki, Yer üzü dar gəlir sənə,- Suları qurudub göl eyləyərdim». Nəsimi deyirdi ki: «Hilalə döndü qəmər qaşların hilalindən, Boyandı qanə qızıl gül yanağın alindən»- yəni səmadakı üçgünlük ay öz gözəllik və zərifliyini sevgilinin kaman qaşlarından alır, qızıl gülə o rəngi verən də məşuqənin al yanaqlarıdır».XXI əsrin şairi Arzu Hüseyn isə yazır: «Bu da sevgimizin son noyabrı, Yenə də nəyinsə sonuna gəldik. Gözündə bir ovuc dəniz var sənin, Ağlama, suyunda bata bilərik». Şah İsmayıl Xətai deyirdi ki: «Əridi iligim, qaldı sümügüm, Bu təni tərk edər canım, nə dersən? Əgər yatsam min il toprağ içində, Dürüstdür əhdü peymanım, nə dersən?». XXI əsrin şairi İslam Sadıq isə yazır: «Sözü bir yelə döndü, Gözü bir gölə döndü. Özü bir gülə döndü, Könlüm güllər içində. Hanı məndə o taxt ki, hanı məndə o baxt ki, hanı məndə o vaxt ki, Ölüm güllər içində». Molla Pənah Vaqif deyirdi ki: «Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, bir zaman kuyində ziyarətimdir. Qiblə deyib qaşlarına baş əymək gecə-gündüz mənim ibadətimdir». XXI əsrin şairi Rəşad Məcid isə yazır: «Sən-gecəm-gündüzüm, sən-toyum-yasım, Sənsən dar ağacım, sənsən xilasım. Əynimə oturan ən düz libasım, Boyuma biçilən kəfənim mənim». Füzuli deyirdi ki, «Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam, Meydə təşviri-hərarət, neydə təsiri səda».XX əsrin şairi Zirəddin Qafarlı isə yazır ki: «Yer üzü fırlanır öz sevgisiylə, Günəş bir sevgidir, Ay bir sevgidir. Fəsillər dəyişir sevgi diliylə, Payız bir sevgidir, yay bir sevgidir». Klassik şairlərdən gətirdiyimiz misallar zənnimizcə, bədii təsvir vasitələrinin, məcaziliyin ən gözəl nümunələridir. XXI əsr şairlərindən gətirdiyimiz misallar isə bu klassik nümunələrdən gələn təsirlərdir və arzu edərdik ki, klassik şairlərin dilimizin gözəlliyini nümayiş etdirən bu sözü ehya qüdrəti daha da artsın.
Vaqif Yusifli
Ədalət.- 2019.- 26-27 iyul.- S.15-16.