Xoş ovqat
Ağlamaq
lazım deyil şəhidlərə
"Ağladıqca kişi qeyrətsiz olar!”
M.Ə.Sabir
Ağlamaq
Lazım deyil şəhidlərə!
Tökdüyün
Göz yaşıdır – hədərə!
Əllərinlə başını tutub,
Fağır-fağır ağladıqca,
Yazıq
günə qoyursan –
İntiqam
hissini!
Nə qədər
ki, nicat yolun
Göz
yaşıdı,
Vətənin
darda, özün də
Əl-amanda
qalacaqsan!
Kitab
Beyin
qırışlarımız
Daş
dövrünəcən hamarlanıb –
Ağ-appaq
vərəqdi.
Odur ki,
yumor hissimiz də
İbtidai
səviyyəyə enib.
Biri ki,
burnunu qırışdırır –
Hırıldaşırıq.
Hədd – sərhədd
Bizdə
hər şeyin həddi var,
Özü
də rəngbə-rəng –
Qırmızı,
sarı, yaşıl
Səddi
var.
Pul
qazanmağın da
Sərhəddi
var.
Təkbaşına
Hacı Zeyanalbdin
Ola bilməzsən
bizdə.
Mən də
söyüşçül oldum
Söyüşçül
adam deyildim,
Quba-Bakı
yolu öyrətdi.
O
günü mərtəbə-mərtəbə
Söymüşəm...
–Kimi?!
–Qulağını
bəri tut!
Mən niyə...
Avropada sərhəd-filan
Yoxdu,
deyirlər.
Bizim də
üzümüz Avropayadı.
Onda mən
niyə misralarımı
Qafiyəylə,
hecayla
Çəpərə
almalıyam?!
İki nəfər – iki fərq
Əbülfət
Mədətoğluyla
İki fərqimiz
var,
Bunun
birincisi yaşdı.
Yəni
o, 60-dı,
Mən də
ondan bir az...
Artıq-əskikliyini
demərəm.
Hər
sirri açmazdı köhnə kişilər.
İkinci
fərqimiz də mübahisəsizdi.
Yəni,
onun yuxarıdan aşağı
Baxdığı
bəzi fikirləri
Şeir
eləyirəm bəzən.
Azərbaycan
Cındırından
cin ürkən
Bir avtobus
gedirdi
Məndən
qabaqda.
Təkərləri
daşa-daharaya
Dəyməkdən
Ləkə-ləkə
olmuşdu.
Obrazlı
desək–
Mixayil
Sergeyeviçin
Kəlləsi
kimi.
Üzü
tüklü sürücü
Maşının
banına
İri hərflərlə
"Azərbaycan”
yazmışdı.
Mərhum
yazıçımız
Əli
Qaraoğlu demişkən –
Ətin
tökülsün oğul yiyəsi!
Çox
ehtiyacı varmış
Sənə
Azərbaycanın?!
Halallıq...
Lətini
yediyim meyvənin,
Tumunu
torpağa sancıram –
Halallıq
olsun!
Mövzular
Mövzular
tökülür üstümə – tut kimi.
Yazıb
qurtara bilmirəm,
Baxıram
ki, uçub gedir qovut kimi.
Yaşasın pul
Hara
baxırsan,
"Paxlava-bükmədi”
Qubada,
Lap rəmzi
mənası olub.
Nə
Abbasqulu Ağa
Bakıxanıv
yada düşür,
Nə
Gülüstani-İrəm.
Yaşasın
pul!
İnanmıram
Elə
bilirsiniz
Təkcə
vətəndaşların
Haqqıdı
tapdanan bizdə?!
Hətta
Ölkə Prezidentinin
Hüququna
əl qatanlar var –
İcazəsiz-filansız
şəklini kəsib,
Qoyurlar
Feysbuk səhifəsinə.
Vladimir Volfoviç Jirinovski
Yenidən
Vladimir Volfoviç
Tumanını
çəkib başına! –
Gözlərini
yumub, ağzını açıb!
Allah-Allah,
Jirinovski
Paçalayacaq
Ukraynanı!
Allah-Allah,
Jirinovski
Parçalayacaq
Ukraynanı!
Yadımdadı,
Ermənistan
O yan-bu
yana vaz atanda.
Rusa
"xox” gəlib, naz satanda.
Vladimir
Volfoviç
Dişlərini
qıcayıb, düşdü üstünə.
O ki, var
ermənilərin
Daş
dövründən danışdı,
Torpaq hərisliyindən,
Təhər-tövründən
danışdı!
Dəclə-Fərat
çöllərində
Yandırdıqları
dəvə gərməsini
Başlarına
qaxınc elədi. –
Kişinin
oğlu, baxmayaraq ki,
Atasını
İsraildə dəfn eləyib,
Rusiyanı
sevir axı,
Erməniləri
linc elədi.
Hələ
Türkiyəni yaş yuyub,
Quru sərdiyini
demirəm!
Bu it
oğlu parağın
Bizə
qoyun dediyini
Demək
istəmirəm!
Ağzından
vurmadıq vaxtında,
Təsəlli
də verdik özümüzə –
"Jirinovski
dəlidi”...
Odur ki,
gürcü də
Milyardlarımızı
yeyib,
Ayaqlandı
üstümüzə.
Namusumuza
toxundu –
Ölkənin
giriş qapısında
Başımıza
vurub,
Silahımızı
aldı əlimizdən!
Allah-Allah,
Jirinovski
Paçalayacaq
Ukraynanı!
Allah-Allah,
Jirinovski
Parçalayacaq
Ukraynanı!
–Ukraynaya
sülh lazım deyil,
Əsgəri
qana hərisdi?!
Sözünü
geri götürməz
Vladimir
Volfoviç –
Xoş ovqat
Səhər
ki, oyanırsan,
Özün-özünə
baxıb,
Gülümsəyə
bilmirsənsə –
Güzgüdə,
O
günü ömründən
İtirilmiş
say.
Şair olmaq
Düşüncəsi
də dəyişib insanların,
Həyata
baxışı da.
İrəlidə,
yəni keçmişdə
Olmuş
ciddi bir hadisə,
İndi
qeyri-ciddi gəlir adama.
Şit
bir əhvalat
Ağıryana
qarşılanır indi.
Qoçaqsan,
zamanın nəbzini tut.
Sən də
elə bilirsən
Şair
olmaq şeir yazmaqdı!
Zaman və biz
İtirdiklərini
vecinə almır zaman,
Hesabını
da vermir özünə,
Odur ki, həmişəyaşardı.
Biz
İnkubator
cücəsiyik sanki. –
Nə fərqli
düşüncə...
Nə fərqli
fikir...
Nə fərqli
mübahisə...
Özü
də demokrat
Qoymuşuq
adımızı!
Anası
ölsün söz-söhbətində
Cızığından
çıxanın!
"Müxalifət”
qoyacağıq adını.
Bizdə
"müxalifət”dən ağır
İkinci
bir söz tanımıram.
Qurd-quzu
Gecənin
bir aləmi
Qurd
ulartısına oyandım.
Gördüm
–quzu mələyir.
Məvacib
Bizdə
məvacibin də rəngi var,
Hər
ölkədə belə şey ola bilməz!
Müəllimin
bir ay yolunu
Gözlədiyi
məvacib – qara,
Məmurun
hər gün aldığı – qırmızı.
Gəl
ki, ikisi də narazıdı:
–Çatmır!
– Deyir müəllim.
–Hara xərcləyəcəm?!
–
Gileylənir
məmur.
Reklam
Hər
dildə desən reklam var Bakıda,
Rus,
ingilis, türk, alman... suaxili.
Afrikada qəbilədi
suaxili.
Baxmayaraq
ki,
Yad dildə
reklam qadağandı...
Kim etiraz
eləyə bilər
İqtisadiyyata
yatrım qoymağa?!
Reklam da
iqtisadiyyatdı,
Pul gəlirsə,
Azərbaycan türkcəsinin
Ağzı
nədir ki, irəli dura!
"Mənim
ümmətim var-dövlət aşiqidi.”
Deyərdi
Peyğəmbərimiz.
Günah
Rəhmətlik
nənəm
Deyərdi:
–İydə varsa,
Cəhrədə
də var.
Ailə
söz-söhbətlərində
Biz
valideynlərin
Bəs deyincədi
günahı.
Uşaqlarımızdan
daha ağıllı,
Daha
uzaqgörən
Sayırıq
özümüzü.
Uşaqlarımızda da
Az yoxdu –
Geridəqalmış bilirlər bizi.
Qəşəm İsabəyli,
Beynəlxalq Andersen Şərəf
Diplomu laureatı
Ədalət.-2019.- 26-27 iyul.- S.12.