SÖZÜN AYAĞA DÜŞMƏSİ
Neçə
gündü ki, özümü toparlaya bilmirəm. Fikrim bir tərəfə
gedir, ayaqlarım da digər tərəfə, ürəyim də
ki, ortalıqda... Ona görə də nə deyəcəyimi,
hansı qərar verəcəyimi dəqiqləşdirə
bilmirəm. Elə bil ki, küləyin oynatdığı
şar kimi hara gəldi çırpınıram. Elə həmin
çırpındığı ovqatla da bilgisayara
yaxınlaşmışam. İstəyirəm ki, bir az
içimin söz yükünü üyüdüm. Nə qədər
bacarsam bu bilgisayar adlı "dəyirmandan” yararlanım.
Bilmirəm
necə alınacaq, yarmalı alınacaq, yoxsa yox. Hər halda,
başlamışam yazmağa...
Bəli,
əslinə baxanda indi əksəriyyətimizin ovqatı hava
durumundan daha çox bağlıdır, təbii ki, bir də
cibimizlə Əli ciblərində utanmayanlar yəqinki, bir
kölgəlik tapıblar, bir sərin yer nişanlayıblar və
çəkilib gediblər həmin o ünvanlara. Əlləri
ciblərinin yolunu unudanlar da ya qollarını
çataqlayıblar sinələrinə, ya da evin
"dığ-dığından, problemlərindən bir az
aralanmaq üçün çəkilib durublar tində divar
dibində - günü axşam eləyirlər. Bu zümrənin
nümayəndələrinə nisbətən yaxın
olduğum üçün mən tində divar dibində
deyil, qələm-kağızın yanında
başımı qatıram, özümü məşğul
kimi göstərirəm. Çalışıram ki, ətrafı,
lap yayın özünü də unudum. Hətta bir yekəxanalıq
edib özümü böyük yazar kimi də təsəvvür
edirəm. Guya möh təçəm nələrsə yaradıram,
ona görə də istirahətə vaxtım yoxdu. Amma siz də,
mən də bilirəm ki, nə ovqatım bi ovqat, nə
yazdığım bir yazı... nə də ki, kimliyim, gərəkliyim
o qədər də önəmli deyil. Yəni Xəyyam
demişkən, mənsiz də dünyanın işi
keçir. Olub-olmamağımın heç bir əhəmiyyəti
yoxdu!..
...Və
bir də inanın ki, indi insanlıq, ümumiyyətlə, bu
anlayışın özü tamam ucuzlaşıb. Həmin o
ucuzlaşma da iqtisadi-siyasi problemlərin mənəviyyatı
üstələməsindən qaynaqlanır. İndi istənilən
maddiyat insandan önənlidir. Ona görə də bu
mövzunu çox da sağa-sola çəkmədən
yanından keçmək daha məqsədəmüvafiqdi.
Doğrudur, sovet dönəmində ən bərk gedən
şüarlardan biri "Hər şey insan üçün!”
idi. İndi isə şüarın məzmunu da, mahiyyəti də
bir xatirə kimi mənim yaddaşımda qalır. Yaddaş da
ki, insana rahatlıq vermir, tutub yaxasından çəkib
aparır. Və...
Bir də
onda görürəm ki, əlim qələmə doğru
uzanıb. Qarşımdakı vərəq
naxışlanır. O qədər də səliqəli yaza
bilməsəm də, amma oxumaq olar:
İlahi,
gecənin bu gecə vaxtı
Gör,
mənə yazdığın gör necə baxdı.
Üzümə
baxmırsan, gör neçə vaxtı –
O
qız da baxmır.
İlahi,
əyilir günəş axşamı
Gözlərim
böyüyüb ağ şana...
Əriyə-əriyə
sönən ağ şama –
O qız
da baxmır.
İlahi,
səsimin odu kül olur
Çəmənin
çiçəyi, otu kül olur...
Sən
yaradan bəndə odu, kül olur –
O
qızsa baxmır.
İlahi,
sən necə yazdın bu bəxti
Çatmır
köməyinə şairin cəddi...
Hər
gün iynə boyu əyilir qəddi –
O qız
da baxmır.
İlahi,
ovutdun məni bu yaşla
Bir
çimdik sevinclə, bir gilə yaşla...
İndi
ortadayam bu canla-başla –
O qız
da baxmır.
***
Bəli,
bu şeiri elə-belə yazmadım. Əslində demək
istədim ki, indi adamların sevgisi də, diqqəti də
azalıb. Məşhur komediyaların deyildiyi kimi, kimsə
oduna yananı da tanımır, çevrilib ona tərəf
baxmır. Deməli, yanmaq da bir alın yazısı, qismətdi.
Kimsə yanıb kül olur, sovrulur küləklərə,
kimsə də alışmağıyla qor salır ürəklərə.
Mənim də əvvəldən əyri üyrü
yazılmış alın yazım yaxşı
oxunmadığından qalmışam əlində girinc.
Görək nə qədər çəkəcək bu
döyüş. Məncə sonu görünən yoldu bu,
azalır məsafə. Və deməli, ya bu yazının
canı məndən qurtaracaq, ya da mənim canım bu
yazıdan. Hər halda, ikisində də qazanan elə bu
yazı olacaq. Axı deyilən söz, yazılan yazı
özü də bir nişanədi, yadigardı. Bax, bu mənada
zənnimcə üzülməyə dəyməz. Heç
siz də mənim yazdıqlarımı qəlbinizə
yaxın buraxmayın, yəni siz də üzülməyin. Nə
olacaqsa, qoy olsun. Bir də ki, biz dözümlü xalqın
nümayəndəsiyik. Deməli, axırda qalib biz
olacağıq. Ən azından sözdə. Ona görə də
mənim bu məqamda sizə də ona üz tutub əlimi
görə açmağımı təbii qəbul edin. Bilin
ki, bu dua içimdən gəlir:
Səbri
böyük Allahın
Onun
çəkdiyi ahın
Yaz sən
mənə günahın –
Çəkim
can bahasına...
Günüm
günə daşına
Günümdən
gün yaşına...
Ürəyimin
başına –
Oxu, o
çaxa,: sına!
Ruhum, sən
ha gəvəzi
Getməz
şair həvəsi...
Nəfəsi
əl əvəzi –
Çəkim
mən yaxasına...
Kömək
üçün ün yaya
Həftə
yaya, gün yaya...
Bu hər
sifət dünyaya –
Atılmış
çağasına...
Yolun sonu
göründü
Hər
halını gör indi...
Keşikçiyən
könüllü –
Dərdimin
ağasına!..
Sizi deyə
bilmərəm, heç buna kimsəni də təhrik etmirəm.
Amma həqiqətən dərdin də, sevincin də
ağası var. Sənə o sevincin də, dərdi də
yaşadanın könüllü keşikçisi olmaq
özü də bir gözəllikdi. Bu hardasa həm də həmin
dərdin, sevincin ağasının yanında olmaq deməkdir.
Deçəli, mən öz duamla onun yanında olmaq istədiyimi
təkrar vurğulamış oluram. İndi siz
özünüz üçün istədiyiniz nəticəni
çıxara bilərsiniz. Necə deyərlər, seçim
öz ixtiyarınızdadı. İstəyənlər ətrafa
da müraciət edə bilər, dosta da zəng vurmaq
hüququndan yararlanar. Nə isə...
Həyatın
(xüsusilə sınanmış və hər zaman da
sınanmaqda olan insanı – Ə.M.) çətinliklərlə
addambaaddım qarşılaşdırdığı bəndənin
kimdənsə inciməsi və ya asi olması təbii bir
haldı. Çünki dözümün də bir həddi-hüdudu
var. Yerinə düşməsə də, bir atalar sözü
ağlımın ucundan gəlib keçir. Atalar deyir ki,
"su boğaza çıxanda pişik də balasını
ayağının altına alır”. İndi dər də
adamın təkcə aəlindən, ayağından yox, hətta
bığından, saqqalından, saçından tutub
üzü aşağı çəkəndə onda adam
tarazlığını itirir və dilindən küfrlər
çıxır. Mən belə məqamı anlayışla
qarşılayıram. Və həmin adama da səbr,
dözüm diləmirəm, sadəcə, yanında susub
dayanıram...
Elə
bilərsiniz ki, həmin an anlayışsız oluram, ya da
özümü qeyri-ciddi, qeyri-səmimi aparıram. Yox vallah,
mən bilirəm ki, həmin an deyəcəyim sözün
heç birinin əhəmiyyəti olmayacaq, söz ayağa
düşəcəkdi. Sözüm ayağa düşməməsi
üçün isə sadəcə susmaq daha doğru, daha
dürüst seçimdi. Bu mənim qənaətimdi. Və bu
qənaət də ordan qaynaqlanır ki, çiynindəki
ağırlıq artdıqca dizlərin titrəyir və
üzü torpağa yaxınlaşırsan, elə mənim
kimi.
İndi
sükut həmdəmim
Xəyal
yol nişanımdı...
Uzaq xatirələrə
-
Gedib
yoluşanımdı...
Əlim
daş üstə günlük
İçimdə
təlaş, tünlük...
Bu dərd
deyil ki, ünlük –
Aha
qovuşanımdı...
Daşın
çapıq tərəfi
Kəsir
düyün kələfi...
Bu kədərin
şərəfi –
Nəmdən
soruşanımdı..
***
Bəzən
deyirlər ki, sözü zamanında, vaxtında demək,
yazmaq lazımdır. Bilmirəm, bunu deyənlər nə
fikirləşir, necə fikirləşir. Amma indi zaman sözdən
çox-çox sürıətli olubdu. Deiyim söz
qapıdan içəri keçməmiş artıq içəridəki
zaman dəyişmiş olur, mühit yenilənir. Ona görə
də sözü təkcə konkret yerinə, zamanın yox,
bütpvlükdə hər kəsə və hər zaman
üçün demək daha doğru olar. Onsuz da sahibi
sözünü götürəcək. Əgər onu dinləmək
və götürmək qabiliyyəti varsa, bunun
üçün narahatlıq nigarançılıq
yaşamağa ehtiyac yoxdu.
Mən
öz həyat yolumda dəfələrlə
qarşılaşıb şahidi olmuşam ki, deyilən
söz necə ayaq altına düşür. Hətta belə
məqamda dalaşan, vuruşan, bir-birini təhqir edən
adamları da müşahidə etmişəm. Və
içimdə acımışam ki, bunlar gör nəyə və
necə etiraz edib anlaşmırlar. Bu mənim
çoxbilmişliyim, uzaqgörənliyim deyil. Bu sadəcə
olaraq yaşaya-yaşaya, görə-görə dərk edib
çıxartdığım nəticədi. Mən də bir
Allah bəndəsi kimi dizimə dəyən daşdan
özümə gəlməyi bacarmışam. Və hətta
elə məqamlar olub ki, dəftəri-kitabı qatlayıb
çıxıb getmık istəmişəm. Hətta
yazmışam ki:
Başımı
alıb əlimə
Çıxıb
getdim...
Nə
sığışdısa qəlibə -
Yığıb
getdim...
Hakim olan
andan kədər
İlahi,
gör mən nə qədər...
Ümid
evini lap hədər –
Yıxıb
getdim...
Tərpədib
bir təl vidanı
Gecikdirmə
gəl, vidanı...
Mən
dişimlə əlvidanı –
Sıxıb
getdim...
Bu
şeir həvəsi kimi
Oynatdı
nəvəsi kimi?
Mən
sevgi dəvəsi kimi –
Xıxıb
getdim!..
Bəli,
bu da bir qismətdi. Yüyür, qaç, qov, karvanlarda öndə
get və sonra hardasa dizlərin qatlansın və yaxud da kimsə
sənə nəyisə, haranısa istinad versin, göstərsin...
Beləcə,
diqtə etdiyim bu qarmaqarışıq yazının məramı,
məqsədi yəqin ki, bir az müəmmalı oldu,
qaranlıq qaldı. Bunu da özüm istədim. Arzu etdim ki,
yazının müəmmalarını, qarışıq məqamlarını
hərə bildiyi kimi görsün, yozsun. Axı hərənin
öz baxış bucağı, öz arşını var...
...
Heç kim Tanrı ilə müqavilə bağlamayıb. Və
heç kim də onun başına nələr gələcəyini
və onu nələr gözləyəcəyini söyləyə
bilməz. Mən də hamı kimi söylədiyim, yazdığım
məqamın içərisində olmaqla sadəcə və
sadəcə demək istəyirəm ki:
Qaçıram
neçə gündü
Qaçıram
mən özümdən...
Kipriklərim
düyündü –
Tay dərd
düşməz gözümdən...
Yolum
beş iynə boyu
Məsafənin
yarısı...
Vallah,
çıxıb üzümə -
Həsrətinin
sarısı...
Nə qədər
toparlanıb
Ovutsam da
təkliyi...
Bir yerə
topalanıb –
Ürəyimin
çəkdiyi...
Mən
qaşmaqla özümü
Çəkdim
qəmin şişinə...
Hopdurdum
son dözümü –
Bir
vidanın dişinə!
İndi
arxamca su at
Bir
çimdik ümid dilə...
Tanrının
dərgahında –
Görüş
ümidi ilə...
P.S. Dəyərli
oxucular, mən yazdığım yazılarlarsa sizə nəyisə
deyib, nəyisə çatdıra bilirəmsə, xoş mənim
halıma. Yox, əgər nəyisə deyib çatdıra
bilmirəmsə, onda xoş sizin halınıza!..
P.P.S.
Bu yazını kim oxusa öz içində
daşıdığı, yaşatdığı, Onu görə
bilmədiyinə üzülməsin. Mən üzülmürəm.
Bilirəm ki, burda görüşməsək də, Tanrı
dərgahında görüşəcəyik. çünki
ordan qaçış yoxdu!..
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2019.-26-27 iyul.- S.8.