Vətən sevgisinin triologiyası

(Tanınmış şair Güləmail Muradın “Aprel döyüşləri” triologiyası haqqında)

Tanınmış şair-publisist Güləmail Muradın bu yaxınlarda geniş ədəbi camiyəyə təqdim olunmuş "Aprel döyüşləri” trilogiyasını oxudum. Əvvələr bu kitabı ayrı- ayrı hissələrini nəzərdən keçirib hətta haqqında dövrü mətbuatda fikirlərimi də bildirmişdm. Bütünlükdə Qarabağ mövzusu, xüsusən şəhidlərimiz haqqında beş – altı kitab yazmaq Güləmail Muradı qələm dostlarından fərqləndirən əsas cəhətdir. Bu kitab da həmin kitabların sırasına triologiya kimi qoşulur və müəllifin kitabın annotosiyasında qeyd etdiyi kimi Azərbaycan Milli Ordusunun yüz illiyinə bir töhfə kimi geniş oxucu kütləsinə təqdim olunur.

Kitab təkçə nəzəri şair düşüncəsinin məhsulu deyil, əsərdə göründüyü kimi, Güləmail xanım kəndbəkənd, şəhərbəşər gəzərək milli qərəmanların həyatını araşdırıb, bununla müəlif Aprel döyüşlərinin hələlik görünməyən və təhlildən kənarda qalan tərəfinə də işıq salır. Əsəri oxuduqca hiss edirsən ki, bu sücaətin və qəhrəmanlığın tarixi təkcə bu günlə bağlı deyil, bu kök Ulu Öndər Heydər Əliyevin yaratdığı hərbi liseylərə gedib çıxır. Cəmşid Naxçıvanskı Hərbi məktəbinin verdiyi yüksək hərbi təhsilə dayanır. Dövlətimizin orduya göstərdiyi qayğıya və hərbiçilərimizin xaricdə aldığı hərbi təhsilə söykənir. Bəs müəllif bunları necə qələmə ala bilib? Ona görə ki, Güləmail Murad geniş yaradıcılıq yolu keçib. Onun keçdiyi yoluna nəzər salsaq, hər şeyi aydın görə bilərik.

Güləmail Murad Ağstafa rayonunun Sadıxlı kəndində anadan olub. 1973-cü ildə ADNKİ-nun(İndiki Azərbaycan Dövlət Neft Akademiyasın bitirib. Ali dərəcəli mühəndis-müəllimdir. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyində işləyir."Güldüm göynəyə-göynəyə", "Sənli sənsiz", "Gecələr ulduzlar üstümə tökülür", "Qarabağ harayı", "Anasızlıq fəryadı", "QƏLƏMİM ƏLİMDƏ lələkdən idi", "Yazmadıqlarım qapımı döyür","Vətən sağ olsun","Balaca müdrik", "Sevgi dastanı", "Dostluq körpüsü", "Dağlarda şəhid səsi" şeir hekayə, hayku, esse, kitablarının müəllifidir. Şeirləri bir neçə dilə tərcümə edilməklə yanaşı, musiqi bəstələnib. AYB-in AJB-in, Respubluka Qadınlar Dünya Türk Qadınlar Cəmiyyətinin üzvüdür.Güləmail Murad Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzini İdarə Heyətinə üzv Qadınlar Şurasına sədr müavini seçilib.(2007). İİR Mədəniyyət Mərkəzinin "İmam Rzanın döğum günü Həzrəti Məsumə" ilə bağlı Urmiyada keçirilən Beynəlxalq şeir müsabiqəsinin qalibi olaraq Fəxri diploma layiq görülüb (2007). Şairə Güləmail Murad Azərbaycan Sərhəd Mühafizəsini 93-cü ildönümünə həsr olunmuş müsabiqənin bədii- ədəbiyyat nominasiyasında 2-ci yeri tutaraq Fəxri diplomla təltif olunub. 2013-cü ilin may ayında şairəyə Beynəlxalq "Rısul Rza" ədəbi mükafatı verilib. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş "Vətən sağ olsun" kitabına görə isə H.B.Zərdabi mükafatına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Geniş həyat yaradıcılıq yolu keçmiş Güləmai xanım "Aprel döyüşlərikitabını öz təfəkkür süzgəcindən keçirərək yüksək səviyyədə yazıb. Bu kitab ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Ordumuzun ermənilər üzərində tarixi qələbəsindən geniş işıqlandıran daim öyrənilməyə ehtiyac duyulan bir dərs vəsaitidir. Kitaba ön sözü akademik Nizami Cəfərov, gənc yazar Elnur Abdiyev Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yazıb. Hər üç müəllif kitabı müxtəlif aspektlərdən səciyyələndirib təhlil ediblər.

Qələm adamı üçün müharibədən yazmaq çətindir. Bu insandan xüsusu peşakarlıq ürək yanğısı tələb edir. Yazıçı gərək müharibədə baş verən teztez dəyişən situasiyalara bələd olsun. Ədəbi qəhrəmanın keçirdiyi hissləri ürəkdən duysun o hissləri könül dünyasından keçirib öz hissləri kimi yaşaya bilsin. Bu mənada Güləmail Murad öz qəhrəmanlarını dərindən öyrənir, onların doğulub boya- başa çatdığı bölgəyə gedir, valideynləri ilə görüşür, orta məktəb müəllimləri, qonşuları ilə söhbət edir, onlar haqqında geniş avtobiaqrafiq məlumat toplayıb sonra yazmağa başlayır.

Kitabın "ön sözü”ndə akademik Nizami Cəfərov yazır: "Aprel döyüşləriGüləmail Muradın Azərbaycan ordusunun məşhur Aprel döyüşlərinin qəhrəmanlarından: Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov haqqında bəhs etməklə onların mükəmməl obrazını yaradır... "Aprel döyüşlərinin canlı əfsanəsi”nin Azərbaycan əsgərinə örnək olan tərcümeyi halından sonra "əsgərliyə gedən oğlanlar”a keçir. Kənan Məmmədli, Məhərrəm Abdullayev, Afqan Daşdəmirovun həmin döyüşlərdəki qəhrəmanlıqları barədə danışır. Qururla, məhəbbətlə, ilhamla... Rəsmi məlumatlardan publisistikaya, publisistikadan poeziyaya adlayır. Ancaq bu trilogiya kitabı bütün hallarda məhz bir şairin kitabı olaraq qalır. O şairin ki, Azərbaycan ordusu haqqında deməyə belə çox sözü var.

 

Ali Baş Komandanın durur sənin başında,

Xalqın ümid yerisən Qarabağ savaşında.

Təbrik edirik səni qocaman yüz yaşında,

qədər yazsam yenə qaldı sözün çoxusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu”.

 

Güləmail Muradın "Aprel şəhidləri” kitabı Azərbaycanın Aprel günləri haqqında lazımı informasiyalar verir. Ona görə orta mktəb şagirdləri və ali məktəb tələbələri bu kitabdan çox şey öyrənə bilərlər. Orduxalq birliyi əsərdə ədəbi- bədii şəkildə, dəqiq faktlar və müşahidələr fonunda verilib. 3 milli qəhrəmanın üzərində Azərbaycan ordusunun milli, mənəvi, əxlaqı dəyərləri ustalıqla göstərilib. Müəllif qeyd edir ki, bu üç milli qəhrəmanın əxlaqında dədə- babalarımıza məhəbbət, soy kökə bağlılıq, Azərbaycan dövlətinə və dövlətçiliyinə dərin bir bağlılıq dayanır. Bu qəhrəmalığın kökləri Azərbaycanın maddi, mənəvi, iqtisadi yüksəlişindən qidalanır.

Haqlı olar kitabın ön sözündə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yazır ki, qələmini iti nizə, vərəqləri sipər edən, əsgər sinələrini səngər, şəhidləri torpağa sancılan bir bayraq kimi tərənnüm edən, Vətən, Ana Vətən deyə hayqıran Güləmail Muradın kitablarını oxuyandan sonra belə qərara gəldim ki, bu yazım vasitəsi ilə aidiyyatı orqanlara səslənim: Güləmail Muradın hazırladığı bu triologiya – "Aprel döyüşləri əsəri təhsil ocaqlarında , hərbi hissələrdə dərs vəsaiti kimi tədris olunsun, çünki bu kitab indiki və gələcək nəsillərə örnək ola biləcək bir kitabdır. Bu kitab vətənin daşı olan Güləmail Muradın haqq səsi, vətən səsi, şəhid səsi, Ana səsidir. Ecaskar səslərin harmoniyasından yaranan rəngarəng nəğmələrin toplusudur bu səs.

Kitabda şair birdən qələmin publsistikada səyridir, birdən isə qələmin ecazkar dili ilə şirin ana laylası deyir. Şair xəyalları onun ağrı dolu kitabını Göyqurşağı kimi bəzəyir. Yəni əsər müxtəlif ədəbi situasiyalarda vətən məhəbbətini üzə çıxarır. Elə əsas məsələdə elə budur. Yaşasın ana vətən, yaşasın Azərbaycan!

 

Qəşəm Nəcəfzadə,

Şair, Əməkdar Mədəniyyət İşçisi

Ədalət 2019.- 22 iyun.- S.10.