Şahmar Əkbərzadə mükafatı sahiblərinə təqdim
olundu
İyunun
3-ü Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
klubunda VEKTOR Beynəlxalq
Elmlər Akademiyasının
təsis etdiyi Şahmar Əkbərzadə
adına ədəbiyyat
mükafatının təqdimetmə
mərasimi keçirilib.
Tədbirdə tanınmış qələm
adamları, keçmiş
və yeni mükafatçılar, media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan AYB-nin katibi Rəşad
Məcid mükafatın
Azərbaycan ədəbiyyatında
xüsusi yeri olan Şahmar Əkbərzadənin adına təsis olunmasının önəmini
vurğulayıb: “Elçin
İsgəndərzadəni hələ gəncliyimizdən
tanıyıram. Onun ədəbiyyatın
inkişafında, təbliğində
ardıcıl və davamlı fəaliyyətini
hər zaman yüksək dəyərləndirirəm.
Elçin İsgəndərzadənin bu mükafatla Şahmar Əkbərzadə
adını yaşatması
da çox gözəl hadisədir.
Onun seçdiyi mükafatçılar
öz dəyəri ilə seçilirlər”.
Mükafat haqqında "Vektor" nəşrlər evinin prezidenti, şair Elçin İsgəndərzadə
məlumat verib. O deyib ki, Şahmar Əkbərzadə adına ədəbiyyat
mükafatı artıq
19-cu ildir ki, bu sahədə il ərzində uğurlu fəaliyyət göstərmiş qələm
adamlarına verilir: “Bugünki görüşün
təşkilinə görə
Azərbaycan Yazıçılar
Birliyinə xüsusi təşəkkürümü bildirirəm. Bu birlik
hamımızın məbədidir.
Şahmar müəllimi bu
millətin ən böyük sərvətlərindən
hesab edirəm.
2003-cü ildə görkəmli
şəxsin adına hazırladığımız
mükafat beynəlxalq
status aldı. Bu vaxtadək
"Şahmar Əkbərzadə
adına Beynəlxalq Mükafat"a
layiq görülənlər
sırasında görkəmli
şəxsiyyətlər var. Biz hər il bir
gəncə də bu mükafatı təqdim edirik. Eyni zamanda, bu tədbirdə
biz keçən ilki mükafatçıların çap
etdiyimiz kitablarını
da təqdim edirik. Buraya Flora Xəlilzadənin “Hökmdar
qadınlar”, Giya Paçxataşvilinin “Tut ağacı”,
Vüsal Nurunun “Dorantağ” kitabları daxildir. Əminliklə deyə bilərəm
ki, hər biri çox dəyərli əsərlərdir”.
Daha sonra diplomlar sahiblərinə təqdim olunub.
Bu il Şahmar Əkbərzadə adına
ədəbiyyat mükafatına
Ramiz Qusarçaylı,
Rüstəm Behrudi, İbrahim İlyaslı, Nazim Əhmədli, Rafiq Hacıyev, Vaqif İsaqoğlu və Fərid Hüseyn layiq görülüblər.
Mükafata layiq görülən
şair İbrahim İlyaslı da öz növbəsində
Azərbaycan Yazıçılar
Birliyinə minnətdarlığını
bildirib: "Şahmar
Əkbərzadənin adına olan mükafata layiq görülmək mənim
üçün fəxrdir.
Buna görə, mənim əməyimi qiymətləndirən şəxslərə
öz minnətdarlığımı
bildirirəm". Çıxışının ardından şair
özünün “Məni
bu qələmdən qoru, İlahi” şeirini oxuyub.
Şair
Ramiz Qusarçaylı
"Vektor" Beynəlxalq
Elm Mərkəzinə və
onun rəhbəri Elçin İsgəndərzadəyə
təşəkkürünü bildirib: "Şahmar Əkbərzadə mənim
XX əsr Azərbaycan
ədəbiyyatında ən
sevdiyim şairlərdən
biridir. Bu gün onun adına
təsis edilmiş mükafata layiq görülmək mənim
üçün böyük
sevincdir. Hər ksə təşəkkür
edirəm”. R.Qusarçaylı da öz növbəsində
“Yığılır” şeirini
səsləndirib.
Jurnalist, yazıçı Rafiq Hacıyev bu mükafatı fəaliyyətinə
verilmiş ən yaxşı qiymətlərdən
biri adlandırıb. Ədəbiyyata və qələm adamlarına bu cür diqqətinə görə E.İsgəndərzadəyə
təşəkkürünü bildirib.
Ş.Əkbərzadə yaradıcılığına və
şəxsiyyətinə sonsuz
hörmətini və
sevgisini dilə gətirən şair Nazim Əhmədli verdikləri dyərə görə başda E.isgəndərzadə olmaqla,
zəhməti keçən
hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda ötən ilki mükafatçıların
kitabları qonaqlara hədiyyə edilib.
Daha sonra
çıxış edənlərdən Flora
Xəlilzadə, Vüsal Nuru,
Giya Paçxataşvili,
Kənan Hacı, Fərqanə Mehdiyeva, Oqtay Rza və
başqaları Şahmar Əkbərzadənin
yaradıcılığından söz
açıb, mükafatçıları təbrik ediblər.
Ədalət 2019.- 5 iyun.- S.6.