ŞEİR PAYI DA VAR RİYAZİYYATIN!

Oqtay RZA

Üç

 

Birikiüç

Təkcəmgüc.

Neçə gözəl məsəl var...

«Üçdən deyib atalar».

Sağdasağdış, soldasoldış,

Ortadabəy, ay sağolmuş!

Sovet zamanında ağactək bitib

Birinci, ikinci, üçüncü katib.

İki müavinli başçı ilə mən

Doğma yurd havası uduram hərdən.

Nağıllardan boy göstərir qorxulu söz:

Yarımvəhşi adamların

Alnındaymış üçüncü göz.

Üçqovaq+ kəndinin akademiki++

Ata ocağında uşaqdı sanki.

Çoxdan göstərilmir

«Üç gombul» filmi.

Bu sənət aləmində

Unutqanlıq deyilmi?

Bakının «Üç meyvə» dükanından al:

Alma, armud, portağal!

Müəllim, insafın varsa,

Bir «üçkafi» yaz ki, keçim

Mən axırıncı kursa!

Yaman təsirlidtr «İctimai»nin

«Üç dost – üç tale» verilişi,

Alqışlansın onun xeyirxahlıq işi.

+ Ağdaşda

++ Bəkir Nəbi

Koordinat mərkəzindən çıxır üç şüa:

Biriiks, biriiqrek, birizet-dir ha!

Taplımasa oxlar üzrə üç nöqtə,

Ya əyri, ya da ki, düz

Deyə bilmərik xəttə.

«Üçüncü ayaq» adlandırıb çəliyi kim?

Unudulmaz şairimiz Vaqif İbrahim!

Üç yoldaşıq – trio,

BiriSənsən, biriMənəm, bir – O.

Tar, kamança, qaval

Üçlük, bir «Qoçəli» çal!

Ay dost, soruşursan «Bəs ardı hanı

Gərək tamamlayam «Trilogiya».

Qonşunun gəlini üçəm doğubdur.

Məclisdə ağsaqqal dedi o gün?

«Bütün subayların toyu mübarək!

Millətin sayını artırmaq üçün

Həzərat, hər evdə, hər ailədə

Ən azı üç uşaq doğulsun gərək».

Yerdə gürzəyə bax, göydə qırğıya!

Mənim şikayətim var təbiətə:

Verib üç əsrlik ömrü qarğaya,

Əlvan kəpənəyə qıymayıb həftə.

Dünya savaşının gün idi anı,

Volqadan Elbaya gedən yol hanı?

Ya «üçkünc»lü məktub, ya «qara kağız»

Döyərdi Vətənin qapılarını

Hamı möhkəm öyrəşib

İclasdakı adətə:

«Gizli səs» tapşırılsın

Üç nəfərlik heyətə.

«Dəcəl meymun, çolaq ayı, çəp keçi…»

Bu təmsili əzbərləyib «beş» almışam.

Müəllimim «sağ ol» deyib,

Dağlar kimi ucalmışam.

Yada sal keçmişdə gördüklərini,

Çobanın Vurğuna dediklərini:

«MuğanMuğan olsa, biri üç eylər,

Muğan qəzəblənib üçüheç eylər».

Yadıma Xurşudu+ görməyim düşür,

Üçatlı araba sürməyim düşür.

Bütün dünya tanıyır

Aleksandr Dümanı;

Əbədi abidədir

«Üç müşketyor» romanı.

Xoşum gəlir Xoşqədəmin

«Üç nöqtə» qəzetindən,

«Səni axtarıram»dakı

Şirin vüsal anlarının

Dadından, ləzzətindən.

«Üç quyu» qanad açıb

Xəzərin o tayında:

Səslənib kinomuzun

Nizami sarayında

Bu oğlanı tanıyın

Olsa da adı Qoçaq,

Həndəsədən yenə

«Üç» qiymət aldı ancaq

Delim: «Payız gələndə

Sən göyə diqqətlə bax

Durnalar da havada

Qura bilir üçbucaq».

Payızda köç edən «Üçtellidurna»,

Yazda qəriblərə təsəlli durna!

Qulağıma səda gəlir:

«Üç gündən bir, beş gündən bir…»

«Bu gün ayın üçüdür,

Dilin badam içidir».

Rəşid Behbud oxuyardı,

Cazibəli səsi vardı.

+Salyanda qəsəbə

Üçlükgöydə Günəş, Ay, Yer!

Üç hissəli təbəqədir litosfer:

Üstçöküntü

Qranitorta qat,

Alt – bazalt.

Nağıllarla dopdolu

Uşaqlıq tez ötüşdü;

Nənəm, dayım deyərdi:

«Göydən üç alma düşdü».

Əhsən ailənin ilk övladına:

Bəyiata edir, gəliniana!

Əgər bilmək istəsən,

Gedib boş vaxtında sor:

«Cənab polis, üçün

Üçrənglidir işıqfor

Şəmkirli Hüseyn məclis qurardı,

Bülbülə qoşulub cəh-cəh vurardı:

« gül, qırmızı gül, bir sarı gül»,

Saza güvənərdi nəğməli könül.

Bir vaxt ümidlərin qayçısı olub

Tifaqı dağılmış İttifaq boyda.

Kütləvi cəzanın carçısı olub

Casusluq eyləyən «üçlüktroyka».

Biriişsiz,

Birirəis.

O – məchul bir ad-sanlıdır,

Yas düşəndəüçüncü gün

Hamı üçün ehsanlıdır

Ay müğənni dost,

Ya de, ya da yoz:

Kimin payıdır,

«Üç badam, bir qoz»?

Qayğı yükü qalaq-qalaq,

Birləşəcək bölünmüş xalq.

Göy, qırmızı, yaşıl zolaq

Bayraqlaşan amalımız!

Ədalət.-2019.-13 iyun.-S.7.