Məmməd Orucun “Qara güzgü” və
“Köçürülmə” romanlarında erməni
vəhşiliklərinin törətdiyi müsibətlər
Hənifə
Səlifova Kiçik elmi işçi
Məmməd Orucun bir-birini tamamlayan üç romanı-"Qara güzgü”,
"Köçürülmə” və "Qısa qapanma”
romanları müəllifin özünün də dediyi kimi dəfələrlə çap olunmuş,
oxucuların istifadəsinə verilmişdir.
Əvvəlcə ” Köçürülmə” romanı
qələmə alınsa da, müəllifin özü "Qara güzgü”
romanını "Köçürülmə” nin əvvəli,
"Qısa qapanma”nı isə
"Köçürülmə”nin axırı kimi nəzərdə tutaraq bunları bir yerdə
"Üç roman”
şəklində çapetdirmişdir.
"Qara güzgü”
və "Köçürülmə” romanları bir-birini daha çox tamamlayır,
"Qısa qapanma” bir qədər müasir dövrü əhatə edir.
"Qara güzgü”
romanında hadisələr Azərbaycanın əzəli
torpağı Vedibasarda cərəyan edir. Müəllif Vedibasarın təbiətini,
insanların yaşayışını, onların dar gündə
bir-birinə necə arxa durmasını sanki yaddaşında qalan əziz
xatirə kimi danışır. Əsər
hadisələri nəql edən on dörd yaşlı
Kazımın Qaragöz adlandırdığı balaca ürgəni ram etmək
cəhdləri ilə başlayır. Qaragözün ipə-sapa
yatmaması, müəllifin əsərdə bunu sonacantəsvir
etməsi və sonda Qaragözün düşmən
gülləsinə tuş gəlməsi ilə sanki üstüörtülü şəkildə
nəyəsə işarə etmiş və bunu romanın sonuna qədər
açıqlamır.
Əsərə
verilən epiqrafdan da göründüyü kimi romanda hadisələr
1917-1920-ci illərdə cərəyan edir. Müəllifin
Əziz Ələkbərlinin "Abbasqulu bəy Şadlinski”
kitabından gətirdiyi epiqraf romanda əksini tapan tarixihadisələrin
qısa xülasəsi təsirini bağışlayır:
"1917-1920-ci
illər ərzində Vedibasarı özünə tabe etdirə
bilməyən daşnak Ermənistanı və
onların havadarı olan ingilislər bu mahalı
Azərbaycanla "Ermənistan” arasında mübahisəli
ərazi kimi "neytral zona” elanetmək
məcburiyyətində qaldılar. Vedibasar ərazisi
Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci
ilə aid olan məşhur xəritəsinə
elə beləcə- "neytral zona” kimi daxil edilmişdir.”
Romanda Kazım və qardaşı
İsmayılın taleyi qabarıq
şəkildə verilir. Onların ata-anası
öldükdən sonra əmiləri Abbasın
himayəsində yaşayırlar.
"Əvvəl
anasını, sonra da atasını itirib,
özündən beş yaş da kiçik qardaşı
İsmayılla əmisi Abbasın himayəsində
qalmasını da alın yazısı sayırdı
və artıq dərk eləyirdi ki, başqa yol yoxdur, taleyi ilə
barışmalıdır. Bununlabelə
həmişə fikirləşirdi ki, atası
ölməsəydi, indi o, tamam başqa bir həyat
yaşayırdı və indi şübhəsiz ki,
hər gün tay-tuşu Abdulla Məmməd oğlu ilə
birlikdə Vedinin ikisinifli rus-tatar məktəbinə gedirdi.
Atası Məmməd sağlığında ona bir dəfə yox, bir neçə
dəfə demişdi ki, onu Vedidəki rus-tatar məktəbində oxudandan sonra da göndərəcək Qori Seminariyasına”
Lakin atası
öldükdən sonra əmisi onu məktəbə
göndərə bilmir, artıq İsmayıl da məktəb
yaşına çatır və qərara gəlirlər ki,
İsmayılı rus-tatar məktəbinə qoysunlar.
Qardaşını məktəbə özü aparıb
gətirirdi və İsmayıl da məktəbdə
öyrəndiklərini Kazıma danışırdı. Lakin balaca qardaşların bu sevinci də uzun sürmür.
Ermənilərin Vedibasara hücumları başlananda toplardan atılan
mərmilər məktəbin binasını uçurandan sonraonların
arzuları, xəyalları da puç olub dağılır.
Artıq bütün kənd
səngərdə gecələyirdi. Kəndin
tanınmış ağsaqqallarından Abbas,
sərkərdə Abbasqulu bəy, Abbas kişinin oğlu Həsənalı
və kəndin bütün cavanları Vedibasarın
müdafiəsinə qalxır, kəndin qadınlarına,
qızlarına da güllə atmaq öyrədirdilər ki,
düşməndən özlərini müdafiə
edə bilsinlər.
"...Səhər
açılsa da, hələ ki Millidərə
cəbhəsindən qayıdan yoxdu, amma bir-birini inkar edən
xəbərlər nə qədər istəsən: kimi deyirdi ki,
erməni qaçır, bizimkilər qovur.
Günortadan sonra qadına
"daşka” deyilən at arabasında
kəndə- məscidin həyətinə üç şəhid,
səkkiz yaralı gətirdilər və
arabaçının sözündən belə məlum oldu ki, daha Millidərədə
erməni yoxdu, ammayandırılmayan kənd də
qalmayıb, erməni qaçır, o da bilinmir ki, bizimkilər
onları hara kimi qovacaqlar.”
Abbas kişi o qədər xeyirxah insandır ki,
qardaşının yetim qalmış
övladlarına sahib çıxır, onlara ata qayğısı
göstərir, eyni zamanda, Millidərədən iki körpə balasiyla gətirdiyi
Zeynəbi də, girov götürülmüş erməni
qızı Nazdarı da öz ailə
üzvlərindən seçmir, onlara dayaq durmağı öz üzərinə götürür. Onun oğlu Həsənalı,
arvadı Minəxanım və qızı Fatma da əsl insani keyfiyyətlərə malik,
zəhmətkeş insanlardır.
Romanda Abbasqulu bəy
obrazı da bütün təfsilatı ilə,
müsbət obraz kimi diqqəti cəlb edir. O,
həmişə xalqın içindədir,
həmişə öz xalqının
gücünə və Vedinin dağlarına
arxalanır. Millidərə
döyüşlərindən sonraşəhidlərin
dəfni zamanı Abbasqulu bəyin Vedibasarın Paski qəbirsanlığındakı nitqi "urra”
deyə alqışlanmışdı.
"-Biz Millidərə
döyüşlərindən alnıaçıq
çıxdıq, azğın düşmənə öz yerini tanıtdıq! Amma hamıya
bəllidir ki, erməni yenə gələcək, ona görə
də bu gündən başlayırıq
səngər qazmağa. Amma Böyük Vedi doğrudan da, böyükdü, üç günə, beş günə, on günə,
bəlkə heç bir aya da bizə yarayan səngəri
qazıb, istehkamı qura bilmərik. Ona görə
də bu gündən hər evi, hər tikilini səngərə, istehkama çevirmək
lazımdır. Silahsız evqalmamalıdı, bütün cavanlarımız,
qadınlarımız, qızlarımız da silahla davranmağı
bacarmalıdı ki, bu savaşdan qalib çıxaq!”
Onun həmişə
işlətdiyi dəyərli ifadələrdən biri də
belə idi: "Vedililərin vedililərdən və vedi dağlarından başqa arxası yoxdur.”
Sərkərdəyə verilən "biz nə
qədər vaxta qədər
döyüşəcəyik?” sualına Abbasqulu bəy
belə cavab verir:
"-Biz o vaxta qədər vuruşacağıq ki,
düşmən Vedibasarı neytral zona kimi yox,
Azərbaycan Demokratik Cümhuriyyətinin bir parçası kimi tanısın, bizim ali məqsədimiz,
məramımız da budur!”
Əsərdə diqqət
çəkən obrazlardan biri də Əli
Əfəndi adı ilə tanınan müəllim obrazıdır.
Əli Əfəndi bir müddət rus-tatar məktəbində
müəllimlik etmiş, indi isə
kənddə bir neçə evə gedib, bir neçə uşağa təmənnasız
dərs deyirdi ki, onlardan biri də İsmayıl idi.
Əli Əfəndi romanda müdrik el ağsaqqalı,
hadısələrin gedişatını təfsilatı
ilə izah edən ziyalı kimi diqqəti
cəlb edir. Əli Əfəndi obrazında
müəllifin prototipini də görmək olur,
müəllif sanki öz fikirlərini bu obraz vasitəsilə oxucuya çatdırır.
Əli Əfəndinin Abbas kişi ilə
mükalimələri həmişə maraqlı və
diqqətçəkən olurdu. O, həmişə
qəzetlərdə çıxan sonuncu xəbərləri Abbas kişi ilə
müzakirə edirdi:
"-Kəlbalı xan istəyir ki,
- Əli Əfəndi dedi, - Vedibasarı Naxçıvana
birləşdirsin. –Məncə, Kəlbalı xan haqlıdı,
- Abbas kişi dedi,- el sözüdü, deyir, güc birlikdədir. Bəy nə
istəyir? –Bəy də istəyir ki Naxçıvanı Vedibasarabirləşdirsin...”
Nəhayət ki,
dildə ağızda dolaşan və hamının
gözlədiyi xəbər gerçəkləşir.
Vediyə bir türk alayı, yüz əlli
Osmanlı əsgəri gəlir. Kəndin bütün tayfaları
uşaqlı-böyüklü türk qoşununu qarşılamağa
çıxır. Uşaqlar türkəsgərlərinin oxuduğu mahnını oxuya-oxuya onların
arxasınca gedirdilər:
"Ey şanlı ordu, ey şanlı
əsgər,
Haydı
qəzənfər, ümmanı səftər.
Bir əldə qalxan, bir əldə
xəncər,
Sınıra doğru, ey şanlı
əsgər.”
Lakin camaatın sevinci çox da uzun çəkmir, türk ordusu səbəbi
bilinmədən gecə vaxtı Vedibasarı tərk edib gedir.
Daşnak ermənilərin
güllə, top səslərindən qulaq tutulsa da,
kənd öz gündəlik həyatını yaşamaqda davam edirdi: kimi biçinə gedir, kimi taxıl döyür, ot çalır, kimi ərik-alçasını
yığır, hətta güllə səsləri altında
nəvələrinə toy eliyən
Təvəkkül bəy də düşmənin
acığına toyu dayandırmır.
Ermənilərin Vedibasara dəfələrlə hücum etməsinə baxmayaraq,
hər dəfə böyük itki ilə geri çəkilirdilər. Yerli camaat da öz şəhidlərini
təmtəraqla dəfn edir, qapılardan qara bayraqlar asılırdı.
Lakin
artıq silah-sursatın azalmağından çəkinən
Abbasqulu bəy camaatı toplayıb mühacirətin
qaçılmaz olduğunu, köməksiz olduqlarından
Vedibasarı lazımınca müdafiə edə
bilməyəcəklərini və artıq
hazırlığa başlamağı
tapşırır. Bu vaxt türk ordusu yenidən Vedibasara gəlir
və qabaqkından da xeyli artıq qoşunla.
Ağır günlər yaşayan Vedi camaatının sevincinin həddi-hüdudu yox idi.
Tezliklə Vedidə əmin-amanlıq yaranır və camaat artıq yaylağa köç edir.
Bir neçə ay idi ki,
türklər Vedibasarda idi, camaat arasında
cürbəcür söz-söhbət gəzirdi, kimi türklərdən
razılıq eliyir, deyirdilər ki, türklər
gələndən Vediyə bir güllə belə
atılmayıb, kimi də onların arxasınca
danışır, Abbasqulu bəyin türklər
tərəfindən Vedibasardan uzaqlaşdırıldığını
deyirdilər. Nəhayət, bu dəfə də
türklər vidalaşmadan Vedibasarı tərk
edirlər və onlar getdikdən sonra xəbər
yayılır ki, Abbasqulu bəy Vedidə, özevindədir.
Türklər
gedəndən sonra ingilislərin sədası
gəlir, Vedibasar camaatı mühacirətin
çıxılmaz olduğunu anlayır və yol tədarükünə
başlayır. Kimi taxıl üyüdür, kimi evinin əşyalarını çuvallara doldurur, kimi yollardaacından
ölməmək üçün yuxa yayır, qovurma bişirir.
Zəhmətkeş millətimiz doğma ev-eşiklərinə baxa-baxa, göz yaşları
içində ata-baba yurdlarını tərk
edirlər.
Kazımın göz bəbəyi kimi qoruyub saxladığı,
illərlə əziyyətini çəkdiyi Qaragözü də
düşmən gülləsinə tuş gəlir.
"O, Qaragözün boynunu qucaqlayıb iki ildən
bəri güzgü əvəzinə
baxdığı qaqaca gözlərindən gözünü çəkmir,
hətta gülümsəmək istəyirdi. Və o göz bir anda qapandı, qara gözünün üstünə
elə bil qara önlük çəkdilər.
Bircə şeylə təsəlli tapdı. Əgər doğrudan da, o dünya varsa,
atası, anası onu Qaragözün gözündə
görəcəklər; görəcəklər ki, o necə bir oğlan olub...”
Vedi camaatı
Arazın o tayına- Mərəndə köç etməli olur. Lakin iki ildən sonra yenidən
vətənə qayıdırlar.
"Köçürülmə”
romanında isə ikinci dünya müharibəsindən sonra Vedibasar əhalisinin vaqonlara doldurularaq,
əzab-əziyyətlə Azərbaycanın İranla sərhəd
ərazilərinə mühacirəti təsvir olunur. Romanda o qədər
acınacaqlı, təsirli səhnələr var ki, oxucunun qəlbində
fırtınalar qoparır. Bu köçün balaca iştirakçılarından olan müəllif özü bütün bu hadisələri
gözləri ilə görmüş, canlı şahidi olmuşdur.
Hadisələrin
əsas iştirakçısı Almurad kişi müharibədən
qayıtdıqdan sonra onu tez-tez "enkavede”
deyilən dövlət idarəsinə, Badalyanın yanına
aparıb işgəncələr verirdilər. "Niyə
əsir düşdün? Niyə əsir
düşəndə özünü öldürmədin?
Üzbəsurət atasına, anasına,
əbəjdadına söyürdü. Canından bezmişdi.”
Müəllif romanda camaatın
yaşayış tərzini maraqlı epizodlarla təsvir edir.
"Bu camaatın arasında kitab oxumaq müharibədən sonra dəb düşmüşdü.
Qış gecələrində hansı evin qapısını
döysəydin, görərdin ki, bir ev, bir nəsil bir çırağın
başına yığışıb; biri ucadan oxuyur,
qalanı da qulaqasır. İçərisində
təndir olan evlərdə kitab oxuyana qulaq asmaq bir də ona görə
maraqlı idi ki, hamı ayağını bir təndirə
sallayırdı, hamı bir təndirin istisinə
qızınırdı və hamı eyni dərəcədə
heyranlıqla qulaq asırdı.”
Ədalət.-2019.-13
iyun.-S.6.